21 şagirdin zəhərlənmə şübhəsi: Məktəbə gətirilən qidalar nə qədər təhlükəsizdir?

21 şagirdin zəhərlənmə şübhəsi: Məktəbə gətirilən qidalar nə qədər təhlükəsizdir?"Məktəbdə uşaqların sağlamlığı ilə bağlı ən böyük təhlükələr bəzən heç təhlükəli görünməyən məqamlardan başlayır. Sumqayıt şəhərində 21 şagirdin zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilməsi də bu baxımdan diqqət çəkən hadisədir".

Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirb.

O, qeyd edib ki, ilkin məlumata görə, şagirdlərdən biri evdən qənnadı məmulatı gətirib. Sinif yoldaşları da həmin məhsuldan yeyib və bundan sonra onların səhhətində problem yaranıb. Hazırda şagirdlərin vəziyyətinin stabil olduğu bildirilir:

"Burada bir məqamı əvvəlcədən dəqiqləşdirmək vacibdir: hazırda sözügedən qənnadı məmulatının zəhərlənməyə səbəb olduğu təsdiqlənməyib. Bunun müəyyənləşdirilməsi aparılacaq araşdırmanın nəticəsindən asılıdır. Lakin hadisənin özü mühüm bir sual doğurur: uşaqların məktəbə gətirdiyi qidalara nə qədər ciddi yanaşırıq?

Valideyn üçün uşağın çantasına bir qədər şirniyyat qoymaq adi görünə bilər. Məhsul evdə hazırlanıbsa, hətta daha etibarlı təsir bağışlaya bilər. Halbuki qidanın hazırlanması qədər onun saxlanma və daşınma şəraiti də mühüm əhəmiyyət daşıyır. Xüsusilə kremli və tez xarab olan məhsullar lazımi temperaturda saxlanılmadıqda sağlamlıq üçün risk yarada bilər.
21 şagirdin zəhərlənmə şübhəsi: Məktəbə gətirilən qidalar nə qədər təhlükəsizdir?Məsələ yalnız valideyn məsuliyyəti ilə də məhdudlaşmır. Məktəb mühiti elə qurulmalıdır ki, uşaqlar qida təhlükəsizliyinin ən sadə qaydalarını bilsinlər. Hansı məhsulu qəbul etmək olmaz? Qidanın görünüşü və ya qoxusu dəyişibsə, nə etmək lazımdır? Başqasının gətirdiyi yeməyi qəbul etmək hansı hallarda risk yarada bilər? Bu kimi sualların cavabları uşaqlara yaşlarına uyğun şəkildə izah edilməlidir.

Bir başqa məqam da uşaqların paylaşmaq vərdişidir. Birinin gətirdiyi qidadan bir neçə uşaq, hətta bütün sinif istifadə edə bilər. Uşaqlar bunu dostluğun və səmimiyyətin göstəricisi kimi qəbul edə bilərlər. Böyüklərin vəzifəsi isə onları qorxutmaq deyil, bu davranışın hansı hallarda sağlamlıq üçün risk yarada biləcəyini izah etməkdir.

Sumqayıtda baş verən hadisə də məhz bu baxımdan ciddi diqqət tələb edir. Çünki söhbət təkcə bir uşağın səhhətindən getmir. Eyni qidadan bir neçə uşağın istifadə etməsi mümkün riskin miqyasını əhəmiyyətli dərəcədə artırır.

Hazırda əsas gözlənti araşdırmanın nəticəsidir. Məhsulun nə olduğu, necə hazırlandığı, hansı şəraitdə saxlanıldığı və şagirdlərin səhhətində yaranan problemin həmin qida ilə əlaqəsinin olub-olmadığı müəyyənləşdirilməlidir. Fakt təsdiqlənmədən hər hansı şəxsi və ya məhsulu günahlandırmaq düzgün deyil.

Lakin bir nəticəni indidən çıxarmaq mümkündür: məktəbdə təhlükəsizlik yalnız giriş-çıxışa nəzarət, kameraların işlək vəziyyətdə olması və yad şəxslərin məktəbə buraxılmaması demək deyil. Uşağın nə yediyi də təhlükəsizlik məsələsidir.

Bu hadisə bir daha göstərir ki, uşaqların sağlamlığı ilə bağlı "nə olacaq ki?" yanaşması düzgün deyil. Çünki uşağın çantasındakı adi bir şirniyyatın haradan gəldiyini, necə hazırlandığını və hansı şəraitdə saxlanıldığını bilmədən onun tam təhlükəsiz olduğuna əmin olmaq mümkün deyil.

21 şagirdin xəstəxanaya yerləşdirilməsi isə bu məsələyə daha ciddi yanaşmaq üçün kifayət qədər əsasdır. Məktəb, valideyn və uşaq - hər üç tərəf öz məsuliyyətini bildiyi və sadə təhlükəsizlik qaydalarına əməl etdiyi halda belə risklərin qarşısını almaq daha asan olar".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 111   Tarix: 02 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında bir sıra struktur dəyişiklikləri həyata keçirilib. "Qafqazinfo" "Qaynarinfo"ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun Əmri ilə Aparatda 7 idarə adları dəyişdirilmədən şöbəyə çevrilib

12:30 93
.

Marneulidə 13 yaşlı azərbaycanlı əkiz uşaq dünyaya gətirdi

Gürcüstanın Marneuli rayonunda 13 yaşlı qız əkiz uşaq dünyaya gətirib. "Qafqazinfo" xəbər verir ki, bu barədə ilk məlumatı hüquq müdafiəçisi Samirə Bayramova sosial şəbəkə hesabında yayıb. "Mənə dedilər ki, Marneulidəki doğum evində 13 yaşlı qız əkiz uşaq dünyaya gətirib. Mənbənin məlumatın

11:29 135
.

ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərir: İrana qarşı hücumlar bərpa oluna bilər

ABŞ İrana qarşı hücumların yenidən başlayacağı ehtimalı fonunda Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) ABŞ rəsmilərinə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Pentaqon Yaxın Şərqə üçüncü aviadaşıyıcı zərbə qrupu və əlav

10:30 118
.

Hava nəqliyyatı ilə qlobal yük daşımaları 4 %-dən çox artıb

Bu ilin avqustunda hava nəqliyyatı ilə sərnişin daşımalarına qlobal tələbat illik ifadədə 0,8 % azalıb, yük daşımaları seqmenti isə 4,4 % artım nümayiş etdirib. "Report" Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (IATA) istinadən xəbər verir ki, sərnişin oturacaqlarının doluluq göstəricis

01.10.2026 384
.

Britaniyanın Aİ-yə qayıtmasının qiyməti açıqlanıb: ildə 5 milyard funt

Avropa İttifaqına (Aİ) tam şəkildə yenidən qoşulmaq istəyirsə, bu, ölkəyə ildə əlavə 5 milyard funt sterlinq (6,6 milyard dollar) xərc yarada bilər. xəbər verir ki, "Bloomberg" bu rəqəmləri keçmiş Baş nazir Keyr Starmerin administrasiyasında çalışmış Leyborist Partiyasının nümayəndələrinə istinadə

10:39 113
.

Uşaqlar üçün yeni tərbiyə üsulu - kartof toplayıb, odun doğrayırlar

Valideynlər şübhəli bir "zövq" üçün böyük məbləğlər ödəməyə hazırdırlar. Uşaqlar kartof toplayıb, odun doğrayır və gördükləri əməyə görə pul almaq hüququna malik olmurlar. xarici KİV-ə istinadən xəbər verir ki, adi çimərlik istirahəti, turist səfərləri və əyləncə mərkəzləri əvəzinə Çində müasi

01.10.2026 445
.

Klopdan "millidə yetərincə alman yoxdur" iradına cavab

Yurgen Klopp Almaniya milli komandasının heyəti ilə bağlı sosial şəbəkələrdə yayılan irqçi ifadələrə və təhqirlərə sərt münasibət bildirib. "Yeni Sabah" xəbər verir ki, millinin kifayət qədər "alman olmadığı" və ya "ağ dərili futbolçulardan təşkil olunmadığı" barədə irəl

01.10.2026 379
.

ABŞ nüvə partlayışını simulyasiya edən təlim keçirdi

ABŞ Milli Nüvə Təhlükəsizliyi Administrasiyası Nevada Sınaq Sahəsində nüvə partlayışını simulyasiya edən təlimlər keçirib. xəbər verir ki, bu barədə "TWZ" məlumat yayıb. Portal qeyd edir ki, yeraltı partlayışların aşkarlanması partlayıcı qurğunun yerləşdirilməsindən asılıdır. Aşkarlanması ə

10:59 117
.

Diş çöpünün görünməyən təhlükəsi: Dişləri və diş ətlərini necə zədələyir?

Yeməkdən sonra taxta diş çöpündən istifadə etmək bir çox insan üçün adi vərdişdir. Lakin mütəxəssislər bildirirlər ki, bu vərdiş ağız boşluğunda müxtəlif problemlərə səbəb ola bilər. Diş çöpünün iti ucları və taxtadan ayrılan xırda qırıntılar diş ətlərini zədələyərək iltihab və infeksiya riskini artır

12:06 121
.