"Volt"un fəaliyyətinə icazə verildi
Azərbaycanda əksər daşınma şirkətlərinin qeydiyyatdan keçməsi təmin olunub.
Bu barədə "Trend"in sorğusuna cavab olaraq Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib.
Qeyd olunub ki, Agentlik qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, həmçinin qida məhsullarının daşınması xidmətlərini həyata keçirən müəssisələrin qida təhlükəsizliyi qeydiyyatına alınması prosesini davam etdirir:
"Bu günədək qida məhsullarının daşınması və çatdırılması fəaliyyəti ilə məşğul olan "Volt Azərbaycan" MMC, "Bolt Services AZ" MMC, "Ozio" MMC, "İndi Market" MMC, "Bazarstore" MMC, "Too Far Logistics" MMC, "iBox" MMC və "Competo" MMC qida təhlükəsizliyi qeydiyyatından keçib.
Onu da bildirək ki, "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, qeydiyyatdan keçmiş müəssisələrə Agentlik tərəfindən qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı metodiki dəstək göstərilir, habelə müvafiq tələblərin mərhələli şəkildə icrasına və fəaliyyətin qida təhlükəsizliyi tələblərinə uyğunlaşdırılmasına hərtərəfli köməklik olunur. Bu istiqamətdə qeydiyyatdan keçmiş daşınma şirkətləri ilə əməkdaşlıq davam etdirilir.
Qeyd edək ki, avqust ayında "Volt Azərbaycan" MMC-nin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərarın təkrar tətbiqi barədə qərar qəbul edilmişdi.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 578 Tarix: 13 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGoranboyda iki avtomobil toqquşub: Üç nəfər xəsarət alıb
Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər xəsarət alıb. BİG.AZ APA-ya istinadən xəbər verir ki, qəza rayon ərazisində iki VAZ markalı minik avtomobilinin toqquşması nəticəsində baş verib. Hadisə zamanı 2001-ci il təvəllüdlü İ.Namazov, 1962-ci il təvəllüdlü S.Məmmədov v
31.05.2026 103 Ayın ilk günü KƏSKİN İSTİ OLACAQ - PROQNOZ
İyunun 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olacaq. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, sabah havanın temperatur
31.05.2026 298 Vaşinqtonda kimyəvi zavodda qəza 11 nəfərin ölümünə səbəb olub
ABŞ-nin Vaşinqton ştatında Lonqvyu şəhərindəki Nippon Dynawave Packaging müəssisəsində kimyəvi maddənin olduğu çənin partlaması nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, xilasetmə qüvvələri itkin düşmüş hesab edilən doqqu
31.05.2026 113 Bir kliklə başlayan kabus: Uşaqlar internetdə hədəfə çevrilirlər - VİDEO
Müasir dövrdə sosial şəbəkələr təkcə böyüklərin deyil, uşaq və yeniyetmələrin də həyatının ayrılmaz hissəsinə çevrilib. Belə ki, uşaqlar sosial şəbəkələr vasitəsilə asudə vaxtlarını keçirir, dostları ilə ünsiyyət qurur və müxtəlif məlumatlar əldə edirlər. Lakin bütün bunlarla yanaşı, sosial şəbəkələ
31.05.2026 119 KİV: ABŞ üzərində meteorit partlayıb
ABŞ-nin Massaçusets ştatının sakinləri partlayışa bənzər güclü səs eşidiblər. xəbər verir ki, bu barədə WCVB telekanalı məlumat yayıb. Şahidlərin sözlərinə görə, yerli vaxtla saat 14:00 radələrində (Bakı vaxtı ilə 22:00 - red. ) ştatın müxtəlif ərazilərində partlayış səsinə bənzər gurultu eşidilib. Bəz
31.05.2026 122 NATO ölkələri Hörmüz boğazındakı əməliyyata qoşula bilərlər
NATO ölkələri qüvvələrini Hörmüz boğazına yaxınlaşdırır və zəruri şərtlər yaranarsa, əməliyyata qoşula bilərlər. "Report"un məlumatına görə, bu barədə NATO Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone Sinqapurda keçirilən "Şanqri-La Dialoqu" beynəlxalq təhlükəsizlik forum
31.05.2026 125 Nəvaf Salam: Livan İsrail tərəfindən təhlükəli eskalasiya ilə üz-üzədir
Livanın Baş naziri Nəvaf Salam ölkənin cənubunda İsrail tərəfindən "təhlükəli və görünməmiş" eskalasiyanı pisləyib və dərhal atəşkəsə çağırıb. "Report"un məlumatına görə, o, bu barədə televiziya vasitəsilə xalqa müraciətində bildirib. "Yandırılmış torpaq siyasəti İsrailin təhlükəsizliyin
31.05.2026 165 Heqset: ABŞ-nin zəngin müttəfiqləri müdafiə xərclərini özləri ödəməlidir
ABŞ-nin zəngin müttəfiqi olan ölkələr Vaşinqtonun dəstəyinə güvənmək əvəzinə, müdafiə xərclərini müstəqil şəkildə qarşılamalıdırlar. "Report"un məlumatına görə, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset Sinqapurda keçirilən "Şanqri-La Dialoqu" beynəlxalq təhlükəsizlik forumunda çıxışınd
31.05.2026 174 KİV: ABŞ İrana dondurulmuş aktivlərinin yarısını geri qaytarmağı vəd edib
Tehran və Vaşinqton arasında uzun illərdir davam edən qarşıdurmanın yumşaldılması istiqamətində ilk addım ola biləcək qarşılıqlı anlaşma memorandumunun layihəsinin məzmunu məlum olub. xəbər verir ki, bu barədə İran Dövlət Teleradio Şirkəti (IRIB) məlumat yayıb. Sosial şəbəkədə dərc edilən məlumata görə
31.05.2026 119