Azərbaycan gənclər və könüllülər təşkilatları bəyanat yayıblar
Azərbaycan gənclər və könüllülər təşkilatları İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar bəyanat yayıblar.
Oxu.Az bəyanatı təqdim edir:
"Azərbaycan Respublikası XXI əsrə bütün istiqamətlərdə sürətli inkişaf tempi ilə qədəm qoyub. Son 20 il ərzində ölkədə iqtisadiyyat, hərbi quruculuq, elm, təhsil, mədəniyyət, sosial rifah və digər sahələrdə olduğu kimi, gənclər siyasəti sahəsində də ciddi irəliləyişlərə nail olunub. Bütün bu nailiyyətlər, birmənalı olaraq, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilən və qətiyyətli, müdrik liderlik keyfiyyətlərinə söykənən uğurlu siyasətin nəticəsidir. Dövlət başçımızın rəhbərliyi altında ötən 20 il ərzində Azərbaycanın dövlətçilik tarixi misli görünməmiş parlaq qələbələrlə zənginləşib.
20 il bundan əvvəl Azərbaycan Respublikası Prezidentinin andiçmə mərasimində "Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyondan artıq qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir, Azərbaycan heç vaxt torpaqlarının işğal altında qalması ilə barışmayacaq" söyləyən Prezident ali siyasi rəhbər funksiyalarının icrasına başladığı ilk gündən Azərbaycanı və Azərbaycan xalqını bəyan edilmiş bu hədəfə doğru inamla aparıb.
Azərbaycanda ötən illər ərzində aparılan iqtisadi, siyasi və hərbi islahatlar hər bir azərbaycanlı kimi, biz gənclərin də ülvi arzusu olan ərazi bütövlüyümüzün bərpasını təmin edib. 2020-ci il sentyabrın 27-də başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsində parlaq qələbəmiz məhz bu islahatların və qətiyyətli liderliyin sayəsində mümkün olub.
Sözün əsl mənasında müstəqil olan, öz xarici və daxili siyasətini özü müəyyən edən dövlətimiz ötən 20 il ərzində mühüm iqtisadi tərəqqiyə nail olub, ümumi daxili məhsulumuz dəfələrlə artıb, nəticədə Azərbaycan yoxsul və yardım qəbul edən ölkədən inkişaf etmiş donor ölkəyə çevrilib. Təbii ki, iqtisadi artım biz Azərbaycan gənclərinin də rifahına və inkişafına müsbət təsir edib və gənclər qarşısında geniş imkanlar açıb. Dövlət başçımızın rəhbərliyə gəldiyi ilk vaxtdan öz siyasətində gənclərə və könüllülərə mühüm yer ayırması və onların himayədarı kimi çıxış etməsinin nəticəsi idi ki, gənclərimiz istər torpaqlarımızın 30 illik işğaldan azad olunmasında, istərsə də ölkəmizin iqtisadi, elmi, mədəni inkişafında mühüm töhfə vermək qabiliyyətini layiqincə nümayiş etdiriblər.
Biz, ətrafında yüzminlərlə gəncləri və könüllüləri birləşdirən gənclər və könüllülər təşkilatları liderimizin bütün istiqamətlərdə fəaliyyətini dəstəkləyir və atılan hər bir addımda həmrəyliyimizi ifadə edirik. Qalib dövlətin gəncləri və könüllüləri olaraq biz ölkəmizin gələcəyinin dünya miqyasında sayılan və hörmət edilən güclü liderlə bağlı olduğunu anlayır və ölkəmizi növbəti parlaq zəfərlərə doğru aparan yolda müzəffər Ali Baş Komandanla hər zaman olduğu kimi, yanaşı addımlamağa hazır olduğumuzu bəyan edirik. İlham Əliyev-gənclər birliyi sarsılmazdır!"
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 479 Tarix: 14 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZəfər Günü və Şuşa Günü - Azərbaycanın tarixi yaddaşında əbədi yaşayacaq qələbə salnaməsi
Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar sadəcə təqvimdə qeyd olunan əlamətdar tarix deyil, bütöv bir xalqın taleyini, milli iradəsini, mübarizə əzmini və gələcəyə baxışını özündə birləşdirir. 8 Noyabr - Zəfər Günü və 15 İyun - Milli Qurtuluş Günü deyil, məhz 15 May - Şuşa Şəhəri Günü Azərbaycanı
10:11 140 Məşq zamanı vəfat edən Rəsulun fotosu
İdman zalında qəfil vəfat edən Rəsul Nəsibovun fotosu yayılıb. fotonu təqdim edir:. 16:26. Bakıda idman zalında ölüm hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisindəki zallardan birində baş verib. Burada məşq edən 20 yaşlı Rəsul Nəsibov qəfil dünyasını dəyişib. Onun ürək çatışmazlığında
29.10.2026 475 Melaniya Tramp Aleşkidə ABŞ jurnalistlərinin müşahidəçi kimi iştirakını təsdiqləyib
ABŞ-ın birinci xanımı Melaniya Tramp Rusiya və Ukrayna tərəflərinin iştirakı ilə Xerson vilayətinin Aleşki şəhərində keçiriləcək humanitar missiyanı ABŞ jurnalistlərinin müşahidə edəcəyini təsdiqləyib. xəbər verir ki, Melaniya Tramp bu barədə "X" sosial şəbəkəsində Rusiya Prezidentinin beynəlxal
29.10.2026 312 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video
Bakının Sabunçu rayonunda körpənin yıxılaraq ölməsi ilə bağlı daha bir təfərrüat məlumat olub. Xəzər TV-yə istinadən xəbər verir ki, uşağın anası Ayşən İsmayılova övladının dayənin nəzarətsizliyi səbəbindən bir neçə dəfə yıxıldığını iddia edir. "Mən uşağımı canlı verdim, ölü aldım. Uşağım yıxılıb
29.10.2026 451 Putin Makron və Merzlə telefon danışığına hazırdır
Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Fridrix Merzlə telefon danışığı aparmağa hazırdır. xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun açıqlamasını jurnalist Aleksandr Yunaşev "Telegram" kanalında yayımlayıb
11:00 135 Ürəyi "öldürən" qidaların qara siyahısı
Gündəlik qidalanma ürək və damar sağlamlığına təsir göstərir. Duz, doymuş yağ və əlavə şəkərlə zəngin məhsulların tez-tez, çox miqdarda istehlakı yüksək təzyiq, xolesterin və artıq çəki kimi risk amillərini artıra bilər. xarici mediaya istinadla kardioloqların öz rasionlarında məhdudlaşdırdıqları qidala
29.10.2026 406 Hakimin "Son söz" təklifinə Ramiz Mehdiyevdən gözlənilməz reaksiya
Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Bakı Ağır Cinayətlər Məhkəmısinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti olaraq məhrum edilib. "Yeni Sabah" -ya istinadla bildirir ki, məhkəməyə sədrlik edən hakim hökmdən əvvəl ondan son sözünü deməsini təkli
29.10.2026 540 Azərbaycan-Türkiyə münasibətlərində qarşılıqlılıq prinsipi önə çəkildi
Prezident İlham Əliyevin oktyabrın 30-da Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarını mükafatlandırması ilə əlaqədar Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşündə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramovun təmsil etməsi qərarını diplomatik təcrübə və qarşılıqlılı
11:52 87 Ceyranbatanda məktəblilər popkorndan zəhərlənib? - Rəsmi açıqlama+Yenilənib
Abşeron rayonu Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib. BİG.AZ -a istinadən xəbər verir ki, hazırda əraziyə təcili tibbi yardım cəlb olunub. Onların popkorndan zəhərləndiyi iddia olunur. *. Hadisə ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Qafqazinfo"nu
29.10.2026 602