"Bu gün əminliklə deyə bilərik ki, biz çox xoşbəxt xalqıq"- Tamam Cəfərova

"Bu gün əminliklə deyə bilərik ki, biz çox xoşbəxt xalqıq"- Tamam Cəfərova"Üç il əvvəl Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında tarixi torpaqlarımızı işğaldan azad etməklə, ölkəmizin ərazi bütövlüyünü, suverenliyini və tarixi ədaləti bərpa etdi. Azərbaycanın dövlətçilik, hərbi-siyasi, müstəqillik tarixinə yeni qəhrəmanlıq salnaməsi yazıldı. Bu unudulmaz tarixi gün bir xalqın öz Lideri ilə həmrəyliyinin, birliyinin təntənəsidir. Cənab Prezident gərgin əməyi, qətiyyəti, iradəsi ilə göstərdi ki, O, xalqına verdiyi bütün vədləri yerinə yetirmək iqtidarındadır. O, sübut etdi ki, Onun sözü imzası qədər keçərlidir. O, göstərdi ki, nəyi, necə, nə vaxt etmək lazımdır yaxşı bilir. Bu gün əminliklə deyə bilərik ki, biz çox xoşbəxt xalqıq. Biz cənab Prezident İlham Əliyevin reallığa çevirdiyi bu unudulmaz tarixin şahidləriyik. Qeyd edək ki, bu möhtəşəm qələbədən ötən üç il ərzində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu diplomatik səyləri nəticəsində dünya yaranmış yeni reallığı və Qarabağ Azərbaycandır həqiqətini qəbul edib".

Bu sözləri BiG.AZ-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

T.Cəfərova qeyd edib ki, Vətən müharibəsində azərbaycanlı kimliyi, vətən mənsubiyyəti etnik çərçivələri aşaraq bütün Azərbaycan xalqını bir yumruq kimi birləşdirdi.

"Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərarı Azərbaycan xalqı 30 ilə yaxın müddət idi ki, həsrətlə gözləyirdi. 44 gündə düşmən üzərində hər yeni qələbəmiz Prezident İlham Əliyevin yumruğunu daha güclü, daha yenilməz birlik və güc rəmzinə çevirdi. Bir yumruq kimi birləşən xalqımız həm öz möhtəşəm birliyi ilə, həm də bu birlikdən qaynaqlanan gücü ilə, Ali Baş Komandanın ifadəsi ilə desək, düşmənin başını əzdi".

Deputat bildirib ki, Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi.44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbədə dövlət-ordu-xalq həmrəyliyinin əyani təzahürünün şahidi olduq.

"Xalqın güc və birlik rəmzinə çevrilmiş "dəmir yumruq" öz gücünü və şücaətini bütün dünyaya göstərdi. Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Bu Zəfər sayəsində "Ermənistanın güclü ordusu var" və "erməni xalqı döyüşkən xalqdır" kimi miflərə birdəfəlik son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək tarixi torpaqlarımızın işğaldan azad olunmasına nail oldu".

Vətən müharibəsi dövründə ölkəmiz bütün cəbhələrdə uğurla mübarizə aparıb qalib gəlmişdir deyən millət vəkili Tamam Cəfərova bildirib ki, bu dövrdə ölkə Başçısının informasiya cəbhəsində apardığı mübarizəni xalqımız xüsusilə qiymətləndirir.

"Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xarici mətbuata müsahibələrində xüsusi peşəkar və vətənpərvər ritorikası ilə xalqın xüsusi rəğbətini qazanmışdır. Vətən müharibəsi dövründə cənab Prezidentin nitqi, işlətdiyi ifadələr Azərbaycan xalqının yaddaşında əbədi həkk olunmuş və dillər əzbərinə çevrilmişdir. Dövlət başçısının gələcəyə ümid dolu sözləri insanları itkilər qarşısında sönməməyə, əksinə qürurla durmağa ruhlandırdı. Vətəndaşlar müharibə dövründə Prezidentin simasında artıq ölkəni idarə edən rəsmi şəxslə bərabər, doğma insan, xalqının yenilməz övladını görürdülər.

Xüsusilə qeyd etməliyik ki, Prezident İlham Əliyev müharibə dövründə dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibə verdi, münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. İnformasiya savaşının əsas konturlarını təşkil edən bu müsahibələr milli mətbuatımızın fəaliyyətinə istiqamət verdi. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı müsahibələri XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr vermişdir. Bu müsahibənin hər biri Azərbaycanın diplomatik uğurudur – beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə təzyiqlər cəhdinin qarşısı müvəffəqiyyətlə alınmışdır. Müsahibələr ardıcıl, dünyanın ən müxtəlif ölkələrinin, müxtəlif kanalları vasitəsi ilə aparılırdı. Müsahibələri real mübarizə və silah üsuluna çevirən Azərbaycan Prezidenti bu müharibədə də qalib gəldi. Həmin nitqlərdə gerçəklikdən doğan konkretlik, qətiyyət, iradə əsaslı şəkildə yer alırdı. Müzəffər Ali Baş Komandan verdiyi müsahibələrlə münaqişə ilə bağlı dünyanın fikrini dəyişdirməyə müvəffəq olmuşdur.
Azərbaycanın qəti və prinsipial mövqeyi sayəsində tarixi ərazilərimizdə heç bir "boz zona"nın qalmasına imkan verilməmiş, Azərbaycan Respublikasının konstitusiya quruluşu və suverenliyi tam bərpa olmuşdur. Xüsusilə qeyd etməliyik ki, bu istiqamətdə həyata keçirilən antiterror əməliyyatları olduqca mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda onu da qeyd etməliyik ki, Laçın rayonunun Həkəri çayı üzərində "Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulması Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazılmışdır. Bunlarla yanaşı, sentyabr ayında keçirilən lokal xarakterli antiterror tədbirlərinin başlaması Azərbaycanın növbəti hərbi- siyasi qələbəsi ilə nəticələnmişdir. Beləki, Antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir. 15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırılmışdır. 20 il bundan əvvəl Prezident seçilmiş İlham Əliyev doğma xalqına müraciət edərək söz vermişdir ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. Bu şərəfli, tarixi gün cənab Prezidentin 20 illik gərgin fəaliyyətinin zəfər zirvəsidir. Qeyd edək ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə üçrəngli bayrağımızı qaldırmaqla bir əsrlik saxtakarlığa son qoyulduğunu bütün dünyaya nümayiş etdirdi.

Prezidentin qəti və prinsipial mövqeyi, özünə, arxalandığı xalqa və orduya inamı isə bütövlükdə Azərbaycan xalqını, həmçinin dünyanın müxtəlif ölkələrindəki azərbaycanlıları, başqa ölkələrin vətəndaşları olan soydaşlarımızı dünyanın bütün azərbaycanlılarının vətəni olan Azərbaycan Respublikası naminə birləşdirir və konsolidasiya edir. Döyüşlərdə yaranan dostluq kimi, Vətən müharibəsində özünü təsdiqləyən və bərkiyən milli həmrəyliyimiz də artıq qırılmaz, geridönməz və əbədidir.

Əminik ki, 44 gündə ruhumuza hakim olan bu həmrəylik və möhkəm birlik vətənimizin bundan sonra da etibarlı müdafiəsində və həyata keçirilən genişmiqyaslı quruculuq işlərində də öz bəhrəsini verəcək" deyə Millət vəkili Tamam Cəfərova fikirlərini tamamlayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 620   Tarix: 09 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

AB-dən iranlı hakimlərə sanksiya...

Avropa Birliyi İranın bir sıra hakimlərinə və İrandakı kiber qrupun yüksək vəzifəli şəxsinə yeni sanksiyalar tətbiq edib. xəbər verir ki, bu haqda Avropa Birliyinin xarici siyasət rəhbəri Kaya Kallas X şəbəkəsində yazıb. Kallas İranda xalqa qarşı repressiyaları diqqətdən kənarda saxlamamağı tövsiyə edib:

27.07.2026 247
.

"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət

"Bolt" taksi xidmətinin sürücüsünün sərnişinə qarşı qeyri-etik münasibət göstərdiyi iddia olunur. xəbər verir ki, bununla bağlı görüntülər və sərnişinin paylaşımı sosial şəbəkələrdə yayılıb. Sərnişinin sözlərinə görə, o, əvvəlcədən ailəli olduğunu bildirsə də, sürücü onunla münasibət qurmağ

27.07.2026 434
.

Antarktidada nəhəng əraziyə heç bir ölkə iddia etmir: Səbəbi nədir?

Antarktidada yerləşən Meri Berd Torpağı bu günə qədər heç bir dövlətin rəsmi ərazi iddiası irəli sürmədiyi ən böyük quru sahələrindən biridir. Qaynarinfo xəbər verir ki, bu regionun unikallığı təkcə ölçüləri ilə deyil, həm də hüquqi statusu ilə bağlıdır. Sahəsi İran və Monqolustandan böyük, Polşada

27.07.2026 250
.

Küləkli hava nə vaxta qədər davam edəcək?

Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, küləyin maksimal sürəti narıncı xəbərdarlığa uyğun olaraq arabir 28 m/s-dək çatır. Dənizdə dalğanın hündürlüyü 2.8 metrdir. Qurumun məlumatına görə, küləkli hava şəraiti saba

27.07.2026 277
.

Türkiyəyə məxsus "GOLDEN LEO" Odessa yaxınlığında batdı

Türkiyəyə məxsus "GOLDEN LEO" yük gəmisi Odessa yaxınlığında batıb. Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper bildirib ki, gəmi iyulun 19-da Ukrayna qarğıdalısı ilə yükləndikdən sonra limanı tərk edərkən raket zərbəsinə məruz qalıb. Onun sözlərinə görə, hücum nəticəsində doqqu

27.07.2026 295
.

AzTV rəhbəri İranı hədəfə aldı - "Düşmən media qurumları..." - VİDEO

AzTV İranda "düşmən media qurumları" siyahısına salınıb. "Yeni Sabah" xəbər verir ki, Dövlət Televiziyası rəhbəri Rövşən Məmmədli "Həftə" proqramında bu mövzunu şərh edib

27.07.2026 259
.

MTK-lar evi gec təhvil verərsə, vətəndaşın hansı hüquqları var? - VƏKİLDƏN AÇIQLAMA

Mənzil almaq istəyən vətəndaşlar tikinti şirkətləri ilə müqavilə bağlayarkən ən çox mənzilin təhvil veriləcəyi tarixə diqqət yetirirlər. Lakin praktikada bir çox MTK müxtəlif səbəbləri əsas gətirərək müqavilədə göstərilən müddətə əməl etmir və mənzillərin təhvilini aylarla, bəzən isə illərlə gecikdirir

11:42 142
.

Rusiya ordusu daha 2 kəndi işğal etdi

Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətində Kommunarovka və Donetsk bölgəsində Torskoye yaşayış məntəqələrinə nəzarəti ələ keçirib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

27.07.2026 256
.

Dünya plastikdən imtina edir: Azərbaycanda da qadağa tətbiq oluna bilərmi? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Dünyanın bir çox ölkəsində birdəfəlik plastik məhsulların istifadəsi mərhələli şəkildə qadağan edilir və ya ciddi məhdudlaşdırılır. Məqsəd ətraf mühitin çirklənməsini azaltmaq, plastik tullantıların həcmini minimuma endirmək və insanların daha ekoloji alternativlərdən istifadəsini təşviq etməkdir. Azərbaycand

12:05 112
.

TOP MP3