Niyə Xaçatryana ömürlük cəza istənilmədi? - VİDEO
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin məhkəmə prosesi davam edir.
"Qafqazinfo" xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.
Prokuror ittiham nitqi ilə çıxış edərək Vaqif Xaçatryana 15 il azadlıqdan məhrum etmə cəzası verilməsini məhkəməyə təklif edib.
Prokuror həmçinin, çıxışında niyə Meşəli soyqırımını törətməkdə təqsirləndirilənlərdən Vaqif Xaçatryana 15 il cəza tələb etməsinin səbəbini izah edib. Belə ki, onun ittiham olunduğu soyqırım, sülh və müharibə əlehinə olan cinayətlərə görə cəzanın ən yuxarı həddi ömürlük azadlıqdan məhrumetmə cəzasıdır.
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, hökm çıxarılanadək 65 yaşı tamam olan şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzasının verilməsi qadağandır.
V.Xaçatryanın 65 yaşı keçməsi səbəbindən ona ömürlük azadlıqdan məhrumetmə cəzasının verilməsi mümkün deyil. Bundan başqa, hazırda Azərbaycan qanunvericiliyinə görə, 65 yaşından yuxarı şəxslərə ittiham olunduğu ağır cinayətlərə görə 20 il azadlıqdan məhrumetmə cəzası ən yuxarı hədd sayılır.
Lakin Vaqif Xaçatryan cinayət əməllərini 1991-ci ildə törədib. Azərbaycanın 2014-cü ilə qədər qüvvədə olan qanunvericiliyində sülh və müharibə əlehinə olan cinayətlərə görə cəza müddəti 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə olub. Azərbaycanın qoşulduğu Beynəlxalq Konvensiyalara da əsasən, şəxs hadisəni törətdiyi vaxta uyğun olan qanunvericiliyə görə cəzalanmalıdır. Yəni Vaqif Xaçatryan hazırki qanunvericilikdə olan sanksiya həddində yox, əməlin törədildiyi vaxtda mövcud olan qanunvericiliklə cəzalanması hüquqi baxımdan doğrudur. Bu səbəbdən prokuror çıxışında Meşəli qatilinə qanunvericiliyə əsasən ittiham olunduğu maddələr üzrə ən yuxarı həddə olan 15 il azadlıqdan məhrumetmə cəzası tələb edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 836 Tarix: 07 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSevgilisi olmayanlara TƏKLİF - Finlandiyada istirahət edə biləcəksiniz
Finlandiya sevgilisi olmayan şəxslərə qeyri-adi səyahət təklif edir. Müxtəlif ölkələrdən seçiləcək 16 iştirakçı dördgünlük qastronomik səfərə yollanacaq və yerli subaylarla şam yeməyində tanış olacaq. Səfərin bütün xərclərini təşkilatçılar qarşılayacaq. xarici mediaya istinadla xəbər verir ki, layihəni
28.10.2026 360 Monakoda knyazın 29 yaşlı qohumunun meyiti tapıldı
Monakoda knyaz II Albertin 29 yaşlı bibisi nəvəsi Antuan de Massinin meyiti aşkarlanıb. Axşam.az xəbər verir ki, bu barədə "Monaco-Matin" nəşri məlumat yayıb. Bildirilib ki, Antuan ölümündən qısa müddət əvvəl gecə klubundan çıxarkən görülüb. Onun sərxoş vəziyyətdə olduğu ehtimal edilir. Ertəs
28.10.2026 318 Melaniya Trampdan Oleşkidəki humanitar missiya ilə bağlı açıqlama
ABŞ-ın birinci xanımı Melaniya Tramp Xerson vilayətinin Oleşki şəhərində həyata keçirilən missiyanın sənədləşdirilməsi ilə bağlı təfərrüatları açıqlayıb. xəbər verir ki, o, bu barədə özünün X sosial şəbəkə hesabında paylaşım edib. Melaniya Tramp yazıb ki, "Newsmax" telekanalından olan dör
10:54 147 Gələn il ünvanlı sosial yardımlar bu qədər artacaq
Ünvanlı dövlət sosial yardımının məbləğı artırılacaq. xəbər verir ki, gələn il yaşayış minimumu və ehtiyac meyarının artırılması ünvanlı dövlət sosial yardımının məbləğınin artmasına da səbəb olacaq. Belə ki, gələn ilin büdcə zərfində yaşayış minimumunun və ehtiyac meyarının 314 manata çatdırılması nəzərd
28.10.2026 405 Kollektor ərazilərindəki tikililərlə bağlı hüquqi yanaşma necə olmalıdır?
Hər hansı tikilinin sənədsiz olması onun avtomatik olaraq qanunsuz tikili hesab edilməsi demək deyil. Belə hallarda torpaq sahəsinin hüquqi statusu, tikilinin hansı tarixdə və hansı şəraitdə inşa edilməsi, ərazi üzrə qüvvədə olan şəhərsalma və tikinti tələbləri, eləcə də müvafiq sənədlərin mövcudluğ
11:41 117 Niyə bu sabunun üzərinə 72 faiz yazılır?
Təsərrüfat sabunu paltar yumaq, səthləri təmizləmək və çətin ləkələri çıxarmaq üçün istifadə olunur. Lakin onun üzərində yazılan 65, 70 və 72 faiz yazılmasının mənasını hər kəs bilmir. Bu göstəricilər sabunun tərkibi və yuyucu xüsusiyyətləri ilə bağlıdır. xarici mediaya istinadla xəbər verir ki, həmi
28.10.2026 385 Məktəbdə jurnalistləri döyən gənc boksçu imiş - Foto
Xəbər verdiyimiz kimi, ötən gün Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə "Real TV"nin çəkiliş qrupuna hücum olub. "Trend"ə istinadən xəbər verir ki, hadisədə iştirak etdiyi bildirilən şəxslərdən biri - H.Tağılı peşəkar boksla məşğul olur. Onun Azərbaycan Boks Federasiyasını
12:45 86 2 yaşlı uşaq qonşunun evində yıxılıb öldü
Bakıda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə oktyabrın 28-i saat 18 radələrində Sabunçu qəsəbəsində baş verib. Qəsəbə sakini 2024-cü il təvəllüdlü Atilla Vasif oğlu İsmayılov qonşunun evində pilləkəndən yıxılaraq ölüb. Faktla bağlı Sabunçu Rayon Prokurorluğund
10:20 188 Bakıda 5 milyonluq DƏLƏDUZLUQ İŞİ: Qohumlar HAKİM QARŞISINDA
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə vətəndaşlara qarşı 5 milyon manatdan artıq dələduzluq etməkdə təqsirləndirilən Sirac Səmədov və onun yeznəsi Sahil Nəhmətovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. xəbər verir ki, məhkəmə zərərçəkənlərin ifadələr
28.10.2026 354