Yeməklə bağlı bu 8 VƏRDİŞ çəkimizi artırır
Heç bir insan eybsiz və nöqsansız deyildir. Heç kim iddia edə bilməz ki, gün ərzində düzgün qida rasionuna tam kamil əməl edir.
Mühüm budur ki, biz öz yanlış adətlərimizi tanımış olaq. Sonra da bu adətlərdən uzaq olmağa çalışaq. Bu adətlərin bir çoxunun pis aqibəti vardır. Əgər yanlış yemək adətləri ilə tanış olsaq, onları aradan qaldıra bilərik.
1. Yediyiniz yeməyə diqqət etmirik.
Deyerler.org bildirir ki, insan yeməyini sakit bir şəraitdə yeməlidir və diqqəti də yediyi yeməkdə olmalıdır. Yemək yeyən zaman əlinizi işdən çəkin. Yemək yeyən zaman telefonla danışmayın. Əgər yemək yeyən zaman televizora baxmağı sevirsinizsə, o zaman nə yediyinizə diqqət edə bilməyəksiniz. Belə olan halda normadan da artıq yemək yeməli olacaqsınız. Əlinizdə yediyiniz biskviti belə boşqaba qoyub, onu aramla yeyin. Oturub yesəniz və ondan ləzzət alsanız, sizin üçün daha faydalı olar.
2. Səhər yeməyini təxirə salmayın.
O insanlar ki, işə gecikir, səhər yeməyini rahatlıqla təxirə salmağı bacarırlar. Halbuki, bir neçə dəqiqə tez durub səhər yeməyini yemək olardı. Ancaq onu bilmək lazımdır ki, insan səhər yeməyini təxirə salarsa, naharı çox yeyəcəkdir. Aparılan təqiqatlar göstərir ki, insan əgər ideal çəkidə olmaq istəyirsə, səhər yeməyini təxirə salmamalıdır.
3. Hövsələsiz olanda soyuducuya tərəf getmək.
Soyuducunun sorağına getməzdən əvvəl özünüzə sual verin ki, həqiqətən acmısınız, yoxsa yox? İdman etmək və ya məqalə oxumaq bu boş vaxtı dəyərli keçirməyin əlverişli yollarındandır.
4. Başqalarının boşqabında olanı da yeyirsiniz.
Analar çox vaxtı bu işi görürlər. Uşaqların boşqabda qalan yeməyini özləri yeyirlər. Onu bilin ki, bu yolla gün ərzində 100-lərlə kalori əlavə qəbul edirsiniz. Uşaqlara yedikləri qədər yemək çəkin.
5. Daha böyük boşqabdan istifadə edirsiniz.
Məsələn, çips, dondurma və bunun kimi şeylər sifariş edən zaman ən böyüklərini sifariş edirsiniz. Onlar evdəki adi boşqablardan ölçü etibari ilə böyük olurlar. Onu bilin ki, qarşısınıza hər nə qədər çox yemək qoyulsa, siz də onu yeməyə çalışacaqsınız. Ona görə də ehtiyacınız olan qədər sifariş edin.
6. Şam yemirsiniz və ya ancaq salatla kifayətlənirsiniz.
Həmişə enerjili olmaq üçün gündə yediyiniz üç vədə yeməkdən imtina etməyin. Əgər naharı yaxşı yeməsəniz, şamı çox yeyəcəksiniz. Əgər salat sevirsinizsə, elə salatlar yeyin ki, proteini çox olsun. Çünki protein insana uzunmüddətli toxluq hissini verir.
7. Özünüzü sevdiyiniz yeməklərdən məhrum edirsiniz.
Əgər sağlam olmaq istəyirsinizsə, mötədil olun. Əgər şokoladı və ya çipsi sevirsinizsə, nə özünüzü ondan məhrum edin və nə də hər gün elə şeylər yeyin. Yaxşı olar ki, bəzi vaxtlar bu cür şeylərdən yeyəsiniz, amma davamlı olaraq yox. Şokolad yeyən zaman qara şokolada daha çox yer verin. Əgər bir gün desertdə pendirli keyk yeyirsinizsə, sabahısı gün meyvəli yeyin. Çalışın ki, seçiminiz müxtəlif olsun.
8. Duzu yeməklərinizin üzərinə boşaldırsınız.
Duzlu qidalar iştahanı artırır və insan daha çox yemək yeyir. Həmçinin bunu da bilmək lazımdır ki, duzu həddən artıq çox istifadə etmək qan təzyiqini yuxarı qaldırır. Ürək və beyin infaktlarına gətirib çıxardır. Duzu ətirli ədəvalarla əvəz etməyə çalışın.
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1451 Tarix: 19 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma
Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı
18.10.2026 913 3 kiçik vərdiş ömrü 9 il uzada bilər
Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin
14.10.2026 851 Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?
Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərinin inkişafına təsir göstərə bilər. Bu xəstəlik zamanı tər vəzilərinin olmamas
11.10.2026 878 Yumurta qan şəkərinə necə təsir edir?
Yumurta balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər və diabetli insanlar üçün də uyğun məhsullardan sayılır. Tərkibində karbohidratın az olması səbəbindən yumurta qan şəkərinin səviyyəsinə çox cüzi təsir göstərir və yeməkdən sonra qlükozanın kəskin yüksəlməsinə səbəb olmur. Bir iri yumurtanı
17.10.2026 801 Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı
"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazad
11.10.2026 792 Valideynlərin rotavirus narahatlığı: Uşaqlar əsasən harada və necə yoluxurlar?
Son günlər uşaqlar arasında rotavirus infeksiyası ilə bağlı narahatlıqlar artır. xəbər verir ki, bu barədə sosial şəbəkədə müzakirələr aparılıb. Valideynlər övladlarında qusma, ishal və yüksək hərarətlə müşayiət olunan bu virus xüsusilə azyaşlı uşaqlar üçün ciddi təhlükə yaradacağından narahatlıqların
01.11.2026 642 Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir
Müntəzəm yuxu çatışmazlığı ürək-damar sisteminə, maddələr mübadiləsinə, beyin fəaliyyətinə və immun sisteminə mənfi təsir göstərə bilər. xəbər verir ki, bunu rusiyalı nevroloq Anna Suşa -ya açıqlamasında bildirib. Onun sözlərinə görə, yetkin insanların gündə 7-9 saat yatması tövsiyə olunur. "Davaml
30.10.2026 763 Qara çayın sağlamlıq üçün 6 faydalı xüsusiyyəti: Kimlər mütləq içməlidir?
Qara çay o qədər gündəlik içkiyə çevrilib ki, onun xüsusiyyətləri barədə çox vaxt düşünmürük. Adətən bu içkini yalnız xoş dadına görə qəbul edirik. Lakin qara çay sağlamlıq üçün əhəmiyyətli faydalar verə bilər. Qidalanma mütəxəssisləri onu çox sevməyən insanlara belə rasionlarına daxil etməyi tövsiy
08.10.2026 844 Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvənd "Keytruda" dərmanı ilə birlikdə tətbiq olunub. Araşdırmanın nəticələrin
24.10.2026 765