Laçının işğal günü konsert verdi, Ajda Pekkan onunla duet oxumaq istədi - Eyyub Yaqubov haqqında faktlar

Laçının işğal günü konsert verdi, Ajda Pekkan onunla duet oxumaq istədi - Eyyub Yaqubov haqqında faktlarBu gün Xalq artisti Eyyub Yaqubovun doğum günüdür. Kulis.az bu münasibətlə müğənni haqqında maraqlı faktları təqdim edir.

Eyyub Zəkəriyyə oğlu Yaqubov 26 aprel 1965-ci ildə Bakı şəhərinin Bayıl qəsəbəsində anadan olub. İlk təhsilini 49 saylı orta məktəbdə alıb.

Uşaqlıq illərindən musiqiyə böyük marağı olan Eyyub eyni zamanda 3 saylı musiqi məktəbində təhsil alıb. 8 illik orta məktəb təhsilini bitirdikdən sonra, 1980-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano sinfinə daxil olub.

Texnikumda oxumaqla yanaşı o, Əlibaba Məmmədovun rəhbərlik etdiyi "Humayun" xalq instrumental ansamblında pianoçu işləyib. Bu ansamblla Eyyub Yaqubov Azərbaycanın bütün regionlarında keçirilən konsertlərdə iştirak edib.

Hələ 3 saylı musiqi məktəbinin 7-ci sinif şagirdi olarkən Azərbaycan pianoçuları arasında keçirilən müsabiqədə birinci yeri tutub. Əlibaba Məmmədovun ansamblında işləyərək, klassik musiqi ilə yanaşı xalq musiqisini də öyrənib. Dostları və tanışları əhatəsində hərdən mahnılar oxuyub.

Musiqiçi olmaq arzusu ilə yaşayan pianoçu Eyyub bir müddət bu fikirdən uzaqlaşıb. Müğənni müsahibələrinin birində həmin dövrləri belə xatırlayıb:

"Asəf Zeynallı adına musiqi kollecində təhsil aldığım illərdə bir dostum mənə Xalq artisti Əlibaba Məmmədovun "Humayun" ansamblına peşəkar pianoçu axtardığını dedi. Təklif etdi ki, özümü sınayım. Mən getdim, Əlibaba müəllim məni dinlədi, bəyəndi və ansambla qəbul etdi. Açığı, heç vaxt müğənni olmağı düşünməmişdim. Belə bir arzum olmayıb. Özüm üçün zümzümə edirdim. Ancaq dostların əhatəsində oxuyurdum. Mən necə oldu müğənni kimi meydana çıxdım? "Humayun" ansamblında sənət dostlarım səsimin olduğunu bilirdilər. Bir gün Əlibaba müəllimə dedilər ki, Eyyubun yaxşı səsi var. Təkid etdilər ki, oxuyum. Əlibaba müəllimin yanında oxumağa utanırdım. Güc-bəla ilə özümü toplayıb oxudum. Bəyəndi səsimi. Mənim müğənni kimi meydana çıxmağımda Əlibaba müəllimin böyük təsiri olub. O, mənə müəllimliklə yanaşı, həm də atalıq qayğısı göstərib".

Özünün dediyinə görə, o, "blatnoy" mahnılar oxumağa başlayıb. Zamanın tələbləri ilə addımlayaraq, restoranlarda oxumağa başlayıb. Sonradan isə daha ciddi işlər görməyə başlayıb. Ancaq müğənninin fanatları ondan əvvəlki kimi mahnılar istəyiblər:

"Bəli, tamaşaçılarım darıxırlar və hər dəfə məndən şanson xahiş edirlər. Elə kompozisiyalar mənim repertuarımda çoxdur. Amma onlarla yanaşı daha ciddi şeyləri də oxumağa çalışıram".

Eyyub Yaqubov 1992-ci ildən etibarən populyarlıq qazanır. Həmin zamandan bəri 4 audiokaset və 3 kompakt-disk buraxıb. Bunlar 1999-cu ildə çıxmış "Duet Amburan" və "Mister Əlibala", 2000-ci ildə - "Ağabala Çaykovski", 2001-ci ildə - "Ana". Üç məşhur mahnısına - "Ana", "Kor ərəbin mahnısı" və "Mənə dəniz verin" mahnılarına kliplər çəkdirib.

Oxuduğu mahnılar çox sevilsə də, bəzi mahnıları kəskin tənqid olunub. Onlardan biri də "Serıy Popuqay"dır. Dinləyicilər onu erməni mahnısı oxumaqda ittiham ediblər. Yaqubov bu məsələyə belə aydınlıq gətirib:

"Çox yanlış bir fikirdir. Bu mahnını "Madam Papuqay" mahnısı ilə səhv salırlar. "Serıy Papuqay"ı Elçin İmanov bəstələyib. "Madam Papuqay" mahnısının ilk ifaçısı və yaradıcısı olan Boka Bakıda doğulub yaşayan ermənilərdən olub. O da bu mahnıları yazarkən bizim folklorumuzdan bəhrələnib. Həmin mahnılarda Bakı ruhu var. Ona görə heç bu mahnını da erməni mahnısı adlandırmaq günahdır. Biz zamanla sənətimizlə sübut etdik ki, bu mahnılar Azərbaycana məxsusdur. Niyə indi də yaranmır Ermənistanda o janrda mahnılar? Elə bu fakt sübut edir ki, bu musiqi janrı onlara aid deyil".

Müğənninin 2019-cu ildə mayın 17-də İsveçdə konsert verdiyi barədə xəbərlər yayılıb. Müğənninin Laçının işğal günü səhnəyə çıxması Azərbaycanda ciddi etirazla qarşılanıb. Xüsusilə həmin konsertdə İsveçdə yaşayan bəzi azərbaycanlıların da iştirak etməsi hiddət doğurub. Bundan əlavə, səhnədəki videokadrlarda erməni bayrağı da yer alıb. Bu da ciddi sualların yaranmasına səbəb olub. Sonrakı açıqlamada müğənninin işğal günü olmasından xəbərinin olmadığı bildirilib. Müğənni müsahibələrinin birində bu məsələ ilə bağlı bunları deyib:

"Torpaqlarımızın işğal olunması təbii ki, hamımızın böyük dərdidir. Amma mən həmişə deyirəm, biz gərək ümid ilə yaşayaq. Ruhdan düşməyək. Hər gün oturub ağlamaqla torpaqlar geri qayıtmır. Matəm edə-edə, ağlaya-ağlaya biz gücsüz düşürük. Bizi həmişə parçalayıblar. Bu, indinin işi deyil. Ona görə də ayıq və nikbin olmalıyıq".

Tez-tez Mikayıl Müşfiqin poeziyasına müraciət edib. Onun "Küləklər", "Ana", "Yenə o bağ olaydı" kimi şeirlərinə bəstələnmiş mahnıları oxuyaraq Müşfiq poeziyasını milyonlara sevdirib.

Anasını 15 yaşında itirib. Müşfiqin "Ana" şeirinə yazılan mahnını nisgillə oxumasının səbəbi də budur;

"Anamı on beş yaşımda itirmişəm. Bu, insana çox təsir edir. Həsrət insanın içini yandırıb-yaxır. Ananı axtarırsan. Allah özünü ananın vasitəsilə göstərir. Peyğəmbərimiz də buyurub ki, cənnət anaların ayaqları altındadır. Ana sevgisi vicdanı, imanı olanların qəlbində yaşayır".

İsrail konsertində Turanla bağlı dedikləri bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən müsbət qarşılanmayıb. Onlar Yaqubovu millətçilikdə ittiham ediblər:

"Vaxtilə Mikayıl Müşfiq, Hüseyn Cavid, Cəfər Cabbarlı kimi şəxsiyyətlər həqiqət uğrunda, Vətən uğrunda şəhid oldular. Və Turan uğrunda şəhid oldular. Və görürsünüz ki, qələbələr, torpaqlarımız işğaldan azad olundu. Bu, hələ başlanğıcdır. İnşallah, hələ Azərbaycan daha da bütövləşəcək və bütöv bir Turan dövləti qurulacaq. Onların yanında bir dost kimi İsrail, yəhudilər də olacaqlar. Yaşasın Turan, Azərbaycan və İsrail dostluğu, qardaşlığı".

Ajda Pekkan Bakı səfərlərinin birində Eyyub Yaqubova duet təklif edib, ancaq sonradan duet baş tutmayıb. Türkiyəli müğənni söz versə də, sözündən yayınıb:

"O, etiraf etdi ki, günah ondadır. Sənət məsələsi qəlizdir. İşlər çox olur. Mən duet oxumağa hər zaman hazıram. Amma ondan xəbər çıxmadı. Nə etmək olar? Ajda "Kim bilir", "Unutdum artıq", "Alışdım" mahnılarını birlikdə oxumağımızı istəyirdi. Amma duetimiz alınmadı çünki işlər çoxdur".

1992-ci ildə ailə qurub, Zakir adlı bir oğlu var. Oğlu müsahibəsində müğənninin ailəsi barədə gəzən şayiələrə belə aydınlıq gətirib:

"Anam atamın yanında olmasaydı, düşünürəm ki, atam bugünkü qədər uğurlu bir insan olmazdı. Belə bir deyim var: Baş kişidirsə, boyun isə qadındır. Anam bütün hallarda atama dəstəkdir. Atamın həyat yoldaşının ayrılıb başqa ölkədə yaşaması isə əsassız şayiələrdir. Atam və anamın bir-birinə bəslədiyi sevgi və hörməti bizi tanıyan hər kəs təsdiqləyə bilər".

Laçının işğal günü konsert verdi, Ajda Pekkan onunla duet oxumaq istədi - Eyyub Yaqubov haqqında faktlarLaçının işğal günü konsert verdi, Ajda Pekkan onunla duet oxumaq istədi - Eyyub Yaqubov haqqında faktlarLaçının işğal günü konsert verdi, Ajda Pekkan onunla duet oxumaq istədi - Eyyub Yaqubov haqqında faktlarLaçının işğal günü konsert verdi, Ajda Pekkan onunla duet oxumaq istədi - Eyyub Yaqubov haqqında faktlarLaçının işğal günü konsert verdi, Ajda Pekkan onunla duet oxumaq istədi - Eyyub Yaqubov haqqında faktlarLaçının işğal günü konsert verdi, Ajda Pekkan onunla duet oxumaq istədi - Eyyub Yaqubov haqqında faktlarLaçının işğal günü konsert verdi, Ajda Pekkan onunla duet oxumaq istədi - Eyyub Yaqubov haqqında faktlar


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1373   Tarix: 26 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aygün Kazımovanın qızı İlqarə dəyişib TANINMAZ HALA DÜŞDÜ - FOTO

Xalq artisti Aygün Kazımovanın ifaçı qızı İlqarə Kazımovanın xarici görünüşü hər kəsi təəcübləndirib. xəbər verir ki, sosial mediada İlqarənin yeni görüntüləri marağa səbəb olub. Şəkildən görünür ki, Kazımova həddindən artıq çəki atıb. Sözü gedən fotonu təqdim edirik:

20.09.2026 397
.

Röyanın illər əvvəl atası ilə təsirli dialoqu KÖVRƏLTDİ - VİDEO

Xalq artisti Röya Ayxanın illər əvvəl lentə alınan arxiv görüntüsü sosial şəbəkələrdə yenidən gündəmə gəlib. xəbər verir ki, videoda müğənninin "Maşın şou"nun efirində atasının doğum gününü təbrik etdiyi görünür. Röya Ayxanın atasına ünvanladığı duyğusal sözlər izləyicilərin diqqətini çəkib

19.09.2026 301
.

CeyLoya bənzərliyi ilə gündəm oldu - Fotolar

ABŞ-nin Minnesota ştatında oğurluq ittihamı ilə saxlanılan 35 yaşlı Sirena Enn Kuastın polis tərəfindən çəkilmiş fotosu sosial mediada böyük marağa səbəb olub. Səbəb isə onun məşhur müğənni və aktrisa Cennifer Lopezi xatırlatmasıdır. "Qafqazinfo"nun xəbərinə görə, hadisə Montiçello şəhərind

18.09.2026 464
.

"Kızılcık şerbeti"nin aktrisası xəyanət iddialarını təsdiqlədi - Foto

Türkiyəli aktrisa Seray Kaya sosial media paylaşımı ilə gündəm olub. Axşam.az xəbər verir ki, aktrisa İdris Aybirdi ilə fotosunu yayımlayaraq sevgili olduqlarını açıqlayıb. O, bununla "Survivor" yarışması ilə tanınan Sahra Işıkın keçmiş həyat yoldaşı İdrisin ona "Kızılcık Şerbeti"

20.09.2026 427
.

Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi

Aktrisa Zarina Qurbanova uşaqlıq arzusunu gerçəkləşdirib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "Xəzər axşamı" verilişində danışıb. O, uşaqlıqdan müəllim olmaq istədiyini və arzularının ardınca getdiyini bildirib:. "Mən uşaqlıq arzularımı reallaşdıran bir fərdəm. Uşaqlıqda arzum va

26.09.2026 305
.

3 il aradan sonra seriala çəkilir

Türkiyəli aktyor Tolqahan Sayışman uzun aradan sonra kamera qarşısına keçəcək. Axşam.az xəbər verir ki, aktyor "Ölüm bizi ayırana dek" serialında baş rolu ifa edəcək. O, "Uygar Soykan" adlı inşaat mühəndisinə həyat verəcək. Ekran işi 10 bölümdən ibarət olacaq. Qeyd edək ki, Tolqaha

19.09.2026 273
.

"Ayrılıb öz ayağı üstə duran qadın qınanır"

"Yeni nəsil tam fərqli böyüyür. Amma düzgün azadlığı qəbul edib həyat qursunlar. Sosial mediadakı azadlıqdan faydalanmasınlar. Daxili seçim azadlığından faydalansalar, yaxşı olar. Mənim də layihələrim bunlardan irəli gəlir". Axşam.az xəbər verir ki, aktrisa Sevinc Əliyeva "Arxa plan"

19.09.2026 294
.

Məşhur aparıcı bu addımı da atdı - Elə bir iş gördü ki... - FOTO

Məşhur aparıcı Esra Erol bu dəfə biznes təşəbbüsü ilə diqqət çəkib. xəbər verir ki, televiziya karyerası ilə yanaşı, geyim sektoruna da addım atan aparıcı yeni mağaza açıb. Esra Erolun yeni biznesini təbrik edən yaxın rəfiqəsi, aktrisa Bergüzar Korel ona xoş arzularını çatdırıb. Erolun mağaza açmas

27.09.2026 458
.

Uzun illərdən sonra efirə qayıdır

Aparıcı Ceyran Rəhimova uzun fasilədən sonra efirə qayıdır. "Qafqazinfo" xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Aparıcı çəkiliş meydançasından fotosunu paylaşaraq "Tezliklə" yazıb. Axşam.az-ın məlumatına görə, C.Rəhimova yeni mövsümdə Space TV-də efir

23.09.2026 451
.