Heydər Əliyev Mərkəzində "Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı" sərgisinin açılışı olub - VİDEO
Noyabrın 1-də Heydər Əliyev Mərkəzində Azərbaycan tarixinə ekskursiya etdirəcək "Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı" sərgisinin açılışı olub. Bu, Uzun Həsənə həsr olunmuş ilk sərgidir.
2024-cü il yanvarın 17-dək davam edəcək sərgidə görkəmli dövlət xadimi və sərkərdə Uzun Həsənin həyatı, onun yaratdığı Ağqoyunlu dövlətinə dair məlumatlarla tanış olmaq və eksponatları izləmək mümkündür.
Qeyd edək ki, bu il Ağqoyunlu dövlətinin banisi Uzun Həsənin (1423 - 1478) anadan olmasının 600-cü ildönümüdür.
Sərgidə Türkiyənin İstanbul şəhərində yerləşən Hərb Muzeyindən çox nadir eksponatlar da yer alıb. Onların sırasında Uzun Həsənə aid olan nadir eksponat - onun zirehli geyimi mövcuddur. Bu eksponat Heydər Əliyev Mərkəzində nümayiş üçün 4 ay ərzində bərpa və konservasiya olunub.
Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən aparıcı muzeylərdən - Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli Tarix Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi, Gəncə Tarix Diyarşünaslıq Muzeyindən olan tarixi eksponatlar da sərgidə nümayiş etdirilir.
Sərgidə Uzun Həsən, onun oğlu və davamçısı Sultan Yaqubun zirehləri, XV əsr Azərbaycan cəngavərlərinə aid silahlar da nümayiş etdirilir. Eksponatlar arasında 1470-1480-ci illərə aid Təbriz miniatürlərinin əsasında tikilmiş Ağqoyunlu dövləti hökmdarının rəsmi geyimini də görmək mümkündür. Sərgi üçün xüsusi olaraq üzərində XV əsrə aid nadir Təbriz miniatürünün təsvir edildiyi xalçalar, eləcə də Uzun Həsənin mum heykəli və portreti də hazırlanıb.
Burada Ağqoyunlu dövlətində mədəniyyət, o cümlədən memarlıq və incəsənətin inkişafını nümayiş etdirən fotoşəkillər, Türkiyənin Topqapı Sarayı Muzeyi tərəfindən təqdim edilən miniatürlərin, Türkiyənin Dövlət Arxivləri İdarəsi tərəfindən təqdim edilən Uzun Həsənin fərman və məktublarının surətləri ziyarətçilərə təqdim edilir.
Sərgidə Ağqoyunlu dövlətinə məxsus sikkələr, arxeoloji qazıntılar nəticəsində tapılan keramika nümunələri, mis əşyalar da yer alıb.
Sərginin suvenir bölməsi də ziyarətçiləri cəlb edəcək məkanlardan biridir. Burada Ağqoyunlu dövləti, Uzun Həsənə həsr olunan və digər maraqlı suvenirlər təqdim edilir. Sərgi ərəfəsində Uzun Həsənin obrazını əks etdirən kiçik çini heykəllər də hazırlanıb. Ziyarətçilər bütün bu suvenirləri sərginin davam etdiyi müddətdə Heydər Əliyev Mərkəzindən əldə edə biləcəklər.
Qeyd edək ki, "AzerGold" QSC Uzun Həsənin 600 illiyi münasibətilə qızıl sikkələrin istehsalına başlayıb. Nəfis tərtibatda dizayn edilən, incə naxışlarla zərb qızıl sikkə ilk dəfə Heydər Əliyev Mərkəzində təşkil edilən "Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı" sərgisində nümayiş olunub və suvenir bölməsində məhdud sayda satışa çıxarılacaq.
Uzun Həsənin 600 illiyi münasibətilə "Azərpoçt" MMC tərəfindən poçt markası da dövriyyəyə buraxılıb və sərginin açılışında həmin markanın təqdimatı olub. Buraxılış bir markadan və kupondan ibarət blok şəklində hazırlanıb. Markanın üzərində Sultan Uzun Həsənin tuğrası qızılı folqa ilə həkk olunub. Kuponun üzərində isə onun Ağqoyunlu dövlətinin hökmdarı olduğu illər göstərilib.
Qeyd edək ki, sərgi çərçivəsində Heydər Əliyev Mərkəzi tərəfindən Azərbaycan və ingilis dillərində "Ağqoyunlu dövlətinin hökmdarı - Uzun Həsən" adlı kitab da hazırlanıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1151 Tarix: 02 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDoğum evində həkim səhlənkarlığı iddiası - 8 aylıq döl ana bətnində tələf oldu
Bakıda 6 nömrəli doğum evində 8 aylıq dölün ana bətnində tələf olduğu bildirilir. Bu barədə -ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub. Məlumata görə, hadisə oktyabrın 26-da baş verib. Hamilə qadın əvvəlcə özəl klinikaya müraciət edib. Daha sonra doğuş üçün 6 nömrəli doğum evinə yönləndirilib
28.10.2026 416 Anasının zorakılığına məruz qalan 14 yaşlı qız sığınacağa verildi
Anası tərəfindən zorakılığa məruz qalan yeniyetmə sığınacağa yerləşdirilib. Axşam.az xəbər verir ki, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib. O bildirib ki, atasını itirdikdən sonra anası ilə yaşayan 14 yaşlı qızın valideyni yenidə
11:14 269 Uşaq hüquqları başqalarının hüquqlarını kölgədə qoymamalıdır
225 nömrəli məktəbdə baş verən faciə məktəb mühitində məsuliyyət, tərbiyə, aqressiya və hüquq anlayışına yenidən nəzər salmağın vacibliyini ortaya qoyur. Bakının 225 nömrəli məktəbində baş verən faciə və ardınca jurnalistlərin çəkiliş qrupuna qarşı törədilən zorakılıq cəmiyyətdə ciddi suallar doğurur
14:59 184 Yeni işi bəlli oldu
Türkiyəli aktyor Olqun Şimşek yeni seriala çəkilir. Axşam.az xəbər verir ki, aktyor "Yörük kızı" serialında rol alacaq. O, izləyicilərin qarşısına "Yaşar" obrazı ilə çıxacaq. Qeyd edək ki, Olqun son olaraq "Kara ağaç destanı" adlı ekran işində çəkilib
28.10.2026 348 Meloninin mümkün istefası İtaliyada siyasi gərginliklə əlaqələndirilir
İtaliyanın Baş naziri Corcia Meloninin mümkün istefası hakim koalisiya daxilində, o cümlədən Ukraynaya hərbi yardımın dayandırılması məsələsi ilə bağlı artan gərginliklə əlaqələndirilir. xəbər verir ki, bu barədə Belluno şəhərindəki UniDolomiti Universitetinin dosenti, beynəlxalq münasibətlər üzrə italya
10:34 235 Azərbaycanın müstəqil siyasət yürütməsi və öz milli maraqlarını müdafiə etməsi bütün xarici aktorların maraqları ilə həmişə üst-üstə düşmür
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli maraqlara əsaslanan öz dövlətçilik modelini formalaşdırıb və xarici siyasət prioritetlərini müəyyənləşdirib. Bu prosesdə milli ideologiya, milli kimlik, dövlətçilik, suverenlik, həmrəylik və milli-mənəvi dəyərlər mühüm rol oynayır. Ümummilli Lide
13:11 191 Robotlar sinif otaqlarında: Təhsildə inqilab, yoxsa yeni çağırışlar?
Müasir dövrdə texnoloji inqilab təhsilin fundamentini də sarsıdır. Özəl məktəblərdə robotların müəllim kimi çıxış etməsi və dərslərin süni intellekt vasitəsilə fərdiləşdirilməsi artıq uzaq bir fantastika deyil, yaxın gələcəyin real strategiyasıdır. Lakin bu texnoloji sıçrayışın təhsilin mahiyyəti, sosia
15:32 179 Zəfər Günü və Şuşa: milli iradənin təntənəsi, tarixi ədalətin bərpası və Böyük Qayıdışın strateji əhəmiyyəti
Azərbaycanın müasir tarixində 8 Noyabr - Zəfər Günü dövlətçilik salnaməsinin ən mühüm hadisələrindən biri, Şuşanın azadlığı isə həmin tarixi qələbənin hərbi, siyasi və mənəvi mahiyyətini özündə birləşdirən rəmzdir. Bu qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ olmaql
12:58 204 İsrailin gələcək siyasi kursunu nə müəyyən edəcək?
"İsraildə seçkilərin nəticələri ölkənin gələcək siyasi kursu baxımından mühüm əhəmiyyət daşıyır. İlkin nəticələr göstərir ki, Benyamin Netanyahu siyasi mövqelərini qoruyub saxlayıb və hakimiyyətdə qalmaq imkanlarını itirməyib. Lakin əsas məqam ondan ibarətdir ki, seçkilərdə siyasi üstünlük əld
15:10 180