Azərbaycanla Türkiyə arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir
Azərbaycan ilə Türkiyə arasında aqrar sahədə birgə layihələrin reallaşdırılması, aqrar sənaye kompleksinin inkişafı ilə bağlı əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanlar var.
Bu barədə Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva Türkiyədə TSÜAB sədri Yıldıray Gənçər ilə keçirilən görüşdə bildirib.
Assosiasiyadan Trend-ə bildirilib ki, görüş zamanı Azərbaycan və Türkiyə arasında icra edilən müxtəlif layihələr, aqrar sahədə innovasiyaların təşviq və tətbiqi, yeni texnologiyalardan istifadə etməklə məhsuldarlığın yüksəldilməsi, aqrar idarəetmənin təkmilləşdirilməsi və əməkdaşlıq imkanları müzakirə edilib. Tərəflər aqrar sahədə Azərbaycan və Türkiyə birgə əməkdaşlığının daha da genişləndirilməsinin vacib olduğunu vurğulayıblar. TSÜAB sədri Yıldıray Gənçər Azərbaycan Toxumçular Assosiasiyasının fəaliyyətini yüksək qiymətləndirib və Assosiasiyanın ECOSA-ya üzv olduğu bəyan edib. TSÜAB sədri Mədinə Əliyevanı ECOSA-nın İdarə Heyətində görməkdən məmnun olduğunu və quruma üzv olmağı təklif edib. Görüşün sonunda Azərbaycan Toxumçular Assosiasiyası ilə TSÜAB arasında əməkdaşlıq protokolu imzalanıb.
Səfər çərçivəsində Türkiyə Toxumçular Birliyinin sədri Savaş Akçan ilə ikitərəfli görüş keçirilib. Qeyd olunub ki, əsas məqsəd iki ölkə arasında aqrar biznes imkanlarının və yeni layihələrin yaradılmasına nail olmaqdır. Bunun üçün bu sahədə birgə fəaliyyət və layihələrin icrası üçün böyük potensial var.
Həmçinin, Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Bitkiçilik Baş Müdirliyi Dr Mehmet Haşdemir ilə görüş keçirilib. M.Haşdemir yaxın gələcəkdə Assosiasiya ilə birlikdə icra ediləcək layihələr və əldə ediləcək uğurlu nəticələrdən bəhs edib. Görüşün sonunda qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.



BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 868 Tarix: 24 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşLixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi - 5 illik gizli sevgi hekayəsi
Avropanın kiçik dövlətlərindən biri olan Lixtenşteynin şahzadəsi Mariya İmmakulata Gürcüstanın keçmiş kral ailəsinə mənsub Zurab Dzidziguri ilə ailə həyatı qurub. Beş il davam edən münasibətlərini ictimaiyyətdən uzaq saxlayan cütlüyün toyu Avstriyanın paytaxtı Vyanada baş tutub. Qaynarinfo xəbər veri
03.11.2026 481 Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı
Astara rayonunda gəlin qayınanasını döyüb. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şill
10:21 264 Prezidentə təbriklər gəlir - Yenilənir
Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakistan Hökuməti və xalqı adından, həmçinin şəxsən öz adımda
16:30 144 Böyük Qayıdış Qarabağ iqtisadiyyatına necə təsir edəcək?
Qarabağın işğaldan azad edilməsindən sonra həyata keçirilən Böyük Qayıdış prosesi Azərbaycanın sosial-iqtisadi inkişafında mühüm mərhələlərdən biri hesab olunur. Uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların öz yurdlarına qayıtması yalnız demoqrafik baxımdan deyil, həm də bölgənin iqtisadi həyatını
11:52 273 Prezidentdən atmosfer havasının çirklənməsinə qarşı mübarizə ilə bağlı sərəncam
Prezident İlham Əliyev Atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncam atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılması, hava çirklənməsinin insan sağlamlığına və ətraf mühitə mənf
17:50 44 İpoteka kreditləri və girov qoyulmuş əmlakın hüquqi problemləri
İpoteka kreditləri ilə bağlı problemləri bir neçə əsas istiqamətdə qruplaşdırmaq mümkündür. Birincisi, kredit müqavilələrinin və ipoteka müqavilələrinin şərtlərinin borcalan tərəfindən tam başa düşülməməsidir. Təcrübədə vətəndaşlar bəzən yalnız kreditin məbləğinə və aylıq ödənişə diqqət yetirir, laki
12:53 241 "Fənərbaxça" "Liverpul"a qarşı
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turu davam edir. "Qafqazinfo" xəbər verir ki, bu gecə Türkiyə təmsilçisi "Fənərbaxça" İstanbulda "Liverpul"u qəbul edəcək. UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 4-cü tur. 4 noyabr. 21.45. AEK (Yunanıstan) - "Real"
13:01 232 QƏHVƏ 5 DƏQİQƏYƏ STRESİ AZALDIR
Qəhvə qoxusunu 5 dəqiqə ərzində nəfəsə çəkmək stresi azaldır və insana rahatlıq gətirir. Bunun Türkiyə mediasına istinadən bildirib. Araşdırmaya görə, təzə dəmlənmiş qəhvənin ətri narahatlıq, yorğunluq, çaşqınlıq və kədəri aradan qaldırır. Qəhvə ətri insanda qəfil enerji artımı yaratmaqdan daha çox
11:03 245 Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Azərbaycan Dövlət Ehtiyatları Agentliyində yeni təyinatlar olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Sərəncama əsasən, Zaur İlham oğlu Abişev və Zaur Əvəz oğlu Ələkbərov Dövlət Ehtiyatları Agentliyinin sədr müavinləri vəzifələrinə təyi
17:49 62