200 ilin ilk qadın edamı son anda LƏĞV OLUNDU

200 ilin ilk qadın edamı son anda LƏĞV OLUNDUABŞ-ın Tennessi ştatında federal apellyasiya məhkəməsi 50 yaşlı Krista Geyl Paykın edamını son anda dayandırıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, ABŞ-ın Altıncı Dairə Apellyasiya Məhkəməsi edamın dayandırılması barədə qərarı iki səsə qarşı bir səslə qəbul edib. Tennessi prokurorluğu dərhal ABŞ Ali Məhkəməsinə müraciət edərək qərarın ləğvini istəyib.

Edamın şahidləri və jurnalistlər isə Neşvildə yerləşən yüksək təhlükəsizlik rejimli "Riverbend" həbsxanasında Ali Məhkəmənin qərarını gözləməyə davam ediblər.

Payk 1995-ci ildə 19 yaşlı Kollin Slemmeri öldürməkdə təqsirli bilinib. O və həmin vaxt 17 yaşı olan sevgilisi Slemmerə hücumda günahkar sayılıblar. Onlar Noksvildə peşə hazırlığı mərkəzində tanış olublar. Payk öz təqsirini inkar etmir.

Əgər edam həyata keçirilsəydi, bu, Tennessi ştatında ən azı son 200 ildə edam edilən ilk qadın olacaqdı. Payk həmçinin ştatda müasir ölüm cəzası dövründə 18 yaşında törətdiyi cinayətə görə edam edilən yeganə şəxs ola bilərdi.

Onun vəkili bildirir ki, cəza təyin edilərkən onun yaşı, psixoloji vəziyyəti və ağır uşaqlıq keçirməsi tam şəkildə nəzərə alınmalı idi. Vəkillərin sözlərinə görə, Payk erkən uşaqlıqdan seksual zorakılığa məruz qalıb.

Sonralar ona bipolyar pozuntu və posttravmatik stress pozuntusu diaqnozu qoyulub.

Əfv müraciətində Payk yazıb ki, əvvəlcə yalnız Slemmerlə dalaşmaq niyyətində olub, lakin hücum zamanı özünə nəzarəti itirərək onu öldürüb. O, törətdiyi əmələ görə peşman olduğunu da bildirib.

Paykın işi 1990-cı illərdə qətlin xüsusi amansızlığı və qurbanın bədəninə pentaqram işarəsinin həkk olunması səbəbindən geniş rezonans doğurmuşdu. Hadisə ABŞ-da "satanik panika" adlandırılan dövrə təsadüf edib. Həmin illərdə müxtəlif cinayətlər və gənclər subkulturası tez-tez satanizmlə əlaqələndirilirdi.

Kollin Slemmerin anası ölüm hökmünün icra olunmasının tərəfdarıdır və bu anı onilliklərdir gözlədiyini bildirib.

Hazırda Paykın taleyi qeyri-müəyyən olaraq qalır. Son qərarı ABŞ Ali Məhkəməsi verməlidir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1072   Tarix: 01 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu xəstələrə şad xəbər - Dərmanlar PULSUZ OLACAQ

Azərbaycanda gələn ilin aprel ayından etibarən ambulator dərman vasitələrinin icbari tibbi sığorta hesabına təmin edilməsi planlaşdırılır. BİG.AZ report-a istinadən xəbər verir ki bunu Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev "Dövlət biznes əməkdaşlıq forumu"

00:09 130
.

Pensiyaçılara ikiqat XOŞ XƏBƏR - Aprelin 1-dən etibarən…

Əmək Məcəlləsinə təklif olunan dəyişiklik işçilərin əməkhaqlarının ödənilməsi qaydasında yeniliyə səbəb olacaq. Layihəyə əsasən, işəgötürənlər işçinin maaşını onun seçdiyi bank hesabına köçürməli olacaqlar. Bəs yeni qayda işçilərə və işəgötürənlərə hansı dəyişiklikləri gətirəcək? İşçinin maaşını istədiy

00:15 100
.

Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb - Foto

Noyabrın 21-də Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb. Layihə Kollecin azərbaycanlı tərəfdaşları ilə davamlı və məqsədyönlü əməkdaşlıq çərçivəsində ərsəyə gəlib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyev

21.11.2026 190
.

Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək

Ermənistan hökuməti sabah "Beynəlxalq sülh və firavanlıq naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin başlanmasını rəsmi şəkildə elan edəcək. "Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan "Digitec" yüksək texnologiyalar forumund

21.11.2026 168
.

Fin körfəzində iki PUA Kalininqrada gedən yük gəmisinə hücum edib

Fin körfəzinin neytral sularında iki PUA Kalininqrada gedən yük gəmisinə hücum edib. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko məlumat verib. "Fin körfəzinin neytral sularında, Rusiya Federasiyasının sərhədində

21.11.2026 174
.

Almaniya XİN başçısı: Ermənistan Konstitusiyasının dəyişdirilməsi Bakı ilə sülh üçün zəruri addımdır

Azərbaycanla yekun sülh sazişinin imzalanması üçün Ermənistan öz Konstitusiyasını dəyişməlidir. "Report" xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful Almaniyanın "Tagesschau" telekanalına müsahibəsində bildirib. XİN başçısı qeyd edib ki, hazırda Cənubi Qafqazd

21.11.2026 189
.

Pentaqon rəhbəri ABŞ-ın Kanada ilə hərbi əməkdaşlığını məhdudlaşdırıb

ABŞ-ın müdafiə naziri Pit Heqset Kanada ilə hərbi əməkdaşlığın məhdudlaşdırılması barədə göstəriş verib. "Report" xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Pentaqon rəhbəri müvafiq göstəriş

21.11.2026 120
.

Qırğızıstanın səhiyyə naziri həmkarının həyatını xilas etdi

Qırğızıstanın səhiyyə naziri Damir Osmonov həmkarının ürəyində əməliyyat apararaq stent yerləşdirib. xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesablarında məlumat paylaşıb. Nazirin sözlərinə görə, bu tibbi müdaxilə infarktın qarşısını vaxtında almağa kömək edib:. "Mənim üçün xüsusi bir iş gün

21.11.2026 134
.

Börnhem Britaniyanı Avropa İttifaqına qaytarmaq istəyir

Böyük Britaniyanın Baş naziri Endi Börnhem ölkəsinin yenidən Avropa İttifaqına (Aİ) qatılmasının tərəfdarıdır və cəmiyyətin də bu fikri bölüşdüyünə inanır. bildirir ki, bu barədə "The Times" nəşri onun ətrafındakı yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb. Qaynağın sözlərinə görə, bu

21.11.2026 160
.