Bakıda tətil elan edilə bilər? - Havada dəm qazının miqdarı normadan artıqdır - FOTO
Son zamanlar hava haqqında məlumatlarda tez-tez rastımıza çıxan anlayış var: "Havada dəm qazının miqdarı normadan artıqdır" və yaxud da "Bakı səmasında toz buludu müşahidə edilir". Havanın bu qədər çirklənməsi bizim kimi qonşu ölkələrin də əsas problemlərindən birinə çevrilib. Elə bu yaxınlarda Tehranda hava çirkliliyi ilə əlaqədar tətil elan olunmuşdu.
Bəs görəsən ölkəmizdə ekoloji vəziyyət nəzərə alınmaqla tətil edilməsi mümkündür?
Məsələ ilə əlaqədar Xəzər universitetinin professoru, ətraf mühit üzrə ekspert Rövşən Abbasov BAKU.WS-ə açıqlamasında bildirdi ki, ölkəmizdə hava çirkliliyi səbəbindən iş yerlərinin və yaxud məktəblərin tətilə göndərilməsi bir qədər çətin olar. Çünki Bakıda elə də kritik vəziyyət yoxdur. Bunun əvəzinə havanın kirliliyini azaltmaq üçün müəyyən tədbirlər həyata keçirmək olar:
"Əvvəl müəyyən etmək lazımdır ki, atmosferə dəm qazı haradan gəlir. Fikrimcə bu əsasən şəxsi avtomobillərdən daxil olur. Maşınların texniki baxışının düzgün keçirilməməsi və s. səbəb olur. Bakı şəhərində avtomobillərin texniki baxışdan keçirilməsi məsələsini ciddiləşdirmək lazımdır. Bəzən buna səhlənkar yanaşırlar".
Ekspert hava kirliliyi ilə bağlı ekoloji polislərin önəmini xüsusi vurğuladı:
"Vaxtilə ekoloji polis var idi. Onlar maşınlardan atmosferə atılan qazları yoxlayırdı. Bəzən özümüz də görürük ki maşın gedir və yola çox qatı tüstü buraxır polis də buna biganə qalır".
Çirkli hava ilə mübarizədə əsas məsələ nəzarət mexanizminin gücləndirilməsidir. Nəzarət isə müxtəlif sahələrdə ayrı-ayrı qurumlar tərəfindən aparılmalı olan işdir:
"Digər tərəfdənsə ictimai nəqliyyatı gücləndirmək lazımdır. Beləcə insanlar tədricən şəxsi maşınlardan istifadəni azaldarlar.
Mən Bakıda havanın keyfiyyətini orta ağır adlandırardım. Buna çox keyfiyyətli də demək olmazdı. Əvvəla paytaxtın coğrafi mövqeyi çox əlverişlidir. Xəzər Dənizindən cənub küləyi gəlir və çirkli havanı təmizləyir. Dünyanın ayrı-ayrı şəhərlərinin hava keyfiyyətini göstərən sistemlərə baxdıqda da görürəm ki bizdə vəziyyət elə də pis deyil".
Xatırladaq ki, ən son məlumata görə, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyəti göstəricilərindən dəm qazı 1,3, Sumqayıt şəhərində isə azot-4 oksid 1,1 dəfə normadan yüksək müəyyən edilib.
Onu da nəzərinizə çatdıraq ki, 2022-ci il Dünya Hava Kirliliyi Statistikasına görə, dünyada havası ən kirli ölkələrinin başında Çad, İraq, Pakistan, Bəhreyn və Banqladeş gəlir. Havası ən təmiz ölkələr isə Quamdır.
Təəssüflər olun ki, paytaxtımızın da belə bir siyahıda antirekordu mövcuddur. Belə ki, 2010-cu ildə Bakı dünyanın ən çirkli şəhəri elan edilib. "NYC International Rating and Consulting Company" tərəfindən aparılan araşdırmada dünyanın ən çirkli 30 şəhəri siyahıya alınarkən, Azərbaycanın paytaxtı Bakı birinci yeri tutub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1366 Tarix: 13 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDəhşətli qəzada ölən futbolçuların - Fotosu
Xəbər verdiyimiz kimi, ötən gün Abşeronda baş vermiş ağır qəzada 2 keçmiş futbolçu həlak olub. "Qafqazinfo"nun məlumatına görə, Lökbatan-Qobu yolunda baş vermiş hadisədə həyatını itirən Rauf Ədalət oğlu Hüseynov və dostu Bəhruz İlham oğlu Sultanov futbol məşqçisi kimi Lökbatan və Qobuda yeniyetmələr
11:29 203 Mətbəxdə atmağa tələsməyin - Bu əşyalar lazım ola bilər
Mətbəxdə artıq əşyalardan qurtulmaq istəsəniz də, bəzi əşyaları atmağa tələsməmək tövsiyə olunur. Onlar həm xatirə dəyəri daşıya, həm maddi baxımdan qiymətli ola, həm də sonradan yenidən lazım gələ bilər. Qaynarinfo xəbər verir ki, "Better Homes & Gardens" nəşri mətbəxdə saxlanılması tövsiy
29.07.2026 287 ABŞ ilə Fransa arasında diplomatik qalmaqal böyüyür
ABŞ-ın BMT yanında Daimi Nümayəndəliyinin diplomatları bazar ertəsi Fransa nümayəndəsinin çıxışı zamanı etiraz əlaməti olaraq BMT Təhlükəsizlik Şurasının iclas zalını tərk ediblər. Bizim.Media xəbər verir ki, bu addım ötən həftə Fransa diplomatlarının Vaşinqtonla bağlı verdiyi bəyanata etiraz olara
29.07.2026 226 Narkotik testi "mənfi" çıxan Sıladan İLK AÇIQLAMA
Türkiyədə narkotiklə bağlı keçirilən əməliyyat çərçivəsində saxlanılan müğənni Sılanın analiz nəticələri "mənfi" çıxıb. Bizim.Media xəbər verir ki, müğənni sosial şəbəkə hesabında bu barədə açıqlama verib. "Əziz dostlarım, peşəkar həyatım boyunca bir sənətkar kimi həmişə cəmiyyət və gənclə
29.07.2026 303 İstanbulda məktəblərdə namaz otaqları yaradıla bilər
İstanbul valisi Davut Gül şəhərin bütün 39 rayonunun rəhbərliklərinə məktub göndərərək dövlət məktəblərində şagirdlər və təhsil işçiləri üçün namaz otaqlarının yaradılmasını təklif edib. "Qafqazinfo" "Yeni Şafak" nəşrinə istinadən xəbər verir ki, sənəddə ibadət üçün imkanların yaradılmasını
12:53 102 Miri Yusifin oğlu universitetə qəbul oldu
Xalq artisti Miri Yusifin ailəsində xoş gün olub. OLAY yazır ki, bu barədə sənətçinin xanımı Nərgiz Mirbabayeva məlumat yayıb. O, oğlu Hüseynin universitetə qəbul olunduğunu bildirib. Nərgiz deyib ki, Hüseyn üç universitetə müraciət edib və onlardan ən çox istədiyinə daxil olub
12:35 155 Zelenski Kiyevlə Varşava arasında münasibətlər gərginləşəndən sonra ilk dəfə Polşaya səfər edib
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev və Varşava arasında münasibətlərin gərginləşməsindən sonra ilk dəfə Polşaya səfər edib. "UNIAN" xəbər verir ki, Zelenski Lyublin şəhərində Polşanın Baş naziri Donald Tusk ilə görüşəcək. Məlumata görə, tərəflər Zelenskinin ABŞ-a son səfərinin nəticələrini
29.07.2026 225 İran ABŞ-ın adaya endirdiyi zərbələr nəticəsində üç nəfərin öldüyünü bildirir
İranın dövlət mediası ABŞ-ın Hörmüz boğazı boyunca ölkənin cənub sahilindəki Qeşm adasına hücumları nəticəsində üç nəfərin öldüyünü bildirir. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, İran mediasının verdiyi məlumata görə, ərazidə partlayış səsləri eşidilib və ABŞ-ın Qeşm adasındakı yaşayış məntəqəsin
10:43 156 Yerin ən böyük səhrasında bir dənə də qum yoxdur: Harada yerləşir?
Yer üzündə səhra deyildikdə əksər insanların ağlına yandırıcı istilər və sonsuz qum təpələri gəlir. Lakin dünyanın ən böyük səhrası tamamilə fərqli görünüşə malikdir. Qaynarinfo xəbər verir ki, bu barədə "Fox Weather" nəşri yazır. Məlumata görə, dünyanın ən böyük səhrası qalın buz təbəqələr
29.07.2026 248