Meyvə bazarında qiymət fərqlərinin səbəbi açıqlandı

Meyvə bazarında qiymət fərqlərinin səbəbi açıqlandı"Hava şəraiti ilə əlaqədar olaraq bazarda bəzi meyvə və tərəvəzlərin qiymətlərində artım müşahidə oluna bilər. Lakin bu bahalaşmanın bütün məhsullara aid olduğunu söyləmək düzgün olmaz. Çünki iqlim dəyişiklikləri və qeyri-sabit hava şəraiti müxtəlif meyvə ağaclarına fərqli təsir göstərir".

Bunu BiG.AZ-a açıqlamasında iqtisadçı Xalid Kərimov bildirib.

O, qeyd edib ki, xüsusilə alça, gilas və ərik kimi erkən mövsüm meyvələrinin qiymətində artım ehtimalı daha yüksəkdir. Bunun əsas səbəbi həmin ağacların çiçəkləmə və məhsul formalaşması dövründə əlverişsiz hava şəraitinə daha həssas olmasıdır. Yaz aylarında müşahidə olunan temperatur dəyişiklikləri, güclü yağışlar və ya dolu halları məhsuldarlığın azalmasına səbəb ola bilər ki, bu da bazarda təklifin azalması və nəticə etibarilə qiymətlərin yüksəlməsi ilə nəticələnir:

"Bununla yanaşı, bütün meyvə növləri eyni risklə üzləşmir. Məsələn, nar və digər payız mövsümündə məhsul verən meyvə ağacları hazırkı hava şəraitindən ciddi şəkildə təsirlənməyib. Bu ağacların vegetasiya dövrü fərqli olduğundan onlar yaz aylarında baş verən hava dəyişikliklərinə daha az məruz qalırlar. Nəticədə həmin məhsullar üzrə istehsal həcminin ciddi şəkildə azalacağı gözlənilmir.

Bu baxımdan yaxın aylarda bəzi mövsümi meyvələrin qiymətində bahalaşma müşahidə olunsa da, bazarda bütün meyvə və tərəvəzlərin qiymətinin kəskin şəkildə artacağını gözləmək doğru deyil. Qiymət dinamikası əsasən hava şəraitinin ayrı-ayrı məhsul növlərinə göstərdiyi təsirin səviyyəsindən asılı olacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 834   Tarix: 02 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kanada və ABŞ ticarət sazişi üzrə danışıqlarda irəliləyişə nail olub

Kanada və ABŞ ticarət sazişinin bağlanmasına doğru irəliləyirlər, lakin hələ ki, razılaşma əldə olunmayıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni bildirib. O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampla uzunmüddətli və məzmunlu telefo

14.11.2026 177
.

Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı

Yaponiyanın "Keisei Electric Railway" dəmiryolu operatoru bazalarına icazəsiz giriş nəticəsində müştərilərin şəxsi məlumatlarının sızması barədə informasiya yayıb. xəbər verir ki, operatorun məlumatında bildirilib ki, təxminən 3.37 milyon istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər

14.11.2026 196
.

"Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək

Azərbaycanda istilik haqlarını ödəməyən binalara istiliyin verilməsi mümkün olmayacaq. Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-dən məlumat verilib. Bildirilib ki, builki istilik mövsümündə 178 minə yaxın mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulur

14.11.2026 210
.

Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb. Hərəkətdə olan "Changan" və "BYD" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirində

14.11.2026 212
.

Pensiya və maaşların verilməsi ilə bağlı YENİLİK - Vətəndaşlar sevinəcək

Azərbaycanda əməkhaqları və pensiyaların ödənilməsi qaydası dəyişə bilər. Yeni təklifə əsasən, işçilərə verilən əməkhaqqı və digər ödənişlər elektron ödəniş sistemi vasitəsilə onların seçdiyi bank hesabına köçürüləcək. Bu yenilik hansı üstünlükləri vəd edir?. -a danışan iqtisadçı Elçin Rəşidov deyi

14.11.2026 239
.

Bazar günü hava belə olacaq

Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər

14.11.2026 224
.

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Türkiyə ərazisindən Suriyaya 1 milyard 197,1 milyon kubmetr həcmində Azərbaycan təbii qazı göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Bu göstəric

14.11.2026 188
.

Rusiya Odessaya hərbi yük daşıyan gəmini vurdu

Rusiya qoşunları Odessa vilayətindəki Çornomorsk limanına hərbi yüklər daşıyan gəmini vurub. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. "Zərbə nəticəsində dəniz yolu ilə keçən limana hərbi yüklər çatdıran yük gəmisi vurulub", - deyə bildirili

14.11.2026 131
.

İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqlayıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Tehrana qarşı texniki və hüquqi cəhətdən əsassız qətnamələrə əsaslanır. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" İranın Vyanadakı (Avstriya) Daimi Nümayəndəliyinin bəyanatına istinadən məlumat yayıb

14.11.2026 145
.