"İnsanın gərək öz qabında olsun..." - Gülay Zeynallı
"İfa etdiyim mahnılarda janr dəyişikliyi var. Nə edim? Çörək haradadır, ora da gedirəm (gülür). Artıq zaman dəyişilib. Müasirləşirik. Mahnı üzərində çalışdığım musiqiçilər hamısı müasir və çox istedadlıdır. Əslində, bu müasirlik yox, fəqlilikdir. Yerimdə saymağı sevmirəm. İstəyirəm ki, hər zaman önə gedim və dəyişikliklər olsun".
BiG.AZ bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynallı deyib.
Heç kimin fikri ilə oturub-durmadığını söyləyən sənətçi bildirib ki, stilist və vizajist Elnur Həsənovla fikirləri üst-üstə düşdüyü üçün iş birliklərinin ömrü uzun olacaq:
"Fərqlilik təkcə ifa etdiyim mahnılarda deyil, diqqət yetirsəniz görərsiniz ki, bu özünü geyim tərzimdə, fotosessiyalarda və kliplərdə də göstərir. Artıq uzun müddətdir ki, stilist və vizajist Elnur Həsənovla çalışıram. O, mənim nə istəyib, istəmədiyimi, nə olar, nə olmazı çox gözəl anlayır. Məhz buna görə bizim iş birliyimiz uzun illərə dayanır. Fikirlərimiz çox zaman üst-üstə düşür. Xoşuma gəlməyən məsələ olanda hər zaman sözümü deyirəm. Heç kimin fikri ilə oturub-duran insan da deyiləm".
İstirahət üçün "həftə səkkiz, mən doqquz" xarici ölkələrə, eləcə də adalara üz tutan Gülay bu yayı Türkiyənin turistik şəhəri olan İzmirdə keçirəcəyini açıqlayıb:
"İnsana gəzmək qalacaq. Yay mövsümündə planlarımızda xaricə getmək var (Bu anda Gülayın qızı Sahilə İzmir şəhərinə gedəcəyini söyləyir). Artıq qızım dedi. Bəli, qızım, rəfiqələrimlə birgə İzmirə gəzməyə, istirahət etməyə gedəcəyik".
G.Zeynallı qızı Sahiləyə qadağalar qoymadığını söyləyib:
"Qızım artıq böyüyüb. Hər şeyin yerini bilir, başa düşür. Sizdən öncə televiziya kanallarının birinə müsahibə verdiyimdə, Sahilə çəkildi kənara. İnsanın gərək öz qabında olsun. Deyim ki, olmaz gedib onu edəcəksə, bu, mümkün olan şey deyil. Amma artıq o, olmazları dərk edir. Qızım əsas savadlı olmaq istəyir. Arada vəkil, polis olmaq istəyir. Onun üçün nə xeyirli olacaqsa, qoy o da olsun".
Son zamanlar şou əhlinin gözəlləşmək və cavanlaşmaq üçün bıçaq atına uzanması mövzusuna Gülay müsbət yanaşsa da, lakin özü plastik əməliyyat etdirmək niyyətində olmadığını vurğulayıb:
"Heç yerimi plastik əməliyyat etdirməmişəm. Buna hələ ki ehtiyacım da yoxdur. Plastik və estetik əməliyyat keçirən həmkarlarıma da pis baxmıram. Hərənin bir düşüncəsi var və hərə necə istəyir elə də addım atır. Amma mənə gəldikdə isə təbii gözəlliyi daha üstün tuturam. Görünüşümdə heç bir dəyişiklik etmək istəmirəm. Bu haqda da düşünmürəm".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTünzalə Ağayevanın formada qalma sirri - Fotolar
Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı
17.09.2021 2993 "20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO
Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin
16.09.2021 5054 "Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı
"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını
16.09.2021 2120 "Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO
Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz
16.09.2021 4761 "Bütün dünya bizim toyumuzdan danışacaq"
Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd
16.09.2021 2225 Fahriye Karan üçün 15 dayə dəyişdi
Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"
16.09.2021 2609 Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB
Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"
17.09.2021 4147 Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu
Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb
17.09.2021 7467 Damla plastik əməliyyatdan sonra - FOTOLAR
Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:
16.09.2021 9193