Gəncədə müğənni qətlə yetirildi
Bu gün saat 7 radələrində Gəncə şəhərində Kəlbəcər rayon sakinləri üçün inşa edilmiş Yeni qəsəbə ərazisində 1989-cu il təvəllüdlü Səbinə Abbasovanın ölməsinə dair Kəlbəcər rayon prokurorluğuna məlumat daxil olub.
Axşam.az xəbər verir ki, baş prokurorluqdan bildirilib ki, araşdırmalarla 1984-cü il təvəllüdlü Hüseyn Abbasovun Yeni qəsəbə ərazisində bacısı Səbinə Abbasovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hüseyn Abbasov iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam etdirilir.
***
Bu gün səhər saatlarında Gəncədə törədilən qətlin bəzi təfərrüatları məlum olub.
"Qafqazinfo"nun məlumatına görə, saat 7 radələrində Kəlbəcər sakinləri üçün inşa edilmiş Yeni qəsəbədə binanın önündə öldürülən 1989-cu il təvəllüdlü Səbinə Abbasova müğənni kimi fəaliyyət göstərirmiş. Onu qətlə yetirən Hüseyn Abbasov isə mərhumun ata bir, ana ayrı qardaşıdır. O, Bərdə şəhərində yaşayırmış və Gəncəyə gələrək ögey bacısını qətlə yetirib.
Keçirilən əməliyyat tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Hüseyn Abbasov saxlanılaraq istintaqa təhvil verilib. H.Abbasovun daha əvvəl məhkumluq həyatı yaşadığı bildirilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1299 Tarix: 02 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTel-Əvivdə Kanal 12-nin ofisinin qapısı bu ay ikinci dəfə döyüldü; məktub ölüm təhdidləri yaradır
Maskalı hücumçu gecə ərzində "Channel 12"-nin Tel-Əviv ofisinin şüşə qapısını sındırıb. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, hökumət nazirləri və sadiq tərəfdarları tərəfindən kanala qarşı aparılan kampaniya fonunda, bu ay ikinci dəfədir ki, kanalın ofisi hədəfə alınır. Hadis
13:14 183 Dünya plastikdən imtina edir: Azərbaycanda da qadağa tətbiq oluna bilərmi? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Dünyanın bir çox ölkəsində birdəfəlik plastik məhsulların istifadəsi mərhələli şəkildə qadağan edilir və ya ciddi məhdudlaşdırılır. Məqsəd ətraf mühitin çirklənməsini azaltmaq, plastik tullantıların həcmini minimuma endirmək və insanların daha ekoloji alternativlərdən istifadəsini təşviq etməkdir. Azərbaycand
12:05 210 Buzovnanın kanalizasiyası Xəzər dənizinə axıdılır? (VİDEO)
Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində çimərlik ərazisinə çirkab suların axıdıldığı iddiası ilə bağlı görüntülər yayılıb. Qaynarinfo Xəzərxəbər-ə istinadən xəbər verir ki, sakinlərin bir qismi borudan kanalizasiya sularının dənizə axıdıldığını iddia etsə də, digərləri bunun qrunt suları olduğunu bildiriblər
10:09 197 Türkiyə ilə bağlı xəbərdarlıq: 50 dərəcə isti olacaq
Türkiyənin cənubunda yerləşən Adana şəhərində çərşənbə günü havanın temperaturu +50C-yə çata bilər. Qaynarinfo xəvbər verir ki, bu barədə "RIA Novosti" agentliyi türkiyəli meteoroloq İhsan Yurtdaşa istinadən məlumat yayıb. "Bu, cari yay mövsümünün ən yüksək temperatur göstəricilərində
11:58 223 Kamçatka sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb
Sakit okeanda, Kamçatka yarımadası yaxınlığında 5,5 maqnitudalı zəlzələ baş verib. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının məlumatına görə, yeraltı təkanın episentri Petropavlovsk-Kamçatski şəhərindən 521 kilometr
14:26 157 Sabah hava küləksiz olacaq
İyulun 29-da gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-25 isti, gündüz 31-36 isti olacaq. Atmosfe
14:33 160 Vladimir Putin İlham Əliyevə zəng edib
İyulun 28-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. BİG.AZ xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, ikitərəfli və beynəlxalq gündəliyə dair aktual məsələləri müzakirə edən liderlər Azərbaycan-Rusiy
13:01 228 Bu ərazilərdə iki gün su olmayacaq
Bakı və Abşeronun bəzi ərazilərində su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Bildirilib ki, Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Fatmayı, Goradil qəsəbələrinin, Corat bağ massivinin, Sabunçu rayonu, Kürdəxanı
12:43 283 Səfər Mehdiyevin bacanağına cinayət işi açıldı - 200 minlik yeyinti
Dörd ay əvvələ kimi TƏBİB-in tabeliyində olan Sabirabad Rayonu Mərkəzi Xəstəxanasının direktoru işləmiş Həsən Hüseynov cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, eks-direktor külli miqdarda mənimsədə ittiham olunur. Prokurorluqda aparılan istintaqla müəyyə
17:19 97