Rusiya Ukraynada rekord itkilər verir: Ordu geri çəkilir?

Rusiya Ukraynada rekord itkilər verir: Ordu geri çəkilir?Rusiya ordusu 2026-cı ilin sentyabrında ən ağır itkilərindən birini verib. Ukrayna hərbçilərinin məlumatına görə, ay ərzində 46 230 rusiyalı hərbçi öldürülüb və ya yaralanıb.

BiG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, bu göstərici iyundan etibarən Rusiyanın aylıq itkilərinin təxminən 40 min nəfər olması fonunda qeydə alınıb. Sentyabrın 28-də isə Rusiya ordusunun bir sutkada 2 090 hərbçi itirdiyi bildirilib ki, bu da müharibə ərzində ən yüksək gündəlik itki göstəricilərindən biridir.

Ukrayna tərəfi itkilərin 90 faizindən çoxunun FPV dronlarının hücumları nəticəsində baş verdiyini və hər bir itki ilə bağlı video görüntülərə malik olduğunu açıqlayıb.

Buna baxmayaraq, Rusiya Ukraynanın şərqində nəzarət etmədiyi Luqansk və Donetsk ərazilərini ələ keçirməyə çalışır. Ən ağır döyüşlərin də məhz bu istiqamətlərdə getdiyi bildirilir.

Ukraynanın III Ordu Korpusu Liman ətrafında Rusiya qüvvələrinə ciddi itkilər yaşatdığını açıqlayıb. "Vivaldi" əməliyyatının üçüncü mərhələsi çərçivəsində son həftələrdə 176 kvadratkilometr ərazinin geri qaytarıldığı bildirilir.

Ukrayna tərəfinin məlumatına görə, əməliyyat zamanı Rusiya qüvvələrinin ehtiyatları yanlış istiqamətə yönəldilib, daha sonra isə hücum şimaldan həyata keçirilib. Döyüşlərdə partlayıcılarla doldurulmuş məsafədən idarə olunan zirehli texnikadan da istifadə edildiyi qeyd olunur.

Ukrayna həmçinin Rusiya ordusunun cəbhədə sursat və yanacaq təminatının dronlarla pozulduğunu bildirir.

Rusiya isə Ukraynanın ərazi qazancı ilə bağlı məlumatlarını təkzib edib və mövqelərini qoruduğunu göstərən görüntülər yayıb. Bununla belə, açıq mənbələrdən məlumat toplayan Müharibənin Öyrənilməsi İnstitutu (ISW) və DeepState-in xəritələrində Rusiyanın bəzi ərazi iddialarının təsdiqlənmədiyi qeyd olunur.

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 106   Tarix: 02 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

21 şagirdin zəhərlənmə şübhəsi: Məktəbə gətirilən qidalar nə qədər təhlükəsizdir?

"Məktəbdə uşaqların sağlamlığı ilə bağlı ən böyük təhlükələr bəzən heç təhlükəli görünməyən məqamlardan başlayır. Sumqayıt şəhərində 21 şagirdin zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilməsi də bu baxımdan diqqət çəkən hadisədir". Bunu BİG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoc

12:41 149
.

Rusiya Aİİ çərçivəsində sənaye əməkdaşlığını genişləndirmək istəyir

Rusiya Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində sənaye əməkdaşlığının genişlənəcəyini gözləyir. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya Baş naziri Mixail Mişustin Belarus Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirib ki, sənay

14:38 1
.

Azərbaycanda süni intellekt hansı səviyyədədir? - Ekspertdən AÇIQLAMA

"Azərbaycanda süni intellektin (Sİ) inkişafı hazırda həm böyük potensialın, həm də müəyyən boşluqların mövcud olduğu keçid mərhələsindədir. Ümumilikdə vəziyyəti "başlanğıc-orta" səviyyədə, lakin sürətlə inkişaf edən proses kimi qiymətləndirmək olar. Məsələyə bir neçə aspektdən yanaşma

14:05 93
.

Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı

"Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. "Bu siyasət

13:15 173
.

"Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi"

"Yeni Azərbaycan Partiyasının yaradılması, yenə də deyirəm, xalqın tələbi idi". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı deyib ki, Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmas

11:18 123
.

Dünyanın ən dəqiq saatı yaradıldı

Sinqapur Milli Universitetinin Kvant Texnologiyaları Mərkəzinin alimləri lütetium elementindən istifadə etməklə dünyanın ən dəqiq atom saatlarından birini hazırlayıblar. "Qafqazinfo" xəbər verir ki, "Nature" jurnalında dərc olunan araşdırmaya görə, saatın keçid tezliyi 19 onluq yer

01.10.2026 415
.

Azərbaycan "Avroviziya 2027"də iştirakını təsdiqlədi

Azərbaycan Bolqarıstanın Burqas şəhərində "Avroviziya 2027" musiqi yarışında iştirak edəcək. Teleqraf xəbər verir ki, bu barədə "Song festival Azerbaijan" səhifəsində məlumat verilib. Bildirilib ki, tezliklə təmsilçinin seçim prosesi ilə bağlı İctimai televiziya tərəfindən məluma

01.10.2026 419
.

Quzu əti BAHALAŞDI : Qiymətlər niyə yüksəkdir?

Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. Əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbi idxal və daşınma xərclərinin yüksəlməsidir. Satıcılar bildirirlə

11:38 179
.

Prezident YAP-ın VIII Qurultayında - Foto

Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayı keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tədbirdə nitq söyləyib

10:00 133
.