Səlim Müslümovun səhhəti pisləşdi

Səlim Müslümovun səhhəti pisləşdiSabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi keçirilib.

BiG.AZ xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilməsi nəzərdə tutulan prosesə Səlim Müslümov iştirak etməyib.

Prosesə sədrlik edən hakim bildirib ki, vəkillər az öncə Səlim Müslümovun səhhəti ilə bağlı problem yarandığını deyiblər. Vəkilləri onun xəstəliyə yoluxduğunu bildiriblər.

Proses noyabrın 20-də davam edəcək.

Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Daha sonra onun səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb.

O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb. Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub./Teleqraf.com


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1023   Tarix: 13 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan neftinin qiyməti düşdü

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2.56 ABŞ dolları və ya 2.55% azalaraq 98.01 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycan neftinin əvvəlki qiyməti 100.57 ABŞ dolları olub

11:45 162
.

İsrail və Livan hərbçiləri ABŞ-də təhlükəsizlik məsləhətləşmələri keçiriblər

Mayın 29-da İsrail və Livanın hərbi nümayəndə heyətləri ABŞ Müharibə Nazirliyinin baş qərargahında regional təhlükəsizliyin təmin edilməsi problemlərini müzakirə etmək üçün danışıqlar aparıblar. "Report"un xəbərinə görə, bu barədə ABŞ hərbi idarəsinin mətbuat xidməti məlumat yayıb. "AB

21:30 88
.

SEPAH: Ötən gün Hörmüz boğazından 20 gəmi keçib

Son 24 saat ərzində Hörmüz boğazından 20 gəmi keçib. "Report"un məlumatına görə, bu barədə "Al Jazeera" İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin məlumatına istinadən xəbər verib. "Son 24 saat ərzində İran hərbçiləri 20 gəminin Hörmüz boğazından keçidin

22:40 0
.

Gürcüstanda iki ölkənin xeyrinə casusluq edən QHT rəhbəri həbs olunub

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) ölkədə fəaliyyət göstərən Qeyri Hökumət Təşkilatlarından (QHT) birinin rəhbərini casusluq ittihamı ilə həbs edib. "Report"un yerli bürosu xəbər verir ki, həmin şəxs iki xarici ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunur. Keçirilə

20:30 122
.

Külək nəticəsində Bakıda 41 ağac sınıb - FOTO

Dünəndən əsən şiddətli külək nəticəsində Bakı şəhərində 41 ağac, 64 ağac budağı sınıb. Yaşıllaşdırma Təsərrüfat Birliyindən BİG.AZ-a verilən xəbərə görə, birliyin briqadaları səhərə qədər operativ şəkildə sınan ağacların kəsilməsi, sınan budaqların budanmasını təmin ediblər. [hh4-unikal]

12:34 185
.

ŞAD XƏBƏR! Bu tarixdən ƏT UCUZLAŞACAQ

Qurban bayramı ilə əlaqədar ölkədə dana və quzu ətinin qiymətində artım qeydə alınıb. Ötən iki gündə Bakıda dana əti 17-18, quzu əti isə 22-23 manata satılıb. Rayonlarda isə bu qiymət müvafiq olaraq 16-17, 20-21 manat arasında dəyişib. Bakının Zabrat kəndində iribuynuzlu və xırdabuynuzlu heyvanları

14:38 236
.

Azərbaycanda iş adamı VƏFAT ETDİ - FOTO

Sabirabad rayonunda tanınmış iş adamı vəfat edib. -ın əldə etdiyi məlumata görə, Sabirabad rayon bazarının müdiri Seyidəli Seyidov qəfil dünyasını dəyişib. O, tromboemboliyadan (ürək-damar çatışmazlığı - red.) vəfat edib

17:00 220
.

Xəstə anası ilə evdən çıxdılar, hər şeyləri qarət olundu - Bakıda ŞOK OĞURLUQ

Bakının Xətai rayonunda yerləşən mənzillərin birindən oğurluq edilib. -ın xəbərinə görə, zərərçəkən polisə müraciət edərək bildirib ki, anasının xəstəliyi ilə əlaqədar bir müddət evdə olmayıb. Geri qayıtdıqda isə mənzilindən ona məxsus tozsoran, kondisioner, elektrik sobası, televizor, həmçinin digə

14:15 173
.

Azərbaycanlıların xaricə səfərlərində azalma qeydə alınıb

2026-cı ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı ötən illə müqayisədə azalıb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu il xaricə səfər edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz azalaraq 602,4 min nəfər olub. Səfər edənləri

23:10 0
.

TOP MP3