Trampın impiçment qorxusu: Demokratlar üstünlüyü ələ keçirəcək?
ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasının noyabrda keçiriləcək Konqresə aralıq seçkilərində qalib gələcəyi təqdirdə onun barəsində impiçment prosedurunun başladılacağını düşünür.
Tramp Oklahomada tərəfdarları qarşısında çıxışı zamanı seçiciləri Respublikaçılar Partiyasına səs verməyə çağırıb.
"Bu seçkilərdə sizdən xahiş edirəm. Mən seçki bülletenində olanda hər şey yaxşı gedir. Mən bülletendə olmayanda insanlar səsverməyə o qədər də fəal getmirlər. Elə təsəvvür edin ki, mən namizədəm. Sadəcə belə düşünün. Əgər biz qalib gəlməsək, onlar (demokratlar) sonda mənə impiçment elan edəcəklər", - Tramp bildirib.
Tramp ABŞ tarixində barəsində iki dəfə impiçment proseduru başladılan ilk prezidentdir. Hər iki proses onun ilk prezidentlik dövründə - 2019 və 2021-ci illərdə baş verib.
Hər iki halda impiçment maddələri Konqresin Senatında rədd edilib.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında politoloq Əhəd Məmmədli bildirib ki, növbəti ara seçkilərində üstünlüyün Demokratlar Partiyasında olacağı proqnozlaşdırılır:
"Bu, Donald Trampın artıq son prezidentlik illəridir. ABŞ-də keçiriləcək növbəti prezident seçkilərində, böyük ehtimalla, Demokratlar Partiyasının namizədi qalib gələcək. Tramp artıq öz namizədliyini verə bilməyəcək, Respublikaçılar Partiyasının digər namizədi isə demokratların namizədinə məğlub olacaq. ABŞ-nin daxilində Trampın və partiyasının reytinqi xeyli düşüb. Trampın hazırkı prezidentlik dövrünü uğurlu saymaq olmaz. Əvvəlki prezidentlik dövrü bundan daha uğurlu idi. Xüsusilə xarici siyasətdə pafoslu bəyanatlardan başqa real bir nəticə görünmədi. Məsələn, İran istiqamətindəki uğursuzluq ABŞ üçün kifayət qədər utancverici idi".
Müsahibimiz qeyd edib ki, daxili siyasətdə də vəziyyət yaxşı deyil və bütün bunlar ara seçkilərində proqnozların demokratların lehinə dəyişməsinə səbəb olur:
"Trampın yenidən namizəd ola bilməməsinin hüquqi səbəbinə gəlincə, ABŞ-da heç kimin iki dəfədən artıq prezident seçilə bilməyəcəyinə dair qayda var. Bu qayda yalnız İkinci Dünya Müharibəsi dövründə, xalqın təşəbbüsü və istəyi ilə dörd dəfə prezident seçilən Ruzvelt üçün istisna olub. Bütün digər prezidentlər iki müddətdən artıq seçilə bilməyiblər. Bu baxımdan, impiçment olsa da, olmasa da, bu, Trampın son prezidentlik dövrüdür".
Aynur Babazadə
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 106 Tarix: 02 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında bir sıra struktur dəyişiklikləri həyata keçirilib. "Qafqazinfo" "Qaynarinfo"ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun Əmri ilə Aparatda 7 idarə adları dəyişdirilmədən şöbəyə çevrilib
12:30 93 Marneulidə 13 yaşlı azərbaycanlı əkiz uşaq dünyaya gətirdi
Gürcüstanın Marneuli rayonunda 13 yaşlı qız əkiz uşaq dünyaya gətirib. "Qafqazinfo" xəbər verir ki, bu barədə ilk məlumatı hüquq müdafiəçisi Samirə Bayramova sosial şəbəkə hesabında yayıb. "Mənə dedilər ki, Marneulidəki doğum evində 13 yaşlı qız əkiz uşaq dünyaya gətirib. Mənbənin məlumatın
11:29 135 ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərir: İrana qarşı hücumlar bərpa oluna bilər
ABŞ İrana qarşı hücumların yenidən başlayacağı ehtimalı fonunda Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) ABŞ rəsmilərinə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Pentaqon Yaxın Şərqə üçüncü aviadaşıyıcı zərbə qrupu və əlav
10:30 118 Hava nəqliyyatı ilə qlobal yük daşımaları 4 %-dən çox artıb
Bu ilin avqustunda hava nəqliyyatı ilə sərnişin daşımalarına qlobal tələbat illik ifadədə 0,8 % azalıb, yük daşımaları seqmenti isə 4,4 % artım nümayiş etdirib. "Report" Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (IATA) istinadən xəbər verir ki, sərnişin oturacaqlarının doluluq göstəricis
01.10.2026 384 Britaniyanın Aİ-yə qayıtmasının qiyməti açıqlanıb: ildə 5 milyard funt
Avropa İttifaqına (Aİ) tam şəkildə yenidən qoşulmaq istəyirsə, bu, ölkəyə ildə əlavə 5 milyard funt sterlinq (6,6 milyard dollar) xərc yarada bilər. xəbər verir ki, "Bloomberg" bu rəqəmləri keçmiş Baş nazir Keyr Starmerin administrasiyasında çalışmış Leyborist Partiyasının nümayəndələrinə istinadə
10:39 113 Uşaqlar üçün yeni tərbiyə üsulu - kartof toplayıb, odun doğrayırlar
Valideynlər şübhəli bir "zövq" üçün böyük məbləğlər ödəməyə hazırdırlar. Uşaqlar kartof toplayıb, odun doğrayır və gördükləri əməyə görə pul almaq hüququna malik olmurlar. xarici KİV-ə istinadən xəbər verir ki, adi çimərlik istirahəti, turist səfərləri və əyləncə mərkəzləri əvəzinə Çində müasi
01.10.2026 445 Klopdan "millidə yetərincə alman yoxdur" iradına cavab
Yurgen Klopp Almaniya milli komandasının heyəti ilə bağlı sosial şəbəkələrdə yayılan irqçi ifadələrə və təhqirlərə sərt münasibət bildirib. "Yeni Sabah" xəbər verir ki, millinin kifayət qədər "alman olmadığı" və ya "ağ dərili futbolçulardan təşkil olunmadığı" barədə irəl
01.10.2026 379 ABŞ nüvə partlayışını simulyasiya edən təlim keçirdi
ABŞ Milli Nüvə Təhlükəsizliyi Administrasiyası Nevada Sınaq Sahəsində nüvə partlayışını simulyasiya edən təlimlər keçirib. xəbər verir ki, bu barədə "TWZ" məlumat yayıb. Portal qeyd edir ki, yeraltı partlayışların aşkarlanması partlayıcı qurğunun yerləşdirilməsindən asılıdır. Aşkarlanması ə
10:59 117 Diş çöpünün görünməyən təhlükəsi: Dişləri və diş ətlərini necə zədələyir?
Yeməkdən sonra taxta diş çöpündən istifadə etmək bir çox insan üçün adi vərdişdir. Lakin mütəxəssislər bildirirlər ki, bu vərdiş ağız boşluğunda müxtəlif problemlərə səbəb ola bilər. Diş çöpünün iti ucları və taxtadan ayrılan xırda qırıntılar diş ətlərini zədələyərək iltihab və infeksiya riskini artır
12:06 121