Bədəni rahatlandıran üsul - AROMATERAPİYA haqqında bilmədikləriniz - VİDEO
Aromaterapiya son zamanlar ölkəmizdə də geniş yayılan müalicə üsuludur. Efir yağlarından istifadə olunaraq edilən bu müalicənin üstünlükləri olduğu qədər, əks təsirləri də var.
BiG.AZ xəbər verir ki, həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu bu barədə danışıb.
O, qeyd edib ki, bəzi şəxslərə bu üsulla müalicə ümumiyyətlə tövsiyə edilmir:
"Depressiya, həyəcan, vaxtaşırı baş ağrıları, özünə qapanma, əhval-ruhiyyənin itməsi zamanı belə, efir yağları ilə aromaterapiyadan istifadə olunur. Lakin hamiləlik dövründə toksikoz olduğu halda, həmçinin 2 yaşınadək uşaqlarda və xüsusi ilə allergiyası yüksək olan, dəri həssaslığı, ekzeması olan insanlarda yerli istifadə məhdudlaşdırılmalı, yaxud ümumiyyətlə istifadə olunmamalıdır".
Həkim əlavə edib ki, aromaterapiya yuxu pozğunluğu zamanı da effektivdir. Yuxu rejimini normallaşdırmaq, yuxunu dərinləşdirmək, beyni rahatlaşdırmaq, baş ağrılarını aradan qaldırmaq üçün gün ərzində, bir dəfə də olsa, hər ələ 3-4 damçı lavanda yağı töküb, gicgah və alın nahiyəsinə 3-4 dəqiqə yavaş-yavaş edilən masajla yeridilir.
Səpgilər zamanı isə dəri tam yuyub təmizləndikdən sonra üzərinə zərif qatla limon və kəklikotu yağları çəkilir.
Aromaterapiyanın tətbiq sahələrindən biri də fizioterapiyadır. Paralel müalicə zamanı müxtəlif masajların edilməsi gərginliyi aradan qaldırır.
Natəvan Baxşiyeva
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1415 Tarix: 22 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAğrısız müalicə üsulu: Fizioterapiya hansı xəstəliklərdə effektivdir? - VİDEO
"Baku Med" verilişinin budəfəki buraxılışında fizioterapiya haqqında müzakirələr aparılıb. Fizioterapiyanın əsas məqsədi nədir?. Fizioterapiya hansı ağrılarda daha effektivdir?. Boyun ağrılarında fizioterapiyanın rolu nədir?. Fizioterapiya diz ağrılarında faydalıdırmı?. Elektroterapiya hans
13.06.2026 270 Dietoloqdan çiyələk xəbərdarlığı: Bu qədər yemək kifayətdir
Meyvələrin tərkibində şəkər olduğuna dair narahatlıqlara baxmayaraq, onlar sağlam qidalanmanın vacib hissəsi olaraq qalır. xarici mediaya istinadən xəbər verir ki, dietoloq Paulina Pilarska-Abramçikin sözlərinə görə, meyvələr təkcə təbii şəkər deyil, həm də orqanizm üçün vacib olan lif, vitaminlər v
21.06.2026 191 Alimlərdən sensasiyalı kəşf: Faydasız hesab edilən orqan xərçəng riskini ikiqat azaldırmış
Timus vəzisi uzun illər yalnız uşaqlar üçün vacib olan orqan hesab edilirdi. Hətta onun böyüklər üçün appendiks kimi funksiyasız olduğu düşünülürdü. xəbər verir ki, bu barədə AİF.ru məlumat yayıb. Məlumatda bildirilir ki, Harvard Universitetinin alimlərinin apardıqları araşdırma timus vəzisi ilə bağl
21.06.2026 357 Çiyələk bu hallarda ölümcül ola bilər - Xəbərdarlıq
Mövsümün ən sevilən yay meyvələrindən biri hesab edilən çiyələk hər kəs üçün təhlükəsiz olmaya bilər. Dietoloqlar xəbərdarlıq edir ki, bəzi insanlarda çiyələk allergik reaksiyalar, nəfəsalma problemləri və hətta qida zəhərlənməsinə bənzər simptomlar yarada bilər. BİG.AZ xəbər verir ki, dietoloq və Resp
26.05.2026 453 Hansı daha xeyirlidir, yemiş, yoxsa qarpız? - İki meyvənin müqayisəsi
Yay mövsümünün ən məşhur giləmeyvələrindən olan qarpız və yemiş həm susuzluğu yatırması, həm də orqanizmi nəmləndirməsi ilə seçilir. Mütəxəssislər bu iki meyvənin faydalarını müqayisə edərək hansı hallarda hansına üstünlük verilməsinin daha məqsədəuyğun olduğunu izah ediblər. xarici mediaya istinadl
07.06.2026 444 Alimlərdən yeni kəşf: Ağ saçlar xərçəngdən qoruyur
Yaponiyanın Tokio Universitetinin alimləri saçların ağarması ilə bağlı maraqlı araşdırma aparıblar. xəbər verir ki, tədqiqatın nəticələrinə görə, saçın ağarması təkcə yaşlanmanın əlaməti deyil, həm də orqanizmin təhlükəli genetik dəyişikliklərə qarşı müdafiə mexanizmi ola bilər. Araşdırmada bildirili
20.06.2026 227 Öd kisəsində daşlar niyə yaranır? - Əsas əlamətlər və səbəblər - VİDEO
"Baku Med" verilişinin yeni buraxılışında öd yolları xəstəlikləri haqqında müzakirə aparılıb. Öd kisəsində daşlar necə əmələ gəlir? Öddaşı xəstəliyində hansı hallarda əməliyyat qaçılmaz olur? Öd polipləri və öddaşının əlamətləri eynidir? Bütün poliplərdə əməliyyat zəruridir? Artıq çəki öd xəstəliklər
06.06.2026 289 Hər gün ananas yeyənlər XƏSTƏLİK ÜZÜ GÖRMÜR: İltihabın kökünü kəsən tropik möcüzə
Son illərin ən populyar tropik meyvələrindən biri olan ananas zəngin tərkibi ilə insanı xəstəliklərdən qorumağa kömək edir. Mütəxəssislərin tez-tez tövsiyə etdiyi bu meyvəni qida rasionuna əlavə edənlər sağlamlıqlarına böyük dəstək olurlar. Bəs bədəndəki iltihabı qurutmağa qadir olan ananasın sirlər
21.06.2026 278 Püstə çox faydalıdır
Bir çox vitamin və mineralı özündə birləşdirən püstə yaşlanmanı gecikdirir. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, təbii proses olan qocalma ətraf mühit amillərinin təsirindən tez başlaya bilər. Bunun qarşısını almaq üçün bir çox təbii qidalar mövcuddur. Püstə də onlardan biridir. A, B qrupu
20.06.2026 186