Azərbaycanda süni intellekt hansı səviyyədədir? - Ekspertdən AÇIQLAMA

Azərbaycanda süni intellekt hansı səviyyədədir? - Ekspertdən AÇIQLAMA"Azərbaycanda süni intellektin (Sİ) inkişafı hazırda həm böyük potensialın, həm də müəyyən boşluqların mövcud olduğu keçid mərhələsindədir. Ümumilikdə vəziyyəti "başlanğıc-orta" səviyyədə, lakin sürətlə inkişaf edən proses kimi qiymətləndirmək olar.

Məsələyə bir neçə aspektdən yanaşmaq mümkündür".

Bunu BiG.AZ-a açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departament rəhbəri Fərid Musayev bildrib.

O, qeyd edib ki, dövlət və strategiya səviyyəsində Azərbaycan rəqəmsallaşma və "Ağıllı Şəhər" konsepsiyaları çərçivəsində süni intellekt texnologiyalarına diqqət yetirir. Dövlət xidmətlərinin, o cümlədən "ASAN xidmət"in rəqəmsallaşdırılması süni intellekt texnologiyalarının tətbiqi üçün müəyyən zəmin yaradır. Lakin ölkədə süni intellektin inkişafına birbaşa və genişmiqyaslı şəkildə yönəlmiş milli strategiyanın tam tətbiqi və bu sahədə ölçülə bilən nəticələrin formalaşması baxımından hələ görüləsi işlər var. Bu istiqamətdə Azərbaycan qlobal liderlərlə müqayisədə ilkin mərhələdədir:

"Biznes və korporativ sektora nəzər saldıqda isə bankçılıq, telekommunikasiya və e-ticarət sahələrinin süni intellektdən daha fəal istifadə etdiyi görünür.

Bank sektorunda kredit risklərinin qiymətləndirilməsi, chatbotlar və fırıldaqçılığın aşkarlanması ilə bağlı süni intellekt alətlərindən istifadə olunur.

Telekommunikasiya sahəsində isə müştəri xidmətlərinin optimallaşdırılması, şəbəkələrin idarə olunması və digər proseslərdə süni intellekt tətbiqləri mövcuddur.

Kiçik və orta sahibkarlıqda isə süni intellektdən istifadə hələ məhduddur və əsasən ChatGPT, Midjourney kimi hazır xarici alətlərdən yararlanmaqla kifayətlənir.

Bu sahə həm Azərbaycanın əsas üstünlüklərindən biri, həm də zəif tərəflərindən biri hesab oluna bilər. Üstün cəhət ondan ibarətdir ki, gənclər arasında süni intellekt alətlərindən istifadə mədəniyyəti kifayət qədər yüksəkdir. Proqramlaşdırma və data science istiqamətində ixtisaslaşan kadrların sayı da artır.

Zəif tərəf isə universitetlərin tədris proqramlarının süni intellektin sürətli inkişafına tam uyğunlaşdırılmaması, eləcə də laboratoriya və tədqiqat mərkəzlərinin kifayət qədər olmamasıdır. Süni intellekt sahəsində yerli elmi araşdırmaların həcmi də hələ arzuolunan səviyyədə deyil.

Texnoloji infrastruktur və məlumat bazası baxımından da müəyyən çətinliklər mövcuddur. Süni intellektin əsas "yanacağı" datadır. Azərbaycanda məlumatların rəqəmsallaşdırılması prosesi davam etsə də, datanın keyfiyyəti, mərkəzləşdirilməsi və xüsusilə Azərbaycan dilində süni intellekt modellərinin öyrədilməsi üçün kifayət qədər geniş dil korpusunun olmaması əsas problemlərdən biridir.

Azərbaycan dilində böyük dil modelləri (LLM) üzrə layihələr də hələ inkişaf mərhələsindədir.

Bəs nəticə qənaətbəxşdirmi?

Əgər məsələyə istifadəçi tərəfdən baxsaq, müəyyən mənada qənaətbəxş nəticələrdən danışmaq olar. İnsanlar və şirkətlər süni intellekt alətlərindən istifadə etməyi getdikcə daha yaxşı öyrənirlər.

Lakin istehsalçı tərəfdən yanaşdıqda vəziyyət fərqlidir. Azərbaycan hələlik süni intellekt texnologiyalarını geniş miqyasda yaradan ölkə deyil. Daha çox hazır texnologiyaları əldə edib onları müxtəlif iş proseslərinə tətbiq edən tərəf kimi çıxış edir.

Xülasə olaraq, Azərbaycanda süni intellektin inkişafı prosesi mövcuddur və müəyyən istiqamətlərdə sürətlənir. Lakin ölkənin bu sahədə qlobal rəqabət qabiliyyəti qazanması üçün yalnız istifadəçi mövqeyində qalmaq kifayət deyil. Növbəti mərhələdə tərtibatçı, istehsalçı və tədqiqatçı səviyyəsinə keçid etmək əsas hədəflərdən biri olmalıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 110   Tarix: 02 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Yenilənib

"Bizim şanlı zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi". "Qafqazinfo" xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı söyləyib. Dövlət başçısı qeyd edib ki, bir gün bel

11:15 133
.

Qardaşı da nişanlandı

Mediada müğənni Roza Zərgərlinin övladlığa götürdüyü oğlu kimi tanınan Jerar Qafarov da ailə qurmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aktyor qardaşı Corc Qafarovdan sonra Jerar da nişanlanıb. O, nişan mərasimindən görüntüləri paylaşaraq "Xoşbəxt həyat yoldaşı, xoşbəxt həyat" şərhini yazıb

14:49 0
.

Şagirdlər evdən gətirilən şirniyyatı yedilər - 14 nəfər zəhərləndi - Yenilənib

Bu gün Sumqayıtda kütləvi zəhərlənmə olub. "Qafqazinfo" xəbər verir ki, şəhərdəki orta məktəblərdən birinin çoxlu sayda şagirdi xəstəxanaya yerləşdirilib. Onların zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə çatdırıldıqları bildirilir. *. Sumqayıt Tibb Mərkəzindən sorğumuza cavab olaraq bildirili

11:31 256
.

"YAP Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"

"Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı deyib. Otuz ildən çoxdur ki, partiyanın iqtidarda olduğun

10:58 129
.

Prezident YAP-ın VIII Qurultayında - Foto

Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayı keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tədbirdə nitq söyləyib

10:00 133
.

Aİ komissarının NATO-nun 5-ci maddəsi ilə bağlı sözləri etiraz doğurdu

NATO diplomatları Avropa İttifaqının müdafiə və kosmos üzrə komissarı Andrius Kubiliusun Rusiyanın Avropadakı silah fabriklərinə mümkün hücumlarına cavab olaraq verdiyi açıqlamalardan narazılıqlarını bildiriblər. xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb. Kubilius bildirib ki, Rusiyanı

10:49 130
.

Diş çöpünün görünməyən təhlükəsi: Dişləri və diş ətlərini necə zədələyir?

Yeməkdən sonra taxta diş çöpündən istifadə etmək bir çox insan üçün adi vərdişdir. Lakin mütəxəssislər bildirirlər ki, bu vərdiş ağız boşluğunda müxtəlif problemlərə səbəb ola bilər. Diş çöpünün iti ucları və taxtadan ayrılan xırda qırıntılar diş ətlərini zədələyərək iltihab və infeksiya riskini artır

12:06 153
.

Britaniyanın Aİ-yə qayıtmasının qiyməti açıqlanıb: ildə 5 milyard funt

Avropa İttifaqına (Aİ) tam şəkildə yenidən qoşulmaq istəyirsə, bu, ölkəyə ildə əlavə 5 milyard funt sterlinq (6,6 milyard dollar) xərc yarada bilər. xəbər verir ki, "Bloomberg" bu rəqəmləri keçmiş Baş nazir Keyr Starmerin administrasiyasında çalışmış Leyborist Partiyasının nümayəndələrinə istinadə

10:39 130
.

Azərbaycan "Avroviziya 2027"də iştirakını təsdiqlədi

Azərbaycan Bolqarıstanın Burqas şəhərində "Avroviziya 2027" musiqi yarışında iştirak edəcək. Teleqraf xəbər verir ki, bu barədə "Song festival Azerbaijan" səhifəsində məlumat verilib. Bildirilib ki, tezliklə təmsilçinin seçim prosesi ilə bağlı İctimai televiziya tərəfindən məluma

01.10.2026 419
.