Bugünlərdə ölkəmizdə MINEPS VII konfransı keçirilir

Bugünlərdə ölkəmizdə MINEPS VII konfransı keçirilirMəlum olduğu kimi bugünlərdə ölkəmizdə 150-dək ölkənin bədən tərbiyəsi və idman sahəsinin məsul qurumlarının rəhbərləri və nazirlərinin iştirakını əhatə edən MINEPS VII konfransı keçirilməkdədir. Tədbirlər çərçivəsində Braziliya Federativ Respublikasının İdman Naziri Ana Moser də Azərbaycandadır. Ötən gün Xanım Nazir Ana Moser, Braziliya Federativ Respublikasının ölkəmizdəki səlahiyyətli səfiri Manuel Montenegro və Azərbaycan Braziliya Ciu-citsu Federasiyasının prezidenti Aqil Acalov arasında görüş baş tutmuşdur. Görüş zamanı Aqil Acalov ölkədə idmanın mövcud dinamikasından, ölkə başçısı İlham Əliyevin və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin idmana qayğısından və uğurlu inkişaf strategiyasından irəli gələn davamlı inkişaf yolundan və perspektivlərindən söz açmış, həmçinin cənab səfir Manuel Montenegronun sözügedən Braziliya döyüş sənətinin ölkəmizdə inkişafına daim dəstək göstərdiyini minnətdarlıqla bildirmişdir. O qeyd etmişdir ki, ölkədə uğurlu idman siyasətinin bütün idman sahələri kimi Braziliya Ciu-citsu döyüş sənətinin inkişafına da müsbət təsirləri böyükdür. Bundan əlavə Federasiya prezidenti hər iki rəsmiyə Azərbaycan Braziliya Ciu-citsu Federasiyasının inkişaf strategiyaları, görülən işlər, təşkil edilən tədbirlər barədə məlumat vermişdir.
Xanım nazir Ana Moser Braziliya idman növlərinin Azərbaycanda inkişafından və bu döyüş növünə olan maraqdan dolayı məmnunluğunu və dinamik inkişafı dəstəklədiyini bildirmişdir.
Məhsuldar görüşün Braziliya-Azərbaycan idman əlaqələrinin və mövcud idman növlərinin inkifaşına tövhələr verəcəyinə ümid edirik.

Bugünlərdə ölkəmizdə MINEPS VII konfransı keçirilirBugünlərdə ölkəmizdə MINEPS VII konfransı keçirilirBugünlərdə ölkəmizdə MINEPS VII konfransı keçirilir


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 885   Tarix: 28 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Messinin varisi o oldu

Argentina millisinin baş məşqçisi Lionel Skaloni ulduz futbolçu Lionel Messinin beynəlxalq karyerasını başa vurmasından sonra əfsanəvi 10 nömrəli formanı 21 yaşlı Niko Paza verməyi planlaşdırır. "Qafqazinfo" xəbər verir ki, bu qərarın Messi və Nikolas Otamendinin 2026-cı il Dünya Çempionatında

03.09.2026 389
.

Azərbaycan üzgüçülüyünün institusional inkişafı davam edir

Sloveniya Üzgüçülük Assosiasiyasının keçmiş prezidenti ASF-də fəaliyyətə başlayıb. Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin (GİN), Milli Olimpiya Komitəsinin (MOK), eləcə də Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi proqramının dəstəyi il

25.08.2026 361
.

Azərbaycanın UEFA reytinqində neçəncidir?

Bu həftə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turunun oyunlarında qeydə alınan nəticələrdən sonra ölkələrin UEFA reytinqi yenilənib. Qaynarinfo xəbər verir ki, Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilməyib. "Sabah" İngiltərədə "Mançester Yunayted"ə 0:4 hesab

11.09.2026 156
.

Qurban Qurbanovdan qələbə şərhi

"Qarabağ"ın futbolçuları "Tvente" ilə matçda çox güc sərf ediblər. Qaynarinfo xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis Niderlandda "Tvente"yə 1:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasını

21.08.2026 339
.

İspaniya millisinin sabiq futbolçusu Susa 32 yaşında karyerasını başa vurub

İspaniya millisinin sabiq futbolçusu Susa 32 yaşında karyerasını başa vurub. "Report" xəbər verir ki, bu barədə oyunçunun yaydan bəri formasını geyindiyi "Kadis" klubu məlumat yayıb. Vinger sözügedən komandanın institusional nümayəndəsi olacaq. Xatırladaq ki, Susa karyerasında İtaliyanı

29.08.2026 246
.

Zubir "Qarabağ"a qayıdır? - RƏSMİ

Səudiyyə Ərəbistanının "Əl-Uruba" klubuna keçidi baş tutmayan Abdullah Zubirin yenidən "Qarabağ"da çıxış edəcəyi ilə bağlı məlumatlar yayılıb. Məsələ ilə bağlı "Qarabağ"ın mətbuat xidmətindən -ın sorğusuna cavab olaraq bildirib ki, klubda Zubirlə bağlı hazırda hər hans

09.09.2026 268
.

"LANDAU Lions" Rəsul Məmmədzadə ilə müqavilənin müddətini uzadıb

"LANDAU Lions" basketbol klubu 19 yaşlı oyunçusu Rəsul Məmmədzadə ilə müqavilənin müddətini daha 1 il uzadıb. "Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Boyu 192 sm olan və "shooting guard" mövqeyində çıxış edən gənc basketbolçu ötən ay Azərbaycanı

22.08.2026 314
.

Bakıda futbolçu ÖLDÜ - FOTO

Bakıda futbolçu ölüb. -ın əldə etdiyi məlumata görə, minifutbolçu Qiyas Babayev ötən axşam dünyasını dəyişib. O, minifutbol üzrə həvəskarlar liqasında mübarizə aparan paytaxtın "Mayak Nardaran" komandasının üzvü idi

22.08.2026 420
.

"Barselona" "Sabah"a rəqib oldu - Bakıya gələcək-Video-Yenilənib

Bu gün UEFA Çempionlar Liqasında 2026/27 mövsümünün Liqa mərhələsinin püşkatma mərasimi keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, Monakoda baş tutacaq mərasim Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Liqa mərhələsinin 36 iştirakçısı 4 səbətə bölünüb. Azərbaycan çempionu "Sabah" 4-c

27.08.2026 582
.