Lukaşenko: "Ermənistan həmişə özünü tərəfdaş kimi aparmır"

Lukaşenko: "Ermənistan həmişə özünü tərəfdaş kimi aparmır"Ermənistan Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan ölkələrə münasibətdə həmişə özünü tərəfdaş kimi aparmır.

Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında bildirib.

"Birincisi, Gürcüstan bizim assosiasiyadan çıxdı, de-fakto Ukrayna bizimlə deyil. Moldova ilə bağlı böyük suallar var. Təəssüf ki, Ermənistan da həmişə özünü tərəfdaş kimi aparmır", - deyə Lukaşenko bildirib.

Belarus liderinin sözlərinə görə, belə bir vəziyyəti kənardan sakit müşahidə etmək olmaz, çünki əks halda MDB ölkələri sadəcə parçalanacaq.
Qeyd edək ki, bu gün Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Rusiya Prezidenti Vladimir Putin, Tacikistan Prezidenti Emomali Rəhmon, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iştirak edirlər. Ermənistan hökumətinin mətbuat xidməti bundan əvvəl baş nazir Nikol Paşinyanın Bişkekə uçmayacağı barədə məlumat vermişdi./oxu.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 690   Tarix: 13 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Goranboyda iki avtomobil toqquşub: Üç nəfər xəsarət alıb

Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər xəsarət alıb. BİG.AZ APA-ya istinadən xəbər verir ki, qəza rayon ərazisində iki VAZ markalı minik avtomobilinin toqquşması nəticəsində baş verib. Hadisə zamanı 2001-ci il təvəllüdlü İ.Namazov, 1962-ci il təvəllüdlü S.Məmmədov v

31.05.2026 103
.

Ayın ilk günü KƏSKİN İSTİ OLACAQ - PROQNOZ

İyunun 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olacaq. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, sabah havanın temperatur

31.05.2026 298
.

Vaşinqtonda kimyəvi zavodda qəza 11 nəfərin ölümünə səbəb olub

ABŞ-nin Vaşinqton ştatında Lonqvyu şəhərindəki Nippon Dynawave Packaging müəssisəsində kimyəvi maddənin olduğu çənin partlaması nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, xilasetmə qüvvələri itkin düşmüş hesab edilən doqqu

31.05.2026 113
.

Bir kliklə başlayan kabus: Uşaqlar internetdə hədəfə çevrilirlər - VİDEO

Müasir dövrdə sosial şəbəkələr təkcə böyüklərin deyil, uşaq və yeniyetmələrin də həyatının ayrılmaz hissəsinə çevrilib. Belə ki, uşaqlar sosial şəbəkələr vasitəsilə asudə vaxtlarını keçirir, dostları ilə ünsiyyət qurur və müxtəlif məlumatlar əldə edirlər. Lakin bütün bunlarla yanaşı, sosial şəbəkələ

31.05.2026 119
.

KİV: ABŞ üzərində meteorit partlayıb

ABŞ-nin Massaçusets ştatının sakinləri partlayışa bənzər güclü səs eşidiblər. xəbər verir ki, bu barədə WCVB telekanalı məlumat yayıb. Şahidlərin sözlərinə görə, yerli vaxtla saat 14:00 radələrində (Bakı vaxtı ilə 22:00 - red. ) ştatın müxtəlif ərazilərində partlayış səsinə bənzər gurultu eşidilib. Bəz

31.05.2026 122
.

NATO ölkələri Hörmüz boğazındakı əməliyyata qoşula bilərlər

NATO ölkələri qüvvələrini Hörmüz boğazına yaxınlaşdırır və zəruri şərtlər yaranarsa, əməliyyata qoşula bilərlər. "Report"un məlumatına görə, bu barədə NATO Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone Sinqapurda keçirilən "Şanqri-La Dialoqu" beynəlxalq təhlükəsizlik forum

31.05.2026 125
.

Nəvaf Salam: Livan İsrail tərəfindən təhlükəli eskalasiya ilə üz-üzədir

Livanın Baş naziri Nəvaf Salam ölkənin cənubunda İsrail tərəfindən "təhlükəli və görünməmiş" eskalasiyanı pisləyib və dərhal atəşkəsə çağırıb. "Report"un məlumatına görə, o, bu barədə televiziya vasitəsilə xalqa müraciətində bildirib. "Yandırılmış torpaq siyasəti İsrailin təhlükəsizliyin

31.05.2026 165
.

Heqset: ABŞ-nin zəngin müttəfiqləri müdafiə xərclərini özləri ödəməlidir

ABŞ-nin zəngin müttəfiqi olan ölkələr Vaşinqtonun dəstəyinə güvənmək əvəzinə, müdafiə xərclərini müstəqil şəkildə qarşılamalıdırlar. "Report"un məlumatına görə, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset Sinqapurda keçirilən "Şanqri-La Dialoqu" beynəlxalq təhlükəsizlik forumunda çıxışınd

31.05.2026 174
.

KİV: ABŞ İrana dondurulmuş aktivlərinin yarısını geri qaytarmağı vəd edib

Tehran və Vaşinqton arasında uzun illərdir davam edən qarşıdurmanın yumşaldılması istiqamətində ilk addım ola biləcək qarşılıqlı anlaşma memorandumunun layihəsinin məzmunu məlum olub. xəbər verir ki, bu barədə İran Dövlət Teleradio Şirkəti (IRIB) məlumat yayıb. Sosial şəbəkədə dərc edilən məlumata görə

31.05.2026 119
.

TOP MP3