Mərdanla Nəzrin necə tanış olub? - Efirdə danışdılar!
Xalq artisti Mələkxanım Eyubova rəssam qızı Nəzrin Nəcəfovanın müğənni nişanlısı Mərdan Kazımovla birgə efirə çıxıb.
OLAY yazır ki, onlar "Bizimləsən" verilişində qonaq olublar.
M. Eyubova həm qızının Mərdanla münasibətindən, həm də onunla "Unuda bilmirəm" adlı ifalarının ərsəyə gəlməsindən danışıb:
"Mən Mərdanın qohumları, xalası qızları ilə çox yaxınam. Bilirdim ki, belə istedadlı, gənc ifaçı var. Həmişə onlarla görüşəndə Mərdanın mahnılarını dinlədirdilər. Efirə çıxmasa da, onunla maraqlanırdım, dinləyirdim. Bir gündə dedilər ki, belə bir mahnı hazırlayacaq. Elə bil özümü gördüm, ürəyimdən gəldi ki, mahnının bu hissəsini mən oxuyardım. Fikrimi dedim, bunu Mərdanə çatdırdılar. O da demişdi ki, onun üçün də xoş olar, duet etmək.
Biz nişandan əvvəl, ötən il mahnını lentə yazdırdıq. Sonra biz səsyazma studiyasına getdik. Onda heç nədən xəbərim yox idi, Mərdan bilirmiş. Orada danışdıq ki, duet olsun. Mən gördüm ki, biz onu duet etsək, bizim səs diapozunumuz uyğun gəlməyəcək. İstəmədim ki, Mərdanın ifasına xələl gəlsin, dedim ki, mən elə bu hissəni oxuyaram. Yoxsa Mərdanın səsi bəmə düşərdi. Doğrudan da çox yaxşı etdik, Rübabə Muradovanın o yanıqlı səsi ilə o hissəni ifa etdim. Biz bu mahnını yazdırdıq. Digər məsələ də sonra alındı. Onu da başqa vaxt danışardıq da. Bir-birilərini seviblər. Hər bir ailə qurulanda sevgi ilə qurulmalıdır. Sevgisiz ailə çox getmir. Həmişə mənə sual veriləndə ki, uşaqlara sərbəstlik vermisiz, kimisə seçsə, siz razılıq verərsiz. Mən hər zaman deyirdim ki, valideyn yalnız yol göstərə bilər, istiqamətləndirər. Amma iki gənc bir-birini sevərsə, ona deyirlər, Qarabağın düzü var, düzlərində quzu var, iki könül bir olsa, kimin buna sözü var?".
M. Kazımov isə bildirib ki, Nəzrinlə əvvəllər dost olub:
"Biz Nəzrin xanımla dost idik. Məncə, dost olmağı bacarmayan insan heç nəyi bacarmaz. Sonradan belə bir münasibətimiz yarandı. Çox danışmağı sevmirəm. Əsas odur ki, hər şey yaxşıdır. Hələ rəsmimi çəkməyib, söz verib ki, çəkəcək. Biz bir-birimizə işlərimizdə də dəstək oluruq. Biz Mələk xanımla studiyada işləyəndə əsl sənətkarın nə demək olduğunu anladım. İlk dəfəydi ki, rok ifa edirdi. Biz ha istəyirdik, deyək ki, filan yerdə belə olsun. Nəhayət cəsarətimizi topladıq, dedik. Cavab verdi ki, bunu bayaqdan deyin də. Bir sənətkar kimi bizə böyük örnək oldu. İnşallah biz də onun kimi sənətkar ola bilərik".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1378 Tarix: 09 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRamiz Mehdiyev yaşasa - Cəzası 101 yaşında bitəcək
Uzun müddət dövlət idarəçiliyində əsas fiqurlardan biri olan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev artıq məhkumdur. Ötən gün xəbər verdiyimiz kimi, "boz kardinal" dövlətçiliyə qarşı və korrupsiya ilə bağlı xüsusilə ağır cinayətlərdə təqsirli bilinib. Lakin ona 14 il azadlıqda
28.10.2026 423 Doğum evində həkim səhlənkarlığı iddiası - 8 aylıq döl ana bətnində tələf oldu
Bakıda 6 nömrəli doğum evində 8 aylıq dölün ana bətnində tələf olduğu bildirilir. Bu barədə -ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub. Məlumata görə, hadisə oktyabrın 26-da baş verib. Hamilə qadın əvvəlcə özəl klinikaya müraciət edib. Daha sonra doğuş üçün 6 nömrəli doğum evinə yönləndirilib
28.10.2026 336 XXI əsrin ən uzun Günəş tutulması Misirin qədim məbədlərini qaranlığa qərq edəcək
2027-ci il avqustun 2-də baş verəcək tam Günəş tutulması həqiqətən də xüsusi hadisə olmağa vəd edir. O, tarixə əsl səma hadisəsi kimi düşəcək. Tutulmanın quruda tam mərhələsi düz 6 dəqiqə 23 saniyə davam edəcək. Bu isə XXI əsrdə qeydə alınacaq ən uzun tam tutulma mərhələsi olacaq. Üstəlik, 2114-cü il
28.10.2026 299 Bakıda 5 milyonluq DƏLƏDUZLUQ İŞİ: Qohumlar HAKİM QARŞISINDA
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə vətəndaşlara qarşı 5 milyon manatdan artıq dələduzluq etməkdə təqsirləndirilən Sirac Səmədov və onun yeznəsi Sahil Nəhmətovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. xəbər verir ki, məhkəmə zərərçəkənlərin ifadələr
28.10.2026 350 4 yaşlı oğlunu itirdi, yazdığı mahnı dünyanı ağlatdı - 35 illik faciənin hekayəsi
Britaniyalı məşhur musiqiçi Erik Klaptonun "Cənnətdə göz yaşları" mahnısı musiqi tarixinin ən kədərli əsərlərindən biri hesab olunur. xarici mediaya istinadən xəbər verir ki, mahnı sənətçinin dörd yaşlı oğlu Konorun faciəvi ölümündən sonra yazılıb. Faciə 1991-ci ilin martında baş verib. Klaptonu
28.10.2026 348 "AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu - UIMF 2026-da təmsil olunub. Oktyabrın 27-28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altında keçirilən forum Özbəkistan Respublikasının Dağ-Mədən Sənayesi və Geologiy
28.10.2026 323 Niyə bu sabunun üzərinə 72 faiz yazılır?
Təsərrüfat sabunu paltar yumaq, səthləri təmizləmək və çətin ləkələri çıxarmaq üçün istifadə olunur. Lakin onun üzərində yazılan 65, 70 və 72 faiz yazılmasının mənasını hər kəs bilmir. Bu göstəricilər sabunun tərkibi və yuyucu xüsusiyyətləri ilə bağlıdır. xarici mediaya istinadla xəbər verir ki, həmi
28.10.2026 374 "Həyat yoldaşım iki ev arasında qalıb"
"Mən köhnə evimi satıb təzəsinə köçdüm. İndi oğlumla eyni həyətdə qalırıq. Evimin açarını da onlara vermişəm". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Qonaqcanlı" proqramında deyib. Sənətçi yeni ev aldığını bildirib:. O bildirib ki, yeni evə köçdükdən sonra həya
28.10.2026 431 Ankara Qara dənizdə gəmilərə hücumlarla bağlı xəbərdarlıq edib
Türkiyənin müdafiə naziri Yaşar Gülər Qara dənizdə gəmilərə qarşı həyata keçirilən hücumlardan narahatlığını ifadə edərək Rusiya və Ukraynanı "ağıllı davranmağa" çağırıb. xəbər verir ki, bu barədə "Reuters" agentliyi nazirin açıqlamasına istinadən məlumat yayıb. "Hər iki tərəf
11:03 3