AQTA daha bir ölkəyə məhsulların ixracına məhdudiyyət qoyacağı ilə bağlı xəbərdarlıq edib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Yeni Zelandiyanın təsdiqdən keçməyən qida obyektlərindən məhsul idxalına məhdudiyyət qoyulacağı ilə bağlı xəbərdarlıq edib.
Bu barədə AQTA-dan məlumat verilib.
Bildirilib ki, AQTA və Yeni Zelandiyanın İlkin Sənaye Nazirliyinin nümayəndələri arasında onlayn görüş olub.
Görüş zamanı agentliyin fəaliyyət istiqamətləri, əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə Yeni Zelandiyanın nümayəndələrinə ətraflı məlumat verilib. Eyni zamanda, 2023-cü il yanvarın 1-dən qüvvəyə minən "Qida təhlükəsizliyi haqqında" Qanun və həmin qanundan irəli gələn tələblər barədə məlumatlar diqqətə çatdırılıb.
Vurğulanıb ki, yanvarın 1-dən etibarən təsdiqi tələb olunan xaricdəki qida obyektlərindən məhsul idxalına yalnız obyekt təsdiq edildikdən sonra icazə verilir. Bəzi ölkələrin təsdiq sisteminin ekvivalentliyinin tanınması avtomatik olaraq, bəzi dövlətlərdə isə qiymətləndirmə aparılmaqla həyata keçirilir. Bu çərçivədə Yeni Zelandiyadan heyvan mənşəli məhsulların Azərbaycan Respublikasının gömrük ərazisinə idxal edilməsi üçün həmin məhsulların istehsal və emal olunduğu qida obyektləri AQTA tərəfindən təsdiq edilməlidir. Görüşdə bu məsələ ilə bağlı müzakirələr aparılıb.
Sonda Yeni Zelandiyanın səlahiyyətli dövlət qurumunun nümayədələrinin nəzərinə çatdırılıb ki, bu ölkədə fəaliyyət göstərən qida obyektləri agentlik tərəfindən təsdiq edilmədiyi halda, yüksək riskli qida və yem məhsullarının idxalına 2023-cü il avqustun 1-dən etibarən məhdudiyyət tətbiq olunacaq. Əlavə olaraq, AQTA-nın müvafiq qərarı barədə Yeni Zelandiyanın səlahiyyətli qurumuna rəsmi məktub ünvanlanıb.
Agentlik ölkəmizə qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlara növbəti dəfə xəbərdarlıq edərək bildirir ki, müvafiq qanunvericiliyin tələbinə əsasən, təsdiq üçün müraciət etməyən şirkətlərin xüsusi risk qrupuna daxil olan baytarlıq nəzarətinə aid qida məhsullarını idxal etməsi mümkün olmayacaq.
Xatırladaq ki, ötən gün AQTA bu qayda ilə İran və Ukraynadan məhsulların idxalına məhdudiyyət qoyacağı barədə xəbərdarlıq yaymışdı.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 468 Tarix: 08 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUkraynalı milyarderin Parisdəki əmlakı müsadirə edilib
Ukraynalı milyarder Konstantin Jevaqonun Fransanın Paris şəhərindəki 40 milyon dollarlıq malikanəsinə həbs qoyulub. Bu, Ukrayna Baş Prokurorluğunun tələbi ilə həyata keçirilib. RBK-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın nəzarət orqanları tərəfindən "Telegram" hesabında açıqlama verilib
13.11.2026 173 Media və Yayım Şurası media subyektlərinə çağırış etdi
Bir sıra media resurslarında Azərbaycan və Ermənistan arasında transsərhəd çayların idarə olunması üzrə işçi qruplarının yaradılmasına dair xəbərlərin materialın predmetinə aid olmayan fotoşəkillərlə təqdim olunması manipulyativ vizual təqdimat nümunəsidir. "Qafqazinfo" xəbər verir ki, bu barəd
13.11.2026 209 Müəlliflik hüququnu pozanları hansı cəza gözləyir? - Cərimə və həbs
Azərbaycan Respublikasında elm, ədəbiyyat və incəsənət əsərlərinin yaradılması və istifadəsi ilə bağlı yaranan müəlliflik hüququ münasibətləri, eləcə də ifaların, fonoqramların, efir və ya kabel yayımı təşkilatlarının verilişlərinin istifadəsi ilə əlaqədar yaranan əlaqəli hüquqlar "Müəlliflik hüquq
13.11.2026 227 Evdə bişən "zəhər": Nələrə diqqət etməliyik?
Lənkəranda üçü azyaşlı olmaqla 11 nəfərin qidadan zəhərlənməsi ev şəraitində hazırlanan yeməklərin və konserv məhsullarının təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. İlkin araşdırma zamanı ailə üzvlərinin plov və konservləşdirilmiş pomidor istehlakından sonra özlərini narahat hiss etdiklər
13.11.2026 331 Arvadına xəyanət etməyən yeganə milyarder...
Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa
13.11.2026 196 Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?
Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı
13.11.2026 205 Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ilə görüşdən məmnunluğunu bildirən Prezident Nikuşor Dan ölkələrimiz arasında dostluq əlaqələrinin olduğunu vurğulayaraq, Azərbayca
13.11.2026 244 ABŞ-nin baş prokuroru da hərbi bazaya köçürüldü
ABŞ-nin baş prokuroru, eyni zamanda ədliyyə naziri olan Todd Blanş artıq bir neçə aydır ki, ölkənin hərbi bazalarından birində məskunlaşıb. xəbər verir ki, bu barədə "Fox News" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb. Baş prokurorun yaşayış yerini dəyişməsinin səbəbləri açıqlanmayıb
13.11.2026 148 Küləklə bağlı - Xəbərdarlıq
Noyabrın 15-i gündüzdən 16-sı axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında, Hacıqabul
13.11.2026 222