Ballıqaya- Bəşəriyyətin qanlı tarixi

Ballıqaya- Bəşəriyyətin qanlı tarixiAzərbaycan Respublikasına qarşı Ermənistanın hərbi təcavüzünün nəticəsi olaraq 1992-ci il mayın 18-də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonu da təcavüzkar millətçi-quldur erməni qüvvələri tərəfindən işğal edildi. İşğal nəticəsində Laçın rayonunun yerli müsəlman əhalisi etnik təmizləməyə məruz qaldı, yüzlərlə insan qətlə yetirildi və 80 minə yaxın Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi yaşamağa məcbur oldu. Həmin sakinlərdən bir qismi qohumluq münasibətləri əsasında heyvandarlıq üçün əlverişli olan Goranboy rayonunun Ballıqaya kəndinin ərazisində yerləşən Gülüstan meşəsi adlanan ərazisində çadırlarda məskunlaşdılar. Ermənistanın hərbi qüvvələri Laçını işğal etdikdən sonra həmin ərazilərdə müsəlman azərbaycanlı əhalisinə qarşı insanlığa sığmayan cinayətlər törətməyə davam etdilər. Belə ki, azğınlaşmış millətçi-daşnak-erməni qüvvəlırinin Goranboy rayonunun Ballıqaya kəndində örətdiyi dəhşətli qətliam nəticəsində yüzlərlə insan, o cümlədən azyaşlı və körpə uşaqlar, ahıl qadın və kişilər amansızlıqla qətlə yetirildi və onların bəzilərinin meyitləri yandırıldı. Qeyd edirik ki, hələ ermənilərin törətdikləri Ballıqaya qətliamından xeyli əvvəl Ermənistanın azğınlaşmış hərbi qüvvələri Azərbaycanın digər ərazilərində, o cümlədən Xocalı şəhərində, Xocavəndin Qaradağlı kəndində, Kəlbəcərin Ağdaban kəndində dinc, silahsız azərbaycanlı əhaliyı qarşı kütləvi qırğın aktları törətdilər.

Ermənistan hərbi qüvvələri tərəfindən Ballıqaya qətliamı xüsusi amansızlıqla yerinə yetirilib. Belə ki, 1992-ci il avqustun 28-də səhər saat 5 radələrində Ermənistan ordusunun diversiya dəstələri əraziyə daxil olaraq dinc və silahsız insanlara hücüm edərək onları amansızcasına qətlə yetirildi. Ermənilərin dinc əhaliyə qarşı nümayiş etdirdikləri bu vəhşilik tarixə və xalqımızın qan yaddaşına qanlı, amansız cinayət kimi daxil olub. Ballıqaya qətliamı - Ermənistan silahlı qüvvələrinin Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində və digər kəndlərdə Qarabağın azərbaycanlı əhalisini kompakt şəkildə məhv etmək məqsədi ilə törədilən silsilə kütləvi qırğın aktlarından biridir. Ballıqaya qətliamı ilə bağlı materiallar, maddi sübutlar və faktlar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Memorial Soyqırımı Muzeyində saxlanılır.

Qeyd edək ki, Azərbaycan Ordusu ötən ilin payızında 44 günlük müharibə zamanı işğalçı Ermənistanın silahlı qüvvələrini darmadağın edərək, düşmənin xalqımıza qarşı törətdiyi bütün qətliamların qisasını alıb.

1992-ci ilin yay aylarında Laçın işğal olunandan sonra öz evlərindən didərgin düşən yerli əhali Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmağa məcbur olub. Yaxın qohumluq münasibətləri olan 6 ailə isə heyvandarlıq üçün əlverişli olan Ballıqaya ərazisində məskunlaşıblar. Avqust ayında Ballıqaya kəndində çadırda məskunlaşan Laçın rayon sakinləri də buraya sırf heyvandarlıq məşğuliyyətini davam etdirmək məqsədilə gəlmişdilər. Lakin Ballıqayada məskunlaşmış Laçının dinc əhalisi avqust ayının 28-də Ermənistanın hərbi dəstələri tərəfindən xüsusi amansızlıqda qətlə yetirildi. Belə ki, səhər tezdən saat 5 radələrində Ermənistan ordusunun 10-12 nəfərdən ibarət diversiya dəstəsi əraziyə daxil olaraq əliyalın günahsız insanlara silahla hücum çəkdilər. Nəticədə özlərini müdafiə etmək üçün üzərilərində heç bir silah belə olmayan 24 mülki insan amansızlıqla öldürülüb və 9 nəfər isə ağır yaralandı. Qətlə yetirilən və ağır bədən xəsarəti alan şəxslərin hamısı heyvandarlıqla məşğul olan mülki şəxslər, çobanlar və onların ailə üzvləri olub. İstər Ballıqaya və Qaradağlı, istərsə də Xocalı və Ağdaban faciələrinin törədilməsi bir daha onu göstərir ki, ermənilər dinc azərbaycanlılara qarşı tarix boyu düşmən mövqedə dayanıblar və bu vəziyyət onlar tərəfindən bu gün də davam etməkdədir. Onların azərbaycanlılara qarşı törətdiyi bu qətliamlar Azərbaycan tarixinin qan yaddaşına həkk olunub. Bu gün həmin qətliamdan 31 il ötür.
XX əsrdə azğın erməni-daşnak silahlı qüvvələri və onların havadarları tərəfindən azərbaycanlıların kütləvi qırğınlara və repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi, didərgin salınması XX əsrin bəşər tarixinə qanlı və acınacaqlı səhifələrdən biri kimi yazılıb. Bu soyqırım Azərbaycan xalqının və onun dövlətçiliyinin tarixində baş vermiş ən faciəli hadisələrdən biri kimi xalqımızın tarixi yaddaşına həkk olundu. Təcavüzkar erməni-daşnak qüvvələri iki yüz ildən artıq bir müddətdir ki, şovinist havadarlarının dəstəyi ilə Azərbaycanda müxtəlif miqyaslı qırğınlar və talanlar törədirlər. XIX əsrin əvvəllərində Rusiya ilə İran arasındakı müharibə nəticəsində Şimali Azərbaycan Rusiya imperiyasının əsarəti altına keçdikdən sonra çar hakimiyyəti İran və Türkiyədən on minlərlə erməni ailələrini azərbaycanlıların yaşadıqları ərazilərə köçürərək bu torpaqlarda məskunlaşdırdı. Rusiya ilə İran arasında bağlanan Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri kimi tarixi sənədlər, habelə Qarabağ xanlığının Rusiyanın hakimiyyəti altına keçməsi haqqında 1805-ci il mayın 14-də Qarabağ xanı İbrahim xanla Rusiya imperiyası qoşunlarının generalı Pavel Sisyanovun imzaladıqları Kürəkçay müqaviləsi təsdiq edir ki, imperiya sırf Azərbaycan torpaqlarını işğal edib.

Təcavüzkar erməni-daşnak millətçiləri cəfənc xülyalarını həyata keçirmək məqsədilə vaxtı ilə onlara çörək və sığınacaq vermiş Dağlıq Qarabağın azərbaycanlı kəndlərinin dinc əhalisinə qarşı iblisanə qəddarlıqla qırğınlar törədirlər. 1919-cu ildə Gəncə qubernatoru İbrahim ağa Vəkilovun Azərbaycan Respubikasının Xarici İşlər nazirinə göndərdiyi məruzəsində erməni millətçilərinin qəddarlığı haqqında qeyd edirdi:"...bütün Avropaya öz mədəniliyi barədə car çəkən, bununla yanaşı müdafiəsiz dinc əhaliyə qarşı vəhşilərin bütün üsullarını tətbiq edən belə bir millətin XX əsrdə mövcud olmasına inanmaq iştəmirsən. Onların vəhşiliklərinin hədii-hüdudu yoxdur, onların qarşısında orta əsrlərin zülmətli faciələri solğun görünür... "

XX əsrdən başlayaraq erməni daşnakları əsassız olaraq Azərbaycana qarşı ərazi iddiaları irəli sürürlər. Hazırki dövrdə təcəvüzkar erməni millətciləri və onların havadarlarının "xalqların öz müqəddaratını təyin etmək" şüarı altında Azərbaycan Respublikasının ərazisini parçalamaq cəhdləri daşnaklar tərəfindən yürüdülən və perspekti olmayan köhnə, iyrənc və perspektifi olmayan siyasətin davamıdır. Ermənistanın hakim qüvvələri Azəbaycana qarşı irəli sürdükləri ərazi iddialarının əsassız olduğunu və onun iflasa uğradığını görən kimi dünya ictimaiyyətinin fikrini azdırmaq məqsədilə elan edirlər ki, artıq onların Azərbaycana qarşı ərazi iddiaları yoxdur və Dağlıq Qarabağı müstəqil dövlət kimi qələmə verməyə, xalqımızın qədim yurdlarından biri olan Qarabağı Azərbaycanla qarşı-qarşıya qoymağaçalışırlarki,bu da erməni millətçillərinin növbəti cəfəngiyyatıdır. Çünki, Qarabağ Azərbaycan xalqının tarixi beşiyidir, əzəli və əbədi torpağıdır. Qarabağı Azərbaycanla qarşı-qarşıya qoymaq cəhdləri ermənilər tərəfindən hələ 100 il bundan əvvəl 1918-1920-ci illərdə də edilmiş və əlbəttə ki, heç bir müvəffəqiyyətə nail ola bilməyib. 21(8) oktyabr 1918-ci il tarixli 14№li "Azərbaycan" qəzeti yazırdı:"...ermənilər müsəlmanları qışda Qarabağ respublikasını tanımağa məcbur etmək istədilər. Ermənilər qurultay çağırdılar... həmin qurultayda ermənilərin əsil siyası siması üzə çıxdı. Qurultayın çağırılmasına qədər olan müddətdə ermənilərin təntənə ilə elan etdikləri sosializm, qardaşlıq, ədalət kimi şüarları unutdular. Səhnədə yalnız daşnakların dar millətçiliyi qaldı. Sırf daşnaklardan ibarət hökumət yaradıldı və onlar yalnız Andranik və Şahnazarovun gəlişini gözləyirdilər ki, müsəlmanlara güc tədbiq etməklə özlərinə tabe etsinlər." Lakin Azərbaycan hökuməti erməni millətçilərinin bu niyyətlərini alt-üst etdi. 1919-cu ilin yayında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qəti mövqeyi və məqsədyönlü siyasəti nəticəsində Respublikanın Qarabağda suveren hüquqları bərpa edildi.

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 876   Tarix: 28 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sarsılmaz Azərbaycan-Qırğızıstan qardaşlığı

Azərbaycan və Qırğız xalqları min il əvvəllər də həmişə şad və çətin günlərimizdə bir-birimizin yanında olmuşuq. 1064-1067-ci illərdə türk dünyasının böyük sərkərdəsi Sultan Məhəmməd Alp Arslanın böyük ordu ilə iki dəfə Azərbaycana hərbi yürüş etməsi, Ani qalasında möhkəmlənmiş işğalçı Roma imperiyasını

31.07.2026 202
.

Avqustun ilk gününə olan hava proqnozu

Avqustun 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25 isti, gündüz 31-3

31.07.2026 248
.

Qırğızıstanda "Baku Resort & Spa" açıldı

Bu gün Qırğızıstanda, İssık-Kul gölünün sahilində beşulduzlu "Baku Resort & Spa" mehmanxanasının açılışı olub. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Qırğız Respublikasının Prezidenti Sadır Japarov və birinci xanım Ayqu

31.07.2026 218
.

ABŞ İspaniyadakı hərbçilərinin yarısını geri çəkə bilər

ABŞ Avropadakı hərbi mövcudluğunu yenidən nəzərdən keçirmək çərçivəsində İspaniyada yerləşdirilən təxminən 2 min hərbi qulluqçusunu, yəni bu ölkədəki kontingentinin yarısını geri çəkə bilər. xəbər verir ki, bu barədə "Handelsblatt" qəzeti mənbələrə istinadən məlumat yayıb. Nəşrin həmsöhbətlərini

31.07.2026 143
.

The Guardian: "Kubada enerji böhranı su qıtlığını daha da dərinləşdirir"

Kubada uzun müddətdir davam edən elektrik kəsintiləri ölkədə içməli su problemini də ağırlaşdırıb. The Guardian yazır ki, elektrik enerjisinin olmaması səbəbindən su nasosları işləmir və milyonlarla insan gündəlik su tələbatını qarşılamaq üçün uzun məsafələr qət etməyə məcbur qalır. Nəşrin məlumatın

31.07.2026 222
.

Bakıda dəmiryolu stansiyandan meyit tapıldı

Bakıda dəmiryolu stansiyanın ərazisindən meyit tapılıb. -ın xəbərinə görə, hadisə Qaradağ rayonu Lökbatan qəsəbəsi Biləcəri dəmir yolu stansiyasının ərazisində qeydə alınıb. Şamaxı rayon sakini 36 yaşlı Tural Əlişah oğlu Teymurovun meyiti ərazidə aşkarlanıb. Onun hansı səbəbdən ölməsi bilinmir. Araşdırm

31.07.2026 242
.

Azyaşlı bağçada döyülüb? - Foto-Video

Sumqayıtda fəaliyyət göstərən "Nauka Tədris Mərkəzi"ndə azyaşlının döyüldüyü iddia edilir. Bu barədə "Qafqazinfo"ya bağçanın yay düşərgəsində oğlunun zorakılığa məruz qaldığını iddia edən valideyn Nuranə Mehraliyeva bildirib. Onun sözlərinə görə, hadisə nəticəsində uşağın üz və bədə

31.07.2026 340
.

"Azərbaycanda alim və tədqiqatçı peşələrinə ciddi zərbə vurulub"-AÇIQLAMA

"Təəssüf ki, uzun illər ərzində formalaşan sosial-iqtisadi reallıqlar müəllim, alim və tədqiqatçı peşələrinin nüfuzuna ciddi zərbə vurub. Elm və təhsillə məşğul olan insanların əməkhaqqı uzun müddət layiqli həyat səviyyəsini təmin etmədiyindən gənclərdə akademik karyeraya maraq xeyli azalıb. Cəmiyyətd

31.07.2026 187
.

Zümrüd Qasımovanın ailəsində ağır itki

Aktrisa Zümrüd Qasımovanın ailəsində ağır itki üz verib. Axşam.az xəbər verir ki, aktrisanın bacısının həyat yoldaşı dünyasını dəyişib. O, qəfil ürəktutmadan vəfat edib. "Səbuhi, çox tez ayrıldın bizdən. Heyif səndən. Yerin cənnət olsun" deyə, aktrisa paylaşımında bildirib

31.07.2026 316
.

TOP MP3