Sinan Oğan kimdir? - Bakıda müəllim, Türkiyədə prezidentliyə namizəd
Məlum olduğu kimi, Sinan Oğan Türkiyədə keçirilən prezident seçkilərində 5 fazidən artıq səs toplayaraq seçki üçüncüsü olub. Bu, 3 milyona yaxın seçicinin səsini toplamaq deməkdir. Bir neçə ay öncəyə qədər Türkiyə seçicilərinin tam əksəriyyətinin tanımadığı və ya səthi tanıdığı namizəd üçün bu, fenomenal göstəricidir.
Bəs Sinan Oğan kimdir və onun həyat yolu necə olub?
1966-cu ildə Türkiyənin İğdır vilayətində doğulan Sinan Oğan Azərbaycan əsilli Türkiyə siyasətçisidir. O, strateji tədqiqatçıdır. Keçmiş MHP üzvü olub, hazırda Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəridir. 2023-cü ilin may ayında Türkiyədə keçirilən prezident seçkilərində ATA İttifaqının vahid namizədi olub.
Sinan Oğan 1989-cu ildə Mərmərə Universitetini bitirib. 1993–2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində dekan müavini vəzifəsində işləyən Sinan Oğan 2000-ci ildə Türkiyəyə qayıdaraq Avrasiya Strateji Araşdırmalar Mərkəzində Qafqaz istiqaməti üzrə çalışıb.
Sinan Oğan 2011-ci ildə Milliyyətçi Hərəkat Partiyasının İqdır bölgəsindən millət vəkilliyinə 1 nömrəli namizədi olub. MHP-nin S. Oğanı bu bölgədə 1 nömrəli namizəd göstərməsi onun İqdırda yaşayan azərbaycanlıların səslərini qazanacağına əmin olmasından irəli gəlib. Türkiyə-Azərbaycan dərnəyinin rəhbəri Sinan Oğan Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərdə qalib gələrək deputat mandatı qazanıb.
Sinan Oğanın iştirakı ilə Türkiyədə 20 Yanvar, Xocalı soyqırımı, 1918-ci il mart qırğınlarının qurbanlarının xatirəsinə həsr olunan çoxsaylı tədbirlər təşkil olunub. Azərbaycan dövləti və xalqının maraqlarına daha ardıcıl və sistemli şəkildə müdafiə etməsi üçün Türkiyə Azərbaycan Dərnəyi (TAD) diaspor təşkilatını yaradıb.
O, 2023-cü ilin may ayının 14-də Türkiyədə keçirilən prezident seçkilərində ATA İttifaqının vahid namizədi olaraq iştirak edib, namizədlik üçün tələb edilən 100 min imzanı toplayıb, namizədliyi Yüksək Seçki Komissiyası tərəfindən təsdiq edilib.
S.Oğan prezident seçkilərində iştirak edən 4 namizəddən biridir və yuxarıda deyildiyi kimi 3 milyona yaxın seçici səsi alıb.
Türkiyə prezidenti postunun qalibi birinci turda müəyyənləşmədiyi üçün II turda Sinan Oğanın hansı namizədi dəstəkləməsi böyük əhəmiyyət kəsb edir.
O, ard-arda verdiyi açıqlamalarda özünü millətçi və Atatürkçü adlandırıb, seçiminin dövlət və millət mənafeyindən yana olacağını bildirib./azxeber
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1191 Tarix: 22 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Azərbaycan Dövlət Ehtiyatları Agentliyində yeni təyinatlar olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Sərəncama əsasən, Zaur İlham oğlu Abişev və Zaur Əvəz oğlu Ələkbərov Dövlət Ehtiyatları Agentliyinin sədr müavinləri vəzifələrinə təyi
17:49 62 İpoteka kreditləri və girov qoyulmuş əmlakın hüquqi problemləri
İpoteka kreditləri ilə bağlı problemləri bir neçə əsas istiqamətdə qruplaşdırmaq mümkündür. Birincisi, kredit müqavilələrinin və ipoteka müqavilələrinin şərtlərinin borcalan tərəfindən tam başa düşülməməsidir. Təcrübədə vətəndaşlar bəzən yalnız kreditin məbləğinə və aylıq ödənişə diqqət yetirir, laki
12:53 241 Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva bu gün Bakı Ekspo Mərkəzində keçirilən "AIREX 2026" - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi ilə tanış olublar. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbua
16:56 351 Sabah leysan olacaq, qar yağacaq
Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr
14:21 276 Bütün ərazisi 1000 metrdən yüksəklikdə olan yeganə ölkə
Dağ mənzərələri ilə tanınan Lesotoda yüksəklik təkcə gözəllik deyil, həm də gündəlik çətinliklər deməkdir. Sərt relyef insanların məktəblərə, xəstəxanalara, bazarlara və hətta suya çıxışını çətinləşdirir. xarici mediaya istinadla xəbər verir ki, Lesoto bütün ərazisi dəniz səviyyəsindən 100 metrdən yüksəklikd
18:30 1 Vətən müharibəsinin Zəfərindən Şuşa Bəyannaməsinə, Böyük Qayıdışdan Qarabağın dirçəlişinə
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixində dönüş nöqtəsi olmaqla yanaşı, regionun geosiyasi mənzərəsini dəyişdirən mühüm hadisə kimi yadda qaldı. Azərbaycan xalqının uzun illər ərzində qəlbində yaşatdığı torpaq həsrəti, ərazi bütövlüyünün bərpası arzusu və milli ədaləti
17:15 108 Xamenei ABŞ-ı təhdid etdi: "Cavabımız daha geniş ölçüdə olacaq"
ABŞ-ın hücumu təkrarlanacağı təqdirdə, İranın cavabı daha geniş ölçüdə olacaq. xəbər verir ki, bu barədə İranın Ali Rəhbəri Ayətullah Müctəba Xamenei "Dünya imperializmi ilə milli mübarizə günü" ilə bağlı bəyanatında xəbərdarlıq edib. Onun sözlərinə görə, İranın Hörmüz boğazında idarəçiliy
19:00 1 Yamal 20 yaşınadək futbolçular arasında Çempionlar Liqası tarixində ən çox qol vuran oyunçu oldu
"Barselona"nın 19 yaşlı yarımmüdafiəçisi Kilian Mbappenin təxminən on ildir qorunan rekordunu keçib. "Barselona"nın ispaniyalı qanad oyunçusu Lamin Yamal, 20 yaşınadək oyunçuların vurduğu qollar üzrə Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib. 2026/27 mövsümünün dördüncü turund
19:30 1 Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı
Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli
17:07 118