"Tarix göstərdi ki, bu regionda ayaqda qalmağın yolu güclü ordudan keçir" - EKSPERT

"Tarix göstərdi ki, bu regionda ayaqda qalmağın yolu güclü ordudan keçir" - EKSPERT"Azərbaycan xalqı və dövləti olaraq biz Zəfər gününə 30 il müddət yol tutulmuş olduq. Zəfər tariximizin əsas 4 komponenti var. Həm Birinci Qarabağ müharibəsində Ümumilli Lider Heydər Əliyevin hakimiyyətə gələrək ordunun yaradılmasına başlaması, bu estafeti sərkərdə olaraq cənab prezident İlham Əliyevin uğurla qəbul etməsi, ordunun 21 əsr müasir ordu səviyyəsinə gətirilməsi, onun strateji vizyonunun nəticəsi idi. Cənab Ali Baş Komandanın əməliyyatları planlamasında birbaşa iştirak etməsi, müharibənin gedişatına rəhbərlik etməsi qələbəmizin birinci amili idi. İkinci amili xalqımızın dövlətin və ordunun yanında olmasıdır. Bu görünməmiş dəstəyin verilməsindən ibarət idi. Üçüncüsü bütün silahlı qüvvələrin əməliyyatlarda iştirak edən hərbiçilərin döyüş hazırlığının yüksək səviyyədə olmasıdır. Təbii ki, dördüncüsü dostlarımız, xüsusilə siyasi, strateji hərbi müttəfiqlərimiz başda Türkiyə və Pakistan, İsrail olmaqla biz bugünkü zəfəri qazana bildik".

Bu sözləri BiG.AZ-a açıqlamasında hərbi ekspert Elxan Şıxəliyev deyib. Ekspert bildirib ki, bu zəfərin qazanılması qanımızın, canımızın bahasına bizə başa gəldi:

"İki müharibə nəticəsində biz bu qələbəmiz uğrunda 20 minə yaxın şəhid vermişik. Əməliyyatların gedişatında isə ordumuzun bütün istiqamətlərdə, əks-hücum əməliyyatlarında müharibə aparmaq qabiliyyəti nəticədə dünya hərbi elmi müharibələr tarixində yeni izlər buraxdı. Bunu artıq bizdə demirik. Bizim müharibəni həm ləyaqətli aparmaq kontekstində Pentaqondan tutmuş Brüsselə qədər, bizi sevib-sevməyən ölkələrin hərbi qərargahları bizi incələyir. Xüsusən yeni nəsil texnologiyaları ilə dəstəklənən PUA-ların kütləvi şəkildə əməliyyatlar teatrında tətbiqi bizim müharibəyə qədər heç bir yerdə olmamışdı. Biz bu ilki hərb tarixinə sıfırdan yazdıq. Bizim bu hərb tariximizdə , başlanğıcda hərbi məktəblərdə yeni fakültələr, kitablar yazılmış olacaq. Bizim müharibənin üzərindən yaratmış olacaqlar".

Elxan Şıxəliyevin sözlərinə görə, ikinci bir məsələ Xüsusi Təyinatlılarımızın artıq müharibənin başlanması ilə, xüsusən 30 ildə bərkimiş Ohanyan həddinin bir gecə ilə keçməsidir:

"30 km irəliləyərək 90 dərəcəlik bir zirvələri əliyalın aşaraq 2000 nəfərin Şuşadan darmadağın edilməsi və azad edilməsi hərb tarixinə xüsusi təyinatlılarımız adına ən yüksək döyüş hazırlığı keçmiş qurumlar kimi keçəcəyini gördük.Tarixə təkərrür elədi. Məğlub xalqdan qalib xalqa çevrildik. Bununla yanaşı, necə ləyaqətli antiterror əməliyyatı keçirdiyimizi göstərmiş olduq. Düşünürəm ki, bu coğrafiyada hələ bizim siyasi-hərbi hədəflərimiz, tapşırıqlarımız yekunlaşmadığı üçün bu regionda indiki olandan daha güclü orduya sahib olmalıyıq. Hərbiçilərə və müharibə veteranlarına sahiblənməliyik. Tarix göstərdi ki bu regionda ayaqda qalmağın yolu güclü ordudan keçir. Xalqımızı təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə şəfa diləyirəm. Yaşasın Azərbaycan Ordusu! Yaşasın cənab Ali Baş Komandan!".

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 711   Tarix: 09 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ramiz Mehdiyev yaşasa - Cəzası 101 yaşında bitəcək

Uzun müddət dövlət idarəçiliyində əsas fiqurlardan biri olan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev artıq məhkumdur. Ötən gün xəbər verdiyimiz kimi, ​"boz kardinal" dövlətçiliyə qarşı və korrupsiya ilə bağlı xüsusilə ağır cinayətlərdə təqsirli bilinib. Lakin ona 14 il azadlıqda

28.10.2026 423
.

Doğum evində həkim səhlənkarlığı iddiası - 8 aylıq döl ana bətnində tələf oldu

Bakıda 6 nömrəli doğum evində 8 aylıq dölün ana bətnində tələf olduğu bildirilir. Bu barədə -ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub. Məlumata görə, hadisə oktyabrın 26-da baş verib. Hamilə qadın əvvəlcə özəl klinikaya müraciət edib. Daha sonra doğuş üçün 6 nömrəli doğum evinə yönləndirilib

28.10.2026 336
.

XXI əsrin ən uzun Günəş tutulması Misirin qədim məbədlərini qaranlığa qərq edəcək

2027-ci il avqustun 2-də baş verəcək tam Günəş tutulması həqiqətən də xüsusi hadisə olmağa vəd edir. O, tarixə əsl səma hadisəsi kimi düşəcək. Tutulmanın quruda tam mərhələsi düz 6 dəqiqə 23 saniyə davam edəcək. Bu isə XXI əsrdə qeydə alınacaq ən uzun tam tutulma mərhələsi olacaq. Üstəlik, 2114-cü il

28.10.2026 299
.

Bakıda 5 milyonluq DƏLƏDUZLUQ İŞİ: Qohumlar HAKİM QARŞISINDA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə vətəndaşlara qarşı 5 milyon manatdan artıq dələduzluq etməkdə təqsirləndirilən Sirac Səmədov və onun yeznəsi Sahil Nəhmətovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. xəbər verir ki, məhkəmə zərərçəkənlərin ifadələr

28.10.2026 350
.

4 yaşlı oğlunu itirdi, yazdığı mahnı dünyanı ağlatdı - 35 illik faciənin hekayəsi

Britaniyalı məşhur musiqiçi Erik Klaptonun "Cənnətdə göz yaşları" mahnısı musiqi tarixinin ən kədərli əsərlərindən biri hesab olunur. xarici mediaya istinadən xəbər verir ki, mahnı sənətçinin dörd yaşlı oğlu Konorun faciəvi ölümündən sonra yazılıb. Faciə 1991-ci ilin martında baş verib. Klaptonu

28.10.2026 348
.

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu - UIMF 2026-da təmsil olunub. Oktyabrın 27-28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altında keçirilən forum Özbəkistan Respublikasının Dağ-Mədən Sənayesi və Geologiy

28.10.2026 323
.

Niyə bu sabunun üzərinə 72 faiz yazılır?

Təsərrüfat sabunu paltar yumaq, səthləri təmizləmək və çətin ləkələri çıxarmaq üçün istifadə olunur. Lakin onun üzərində yazılan 65, 70 və 72 faiz yazılmasının mənasını hər kəs bilmir. Bu göstəricilər sabunun tərkibi və yuyucu xüsusiyyətləri ilə bağlıdır. xarici mediaya istinadla xəbər verir ki, həmi

28.10.2026 374
.

"Həyat yoldaşım iki ev arasında qalıb"

"Mən köhnə evimi satıb təzəsinə köçdüm. İndi oğlumla eyni həyətdə qalırıq. Evimin açarını da onlara vermişəm". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Qonaqcanlı" proqramında deyib. Sənətçi yeni ev aldığını bildirib:. O bildirib ki, yeni evə köçdükdən sonra həya

28.10.2026 431
.

Ankara Qara dənizdə gəmilərə hücumlarla bağlı xəbərdarlıq edib

Türkiyənin müdafiə naziri Yaşar Gülər Qara dənizdə gəmilərə qarşı həyata keçirilən hücumlardan narahatlığını ifadə edərək Rusiya və Ukraynanı "ağıllı davranmağa" çağırıb. xəbər verir ki, bu barədə "Reuters" agentliyi nazirin açıqlamasına istinadən məlumat yayıb. "Hər iki tərəf

11:03 3
.