"Qərbin ikili standartlarından nəticə çıxarmalıyıq" - RƏY
"Qərb bütün addımlarını öz maraqları çərçivəsində atır. Biz Qərbin ikili standartlarından nəticə çıxarmalıyıq".
Bunu "Report"a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.
Ekspert bildirib ki, Qərb özü də başa düşür ki, kasetli silahların tədarükü (Ukraynaya – red.) doğru deyil:
"Amma sırf maraqları naminə bu addımı atırlar. Artıq bildirilib ki, kasetli bombalardan Rusiya ərazisində istifadə olunmayacaq və mülki əhali hədəf alınmayacaq. Bu, sözügedən silahların tədarükünə haqq qazandırmaq üçün bəhanə də ola bilər. Ümumiyyətlə, Qərb maraqlarına uyğun olanda bir cür, olmayanda isə tamam başqa cür bəyanat verir".
"Biz Qərbin ikili standartlarından nəticə çıxarmalıyıq. Bu gün beynəlxalq hüquq işləmir. BMT faktiki olaraq ölü vəziyyətdədir. Əks halda Ermənistan ikinci Qarabağ müharibəsi zamanı kasetli sursatlardan istifadə edəndə beynəlxalq ictimaiyyət tərəfindən ciddi qınaqla qarşılanardı", - o, vurğulayıb.
Ekspertin sözlərinə görə, Qərbin ikiüzlülüyü bir neçə dəfə özünü göstərib:
"Dünya dövlətləri ikinci Qarabağ müharibəsi zamanı deyirdilər ki, müharibənin hərbi yolla həlli yoxdur. İndi isə onun əksini iddia edir, sülhün Ukrayna üçün seçim olmadığını bildirirlər. Halbuki yazılmamış qanun var: siyasilər məsələni həll edə bilməyəndə, silahlar işə düşür. Bir ildən çoxdur ki, Ukraynada müharibə gedir. Görürük ki, Qərb dövlətləri Kiyevi dəstəkləyir. Bunu heç onlar özləri də gizlətmir. Dünya dövlətlərinin ikiüzlülüyü şəxsən mənim üçün təəccüblü deyil. Əgər bu gün beynəlxalq hüquq işləmirsə, əlbəttə, belə ikili standartlar bundan sonra da təkrarlanacaq".
Qeyd edək ki, ABŞ Ukraynaya kasetli sursatların tədarük ediləcəyini təsdiqləyib. Dünya dövlətlərinin bir çoxu 44 günlük müharibə zamanı Azərbaycanın belə sursatlardan istifadə etdiyini iddia edirdilər, halbuki Azərbaycan ağıllı raketlərlə legitim hədəfləri vururdu. Ermənistan isə Azərbaycana qarşı məhz kasetli sursatlardan istifadə etmişdi. "Bayraktar"larla bağlı da eyni yanaşma tətbiq edilib: Azərbaycanın istifadə etdiyi zaman bunu "ölüm silahı", Ukrayna istifadə etdikdə "mələk" adlandırırdılar.
Ukraynanın öz ərazi bütövlüyü uğrunda mübarizəsi haqlı müharibə kimi qəbul olunur, Azərbaycanın isə öz torpaqlarının işğalı ilə barışmağa çağırırdılar. Azərbaycan ərazilər işğal olunan zaman Qərb "münaqişənin hərbi həlli yoxdur" deyirdi, Ukraynanın ərazi işğalı zamanı isə "münaqişənin sülh həlli yolu yoxdur" dünyaya car çəkir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 495 Tarix: 08 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUkraynalı milyarderin Parisdəki əmlakı müsadirə edilib
Ukraynalı milyarder Konstantin Jevaqonun Fransanın Paris şəhərindəki 40 milyon dollarlıq malikanəsinə həbs qoyulub. Bu, Ukrayna Baş Prokurorluğunun tələbi ilə həyata keçirilib. RBK-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın nəzarət orqanları tərəfindən "Telegram" hesabında açıqlama verilib
13.11.2026 173 Media və Yayım Şurası media subyektlərinə çağırış etdi
Bir sıra media resurslarında Azərbaycan və Ermənistan arasında transsərhəd çayların idarə olunması üzrə işçi qruplarının yaradılmasına dair xəbərlərin materialın predmetinə aid olmayan fotoşəkillərlə təqdim olunması manipulyativ vizual təqdimat nümunəsidir. "Qafqazinfo" xəbər verir ki, bu barəd
13.11.2026 209 Müəlliflik hüququnu pozanları hansı cəza gözləyir? - Cərimə və həbs
Azərbaycan Respublikasında elm, ədəbiyyat və incəsənət əsərlərinin yaradılması və istifadəsi ilə bağlı yaranan müəlliflik hüququ münasibətləri, eləcə də ifaların, fonoqramların, efir və ya kabel yayımı təşkilatlarının verilişlərinin istifadəsi ilə əlaqədar yaranan əlaqəli hüquqlar "Müəlliflik hüquq
13.11.2026 227 Evdə bişən "zəhər": Nələrə diqqət etməliyik?
Lənkəranda üçü azyaşlı olmaqla 11 nəfərin qidadan zəhərlənməsi ev şəraitində hazırlanan yeməklərin və konserv məhsullarının təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. İlkin araşdırma zamanı ailə üzvlərinin plov və konservləşdirilmiş pomidor istehlakından sonra özlərini narahat hiss etdiklər
13.11.2026 331 Arvadına xəyanət etməyən yeganə milyarder...
Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa
13.11.2026 196 Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?
Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı
13.11.2026 205 Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ilə görüşdən məmnunluğunu bildirən Prezident Nikuşor Dan ölkələrimiz arasında dostluq əlaqələrinin olduğunu vurğulayaraq, Azərbayca
13.11.2026 244 ABŞ-nin baş prokuroru da hərbi bazaya köçürüldü
ABŞ-nin baş prokuroru, eyni zamanda ədliyyə naziri olan Todd Blanş artıq bir neçə aydır ki, ölkənin hərbi bazalarından birində məskunlaşıb. xəbər verir ki, bu barədə "Fox News" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb. Baş prokurorun yaşayış yerini dəyişməsinin səbəbləri açıqlanmayıb
13.11.2026 148 Küləklə bağlı - Xəbərdarlıq
Noyabrın 15-i gündüzdən 16-sı axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında, Hacıqabul
13.11.2026 222