Sağlam yaşlanmağın 10 əsas qaydası

Sağlam yaşlanmağın 10 əsas qaydasıSağlam və gümrah yaşlanmaq üçün tədbirlərə yaşlılıq dövrünü gözləmədən, gənc yaşlardan başlamaq vacibdir. Daxili xəstəliklər və geriatrı üzrə mütəxəssis Prof. Dr. Berrin Karadağ sağlam yaşlanma üçün 10 əsas qaydanı açıqlayıb.

BiG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, ilk növbədə tərəvəz, meyvə, tam taxıl və liflə zəngin qidalar qəbul etmək və sağlam çəkini qorumaq lazımdır.

İkinci vacib məqam əzələ kütləsinin qorunmasıdır. Həftədə ən azı iki gün güc və müqavimət məşqləri etmək yaşlılıqda hərəkət qabiliyyətinin və tarazlığın qorunmasına kömək edir.

Keyfiyyətli yuxu da sağlam qocalmanın əsas şərtlərindəndir. Gecə 7-8 saat yatmaq, yuxu zamanı orqanizmin bərpasına və beyin sağlamlığının qorunmasına şərait yaradır.

Beyni aktiv saxlamaq üçün yeni biliklər öyrənmək, dil və ya musiqi ilə məşğul olmaq, sosial münasibətləri qorumaq tövsiyə olunur. Sosial təcriddən uzaq qalmaq da zehni sağlamlıq baxımından əhəmiyyətlidir.

Mütəxəssis bağırsaq sağlamlığına da diqqət çəkib. Qatıq, kefir, turşu kimi fermentləşdirilmiş məhsullar və liflə zəngin qidalar bağırsaq mikrobiotasının dəstəklənməsinə kömək edə bilər.

Digər vacib amil xroniki stressin idarə olunmasıdır. Nəfəs məşqləri, təbiətdə vaxt keçirmək və gündəlik istirahət fasilələri stressin azaldılmasına kömək edir.

Yaş artdıqca susuzluq hissi zəifləyə bildiyindən kifayət qədər su içmək də vacibdir.

D vitamini, B12 və digər vitamin-mineral göstəricilərinə isə yalnız həkim məsləhəti və analizlər əsasında nəzarət etmək tövsiyə olunur. Özbaşına vitamin qəbulundan çəkinmək lazımdır.

Siqaret və alkoqoldan uzaq durmaq, duz qəbulunu azaltmaq və müntəzəm fiziki aktivlik ürək-damar sağlamlığının qorunmasına kömək edir.

Nəhayət, müntəzəm tibbi müayinələrdən keçmək vacibdir. Qan təzyiqi, şəkər və xolesterinin nəzarətdə saxlanılması, yaşa uyğun müayinələr və peyvəndlərin vaxtında edilməsi xəstəliklərin erkən aşkarlanmasına imkan verir.

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 107   Tarix: 02 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Bizə heç kimin köməyi də, himayadarlığı da lazım deyil" - Yenilənib

"Bizim ideoloji məkanımız yad ünsürlərdən, yad təsirlərdən azad olmalıdır. Bu, eyni zamanda, bizim xarici siyasət strategiyamızdır". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı söyləyib. "Bi

11:56 134
.

NASA-dan BKS-ə yeni missiya: ekipaj Floridadan kosmosa yollandı

NASA rusiyalı kosmonavt Sergey Teteryatnikovu Beynəlxalq Kosmik Stansiyaya (BKS) aparan Crew-13 missiyasını həyata keçirib. xəbər verir ki, Crew Dragon kosmik gəmisini daşıyan Falcon 9 raketi Floridadakı buraxılış məntəqəsindən havaya qalxıb. Sergey Teteryatnikovdan əlavə, Crew Dragon gəmisində ABŞ astronavtlar

11:08 129
.

Gələn həftə Drakonid meteor yağışı olacaq

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Qaynarinfo xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Drakonidlərin mənbəyi (radiantı) Əjdaha (Draco) bürcündə yerləşdiyi üçün meteor yağışı bu adla tanınır. Meteo

01.10.2026 764
.

"Fəxr edirəm ki, sənin kimi mərd kişinin oğluyam" - Foto

Xalq artisti Mənsum İbrahimovun doğum günüdür. Axşam.az xəbər verir ki, xanəndənin oğlu İbrahim atasının doğum günü münasibətilə paylaşım edib. İbrahim İbrahimov sosial media hesabında atası ilə arxiv və yeni fotolarını yayımlayaraq ona xoş arzularını çatdırıb:. "Deyirlər ki, oğul ailənin düşmə

01.10.2026 774
.

Rusiya Aİİ çərçivəsində sənaye əməkdaşlığını genişləndirmək istəyir

Rusiya Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində sənaye əməkdaşlığının genişlənəcəyini gözləyir. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya Baş naziri Mixail Mişustin Belarus Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirib ki, sənay

14:38 1
.

Qardaşı da nişanlandı

Mediada müğənni Roza Zərgərlinin övladlığa götürdüyü oğlu kimi tanınan Jerar Qafarov da ailə qurmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aktyor qardaşı Corc Qafarovdan sonra Jerar da nişanlanıb. O, nişan mərasimindən görüntüləri paylaşaraq "Xoşbəxt həyat yoldaşı, xoşbəxt həyat" şərhini yazıb

14:49 0
.

Marneulidə 13 yaşlı azərbaycanlı əkiz uşaq dünyaya gətirdi

Gürcüstanın Marneuli rayonunda 13 yaşlı qız əkiz uşaq dünyaya gətirib. "Qafqazinfo" xəbər verir ki, bu barədə ilk məlumatı hüquq müdafiəçisi Samirə Bayramova sosial şəbəkə hesabında yayıb. "Mənə dedilər ki, Marneulidəki doğum evində 13 yaşlı qız əkiz uşaq dünyaya gətirib. Mənbənin məlumatın

11:29 165
.

Qidanın xarab olduğunu özü göstərəcək - qablaşdırma rəngini dəyişəcək

Alimlər qidanın təzəliyini qablaşdırmanı açmadan müəyyən etməyə imkan verən yeni texnologiya hazırlayıblar. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Yaponiyanın Kyushu Universitetinin tədqiqatçıları qidanın xarab olma prosesini izləyə bilən xüsusi hidrogel qablaşdırma hazırlayıblar. Material qidanı

14:49 0
.

Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı

"Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. "Bu siyasət

13:15 173
.