Freddinin 1500 əşyası satışa çıxarılacaq - Fotolar
1991-ci ildə vəfat edən İngiltərənin məşhur "Quenn" qrupunun üzvü Freddi Merkurinin şəxsi əşyaları satışa çıxarılacaq.
Axşam.az xəbər verir ki, ifaçının 1500 şəxsi əşyası, kolleksiyası, o cümlədən mahnı sözlərinin yer aldığı əlyazması və səhnə geyimləri "Sotheby’s" hərrac evi tərəfindən satışa qoyulacaq. Əşyalar mərhumun eks-sevgilisi, sonralar isə ən yaxın dostuna çevrilən Meri Ostin tərəfindən hərraca təqdim olunub. O, kolleksiyanı 30 il ərzində toplamağı bacarıb. Ostin bir neçə şəxsi hədiyyə və birlikdə çəkdiyi fotoşəkillərdən başqa hər şeyi satacaq.
Həmin əşyalar arasında Merkurinin ölümündən bir ay əvvəl aldığı son tablo (hərracda 400-600 min funt-sterlinqə satılacağı guman edilir), qiyməti 300 min funt-sterlinq (636 226 manat) olan "We Are The Champions" mahnısının əlyazması, müğənninin 1986-cı ildə son canlı ifası zamanı səhnəyə çıxarkən taxdığı tac və mantiya, son qastrol səfərində geyindiyi payetli kombinezonlar, parıldayan ayaqqabılar, 1975-ci ildə "Crazy little thing called love" mahnısını bəstələyərkən istifadə etdiyi gitara, çarpayısının yanında saxladığı telefon, sifarişlə hazırlanmış mərmər bar, yaşıl "F" monoqramlı kokteyl salfetləri, kiçik gümüşü bığ darağı, 1991-ci ilin mayında lentə alınmış son klipi - "These days of our life"ın çəkilişlərində geyindiyi jileti (üzərində pişiklərinin portretləri əks olunub) yer alır.
Hərraca çıxarılan əşyalar illərdir Merkurinin 1991-ci ildə ölümündən əvvəl həyatının son illərini keçirdiyi Londondakı evində saxlanılıb. Mülk onun ölümündən sonra vəsiyyəti əsasında bütün əşyaları ilə birlikdə Ostinin adına keçib. O, mirasında "Sən mənim həyat yoldaşım ola bilərdin və onsuzda bütün bunlar sənə qalacaqdı" deyə, bildirib.
Hərracda 6 milyon funt-sterlinqdən çox gəlir əldə ediləcəyi gözlənilir. Əldə ediləcək vəsaitin bir hissəsi xeyriyyə məqsədləri üçün istifadə olunacaq.





BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO
Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı
16.09.2021 4875 "20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO
Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin
16.09.2021 5054 Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu
Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb
17.09.2021 7467 Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR
"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar
17.09.2021 2305 Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR
Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey
18.09.2021 4262 Plastik əməliyyat elətdirən Xəyalədən YENİ FOTOLAR
Aktrisa Xəyalə Quliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Onun paylaşımına çoxsaylı təriflər, bəyəni gəlib. Qeyd edək ki, aktrisa bədənşəkilləndirmə edib, artıq çəkidən xilas olub. O, eyni zamanda buxaq hissəsini də kəsdirib
18.09.2021 5899 İlin ən gözəl qadını seçildi
"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb
17.09.2021 8355 "Bu missiyam da tamamlandı" - Afaq Gəncəli
"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd
16.09.2021 1999 Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı
Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl
16.09.2021 2059