Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?
Formula-1 üç onillikdən çox müddətdən sonra ilk dəfə Afrikaya qayıdacaq. Ruanda yarışın keçirilməsi ilə bağlı 10 illik müqavilə imzalayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Yeni ixtisaslaşmış avtomobil trası ölkənin paytaxtı Kiqalidən cənubda, Buqesera rayonunda inşa ediləcək. Burada "Afrika Qran-prisi" adı altında yarış keçiriləcək. Formula-1 nümayəndələri trasın "növbəti onilliyin əvvəlində" hazır olacağını bildiriblər.
Yarışın 2030-cu illərin əvvəlində, Formula-1-in Afrikada son mərhələsinin keçirilməsindən 33 il sonra baş tutacağı gözlənilir. 1993-cü ildə "Qran-pri" Cənubi Afrikadakı Kyalami trasında keçirilmişdi.
Ruandanın prezidenti Pol Kaqame bunun ölkə üçün qürurverici gün olduğunu bildirib. Onun sözlərinə görə, çempionat ölkəyə yalnız idman baxımından deyil, həm də yeni iş yerlərinin yaradılması, peşəkar bacarıqların inkişafı və turizmin artması hesabına uzunmüddətli fayda gətirəcək.
Qeyd olunur ki, son onilliklərdə çempionatın coğrafiyası sürətlə genişlənərək Avropa, Asiya və Şimali Amerikanı əhatə edib. Nəticədə Afrika Kyalamidə keçirilən Qran-pridən sonra yarışların təşkil olunmadığı yeganə qitə olaraq qalıb.
Trasın layihələndirilməsi keçmiş pilot Aleksandr Vurtsun təsis etdiyi "WurzDesign" şirkəti və Malayziyadakı Sepanq trası da daxil olmaqla bir çox Formula-1 avtodromunun yaradılmasında iştirak edən "Tilke" mühəndis qrupu ilə birgə aparılır.
Yeddiqat dünya çempionu Lyuis Hemilton dəfələrlə Afrikada yarış keçirilməsini arzuladığını bildirib. O, karyerasını başa vurmamışdan əvvəl qitədə mərhələnin keçirilməsinə nail olmaq üçün kulis arxasında fəaliyyət göstərdiyini etiraf edib:
"Mən həmişə demişəm ki, Afrikada Qran-priyə ehtiyacımız var. Mənim üçün bu, ən mühüm və ən gözəl qitədir. Biz bu qitədən başqa bütün qitələrdə təmsil olunuruq və bunun belə qalması üçün heç bir səbəb yoxdur. Mən uzun müddətdir bu ideyanı irəli sürürdüm və Stefano möhtəşəm iş gördü".
Formula-1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikali qitədə "Kral yarışları"nın 100 milyondan çox azarkeşinin marağını təmin etmək imkanından məmnun olduğunu deyib.
"Gələn onillikdən etibarən Ruandanın yarışlar təqviminə daxil edilməsi ilə idmanımızın yarışları bütün məskunlaşmış qitələrdə keçiriləcək. Bu da dünya çempionatını bütün dünyadakı azarkeşlərə əvvəlkindən daha da yaxınlaşdırmağa imkan verəcək. Afrika həmişə Formula-1-in gələcəyinin bir hissəsi olub və ilk gündən ora layiqincə qayıtmaq əzmində olmuşuq: etibarlı tərəfdaş, uzunmüddətli öhdəliklər və əhəmiyyətli nəticələrə necə nail olacağımıza dair aydın baxışla", deyə o bildirib.
Kiqali Beynəlxalq Hava Limanının yaxınlığında inşa ediləcək tras Formula-1 yarışlarının keçirilməsi üçün tələb olunan FIA-nın birinci kateqoriya (Grade 1) standartlarına cavab verəcək.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 1077 Tarix: 14 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİspaniyada futbolçunun ölümünə səbəb olan qapıçı ilə bağlı qərar verildi
İspaniyanın "Tenerife" klubunun futbolçusu Xesus de Migelin ölümü ilə nəticələnən toqquşmaya görə "Andorra"nın qapıçısı Xesus Ovono 12 oyunluq diskvalifikasiya edilib. -ın -ya istinadən xəbərinə görə, bu barədə qərar İspaniya Futbol Federasiyasının İntizam komitəsi tərəfindən qəbu
14.11.2026 757 Ronaldinyo illər sonra peşəkar futbola qayıtmasının səbəbini açıqladı
Braziliya millisinin sabiq hücumçusu Ronaldinyo peşəkar futbolçu karyerasını başa vurduqdan illər sonra yenidən yaşıl meydanlara qayıtmaq qərarının səbəbini açıqlayıb. "Football Italia" nəşrinə istinadən xəbər verir ki, Ronaldinyo futbola qayıdışını "Ravenna" klubunun prezidenti İqnatsi
15.11.2026 690 Misir millisinin baş məşqçisi həyat yoldaşı ilə bağlı qalmaqala görə istefaya göndərildi
Misir Futbol Federasiyası Hossam Həsəni milli komandanın baş məşqçisi vəzifəsindən azad edib. bu barədə federasiyanın rəsmi saytına istinadən xəbər verir. 60 yaşlı mütəxəssislə yanaşı, onun məşqçi və inzibati heyətinin üzvləri də milli komandadan ayrılıblar. Federasiya qərarı son vaxtlar milli komandanı
08.11.2026 857 Azərbaycan kikboksçusu 13-cü dəfə Avropa çempionu olub
Azərbaycan kikboksçusu Eduard Məmmədov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən Avropa çempionatında iki qızıl medal qazanıb. AZƏRTAC xəbər verir ki, noyabrın 7-dən 14-dək təşkil olunan WAKO versiyası üzrə qitə birinciliyində Azərbaycan təmsilçisi "Master Class" kateqoriyasında, 6
13.11.2026 759 "Fənərbaxça"dan möhtəşəm geridönüş
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda "Fənərbaxça" doğma meydanda "Liverpul"u 3:2 hesabı ilə məğlub edib. "Qafqazinfo" xəbər verir ki, hesabda geri düşən İstanbul təmsilçisinin heyətində 29-cu dəqiqədə Qrinvud, 73-cü dəqiqədə Arçi Braun, 79-cu dəqiqədə is
04.11.2026 1009 Xankəndi stadionunda keçiriləcək ilk oyunun - Vaxtı açıqlandı
Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, Peşəkar Futbol Liqasının qərarına əsasən, noyabr ayının 19-da 1-ci Liqanın 8-ci turu çərçivəsində baş tutacaq "Xankəndi" - "Karvan-Yevlax" matçı b
10.11.2026 826 İmaməddin Xəlilov dünya çempionatının bürünc mükafatçısı olub
Azərbaycan təmsilçisi İmaməddin Xəlilov Cənubi Koreyanın Muju şəhərində keçirilən parataekvondo üzrə dünya çempionatında bürünc medal qazanıb. "Report" Azərbaycan Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir ki, K44 kateqoriyası üzrə 70 kq çəki dərəcəsində mübarizə aparan paralimpiy
21.11.2026 439 "Naxçıvan" komandası "Azərmaş Abşeron"u 3:0 hesabı ilə məğlub edib - FOTOLAR
Azərbaycan qadın voleybolçularının Super Liqası çərçivəsində "Naxçıvan" və "Azərmaş Abşeron" komandaları arasında keçirilən qarşılaşma "Naxçıvan" komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, Azərbayca
06.11.2026 894 Canni İnfantino: "Bakıdakı U-15 dünya çempionatı və festivalı FIFA-nın ən uğurlu layihəsidir"
Bakıda keçirilən U-15 dünya çempionatı və festivalı son 120 ildə həyata keçirilən ən uğurlu layihədir. "Report" xəbər verir ki, bunu Canni İnfantino prezidenti olduğu FIFA-nın mətbuat xidmətinə açıqlamasında deyib. O, 189 ölkənin qatıldığı turnirin unudulmaz təcrübə olduğunu bildirib:. "Bütü
31.10.2026 888