Orxanın konsert biletləri tükəndi, ikinci gün əlavə etdi

Orxanın konsert biletləri tükəndi, ikinci gün əlavə etdiReper Orxan Zeynallının 14 maya planlaşdırılan konsertinin bütün biletləri tükənib.

BiG.AZ xəbər verir ki, sənətçi bu barədə sosial media hesabında yazıb. O, çoxsaylı istəkləri nəzərə alaraq konsertinə ikinci gün də əlavə edib.

"Karyeramın heç bir dönəmində böyük vədlər verməmişəm. İstər 200 nəfərlik, istərsə də, 6000-lik konsertlərimdən öncə sakitcə işimizə köklənib hazırlaşmışıq. Zənnimcə, sənətdə 2 fərqli tip olur: danışan və iş görən. Çox nadir hallarda bu iki cəhət eyni adamda ras gəlinir. 6 ay sonra yenidən konsert etməkdə bir neçə məqsəd var idi ki, vaxtı çatanda hər kəsə məlum olacaq. 14 may biletləri 5 günə bitdiyi üçün 15 may da konsert etmək qərarına gəldik. Bu tarixlər üçün nə hazırladığımızı özümüz yaxşı bilirik və əminik ki, ora ayaq basan hər kəs ilk saniyədən bizlə eyni dalğada olacaq. Var olun!".

Qeyd edək ki, konsert Elektra Events Hallda keçiriləcək.

Onu da bildirək ki, Orxan ötən ilin noyabrında da ikigünlük konsert vermişdi.
Orxanın konsert biletləri tükəndi, ikinci gün əlavə etdi


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 880   Tarix: 20 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İş qrafiki ayrılığa səbəb oldu

Məşhur aktyor və komediya ustası Pit Devidson model sevgilisi Elsi Hyuittlə münasibətlərini sonlandırıb. Axşam.az xəbər verir ki, cütlük qızları dünyaya gəldikdən bir neçə ay sonra ayrılıblar. Onların ayrılığına səbəb aktyorun gərgin iş qrafiki olub. Qeyd edək ki, cütlük ötən ildən eşq yaşayırdı

17.05.2026 160
.

Qızına ev hədiyyə etdi

Əməkdar artist Mətanət İsgəndərli qızı Ülkərə ev bağışlayıb. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Evdəkilərə salam" verilişində deyib. O bildirib əvvəllər yaşadığı evi qızına hədiyyə edib:. "İkinci övladı dünyaya gələndən sonra çətinlik çəkdi. Gəlib qışda Bakıda qalır. Həyat yoldaş

11.05.2026 568
.

"Komedixana" bu obrazla rekord qırdı - "Bığlı gözəl" KİMDİR? - FOTO

Aktrisa Gülzar Əşrəfovanın yaratdığı son rol tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. "Komedixana"nın son buraxılışlarının birində Qacarlar sarayında "bığlı gözəl" kimi tanınan Anis Əl Dolehin obrazının canlandırılıb. Qeyd olunan hissə sosial şəbəkələrdə böyük məşhurluq tapı

09.05.2026 605
.

"Şerlok Holms"un dostu "Vatson" vəfat edib

Məşhur "Şerlok Holmsun macəraları" serialında "Doktor Vatson" rolu ilə tanınan britaniyalı aktyor Devid Byork 92 yaşında vəfat edib. -ın xəbərinə görə, bu barədə "The Sun" nəşri aktyorun agentinə istinadən məlumat verib. Aktyorun ölüm səbəbi onun nümayəndələri tərəfində

16.05.2026 167
.

"Müalicə effekt vermir" - Elcana nə olub?

Aktyor Elcan Rəsulovun səhhətində problem yaranıb. Axşam.az xəbər verir ki, bununla bağlı o, sosial şəbəkədə məlumat yayıb. "Bu nə virus, nə xəstəlikdirsə, mənim üçün də yenilikdir. Ənənəvi müalicə üsullarımız effekt vermir. Üzrlü sayın, danışa bilmirəm deyə heç kimə cavab vermirəm. "Sənə n

16.05.2026 334
.

Aygün Kazımovanın ŞOK EDƏN GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO

Xalq artisti Aygün Kazımovanın illər əvvələ aid arxiv görüntüləri yayılıb. Sosial şəbəkələrdə paylaşılan video izləyicilərin marağına səbəb olub. Kadrlarda pop divanın 2002-ci ildə yayımlanan "Ay ev yiyəsi" verilişində çəkilən anları yer alır. Görüntülərdə müğənninin Şəki Xan Sarayı Karvansaras

17.05.2026 444
.

Sürücülərə ŞAD XƏBƏR - Cərimə balları ilə bağlı dəyişiklik təklifi

Qanunvericiliyə görə, yol hərəkəti qaydalarını pozan sürücü cərimə olunur və ona bəzi hallarda cərimə balı yazılır. Cərimə balı 20-ni keçdikdən sonra sürücünün sürücülük hüququ müvəqqəti olaraq məhdudlaşdırılır. Amma burada bir məsələ var ki, məsələn, dayanma-durma qaydalarının pozulmasına görə 60 mana

09.05.2026 260
.

Mələkxanımın qızından övladı ilə bağlı qadağa - "Pul üçün..."

Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin Nəcəfova ilk dəfə övladı ilə bağlı diqqətçəkən açıqlamalar verib. Bloger ana olmağın həyatında tamamilə yeni və xüsusi bir mərhələ açdığını bildirib. O, analıq hissinin təsvirolunmaz duyğular yaşatdığını və övladı ilə keçirdiyi hər anın onun üçü

17.05.2026 225
.

Onlar da boşandı

Türkiyəli aktyorlar Erkan Kolçak Köstendil və Cansu Tosun 8 illik evliliklərini rəsmi qaydada sonlandırıblar. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, şou aləminin nümunəvi cütlüklərindən hesab olunan və 2018-ci ildə böyük sevgi ilə ailə quran aktyorlar ötən bazar ertəsi məhkəmə qarşısın

17.05.2026 187
.

TOP MP3