Nazirlik uşaqlarda ən çox yayılan stomatoloji xəstəliyi açıqlayıb

Nazirlik uşaqlarda ən çox yayılan stomatoloji xəstəliyi açıqlayıb"Uşaqlarda ən çox yayılan stomatoloji xəstəlik diş-çənə anomaliyalarıdır (ortodontik xəstəliklər)".

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, stomatoloq İlqar Qacarov deyib.

Onun sözlərinə görə, xəstəliyin səbəbləri müxtəlifdir - genetik səbəb (valideynlərdən irsən keçir), uşaq ana bətnində olarkən hamiləliyin riskli keçməsi, süd dişlərinin vaxtından əvvəl çəkilməsi, zərərli vərdişlər, düzgün qidalanmama.

İlqar Qacarov uşaqlar arasında kariyes xəstəliyinin də geniş yayıldığını diqqətə çatdırıb: "Mütləq kariyesləri vaxtında müalicə etmək lazımdır. Əgər uşaqlarda kariyes müalicə olunmazsa, gələcəkdə ürək-damar xəstəliklərinə gətirib çıxara bilər".

Mütəxəssis qeyd edib ki, uşaqların dişləri 6-7 aylığından təmizlənməyə başlanılmalıdır: "Fırça ilə təmizləmək məsləhət görülmür. Uşaqların dişlərini barmağa keçən xüsusi rezin vasitə ilə və ya suya batırılmış pambıqla təmizləmək lazımdır. 2-2.5 yaşından başlayaraq dişləri valideyn nəzarətində fırça ilə təmizləmək məsləhət görülür. 3 yaşından başlayaraq uşaqlar dişlərini özləri fırçalamağı öyrənməlidir. Onlara diş fırçalamağı sevdirmək üçün valideynlər də uşaqlarla birlikdə eyni vaxtda dişlərini yumalıdırlar. Uşaqlarda diş minası yumşaqdır. Buna görə dişlərdə çürümə daha tez olur. Çürüklərin simptomları - ağ və qəhvəyi ləkələr, diş ətində qızarıqlıq və şişkinlik, dişdə oyuqlardır".

İlqar Qacarov əlavə edib ki, diş çürümələri bakteriya üzündən, karbohidrat tərkibli yeməklərdən istifadədə ortaya çıxır: "Bu tip yeməklərə süd, konfet, şirniyyatlar, meyvə suları, çörək aiddir. Normalda ağızda yaşayan bakteriyalar karbohidratları parçalayıb turşu halına gətirir. Bununla da ağızda turşu, bakteriya və tüpürcək birləşərək diş ərpləri əmələ gətirir. Bu da gələcəkdə dişlərin çürüməsinə gətirib çıxarır. Dişlər yaxşı yuyulmadıqda və diş iplərindən istifadə edilmədikdə çürüməyə səbəb olur.

Bundan başqa, qida qəbulu pozuntuları, bulemiya (nevrozla bağlı iştahanın artması), anoreksiya (nevroza bağlı iştahanın azalması) da dişlərin erkən çürüməsinə şərait yaradır. Bunun qarşısını almaq üçün uşaqların dişləri çıxan kimi gündə 2 dəfə dişləri, diş ətlərini və dilin üzərini təmizləmək lazımdır".

Ekspert süd dişlərinin vaxtından əvvəl çəkilməsi və tökülməsinin gələcəkdə hansı fəsadlara səbəb ola biləcəyinə də aydınlıq gətirib. O bildirib ki, uşaqlarda süd dişlərində kariyes yarandıqda mütləq müalicə olunmalıdır: "Kariyes yarandıqda və müalicə olunmadıqda nəticədə iltihab yaranır ki, bu da dişlərin vaxtından əvvəl çəkilməsinə səbəb olur. Dişlərin vaxtından əvvəl tökülməsinin başqa səbəbi isə diş travmaları, əmzikdən çox istifadə, ana südü ilə qidalanmama, barmaq əmmə və s. aiddir. Süd dişləri daimi dişlər çıxana qədər onlar üçün yer hazırlayır. Süd dişlərində yaranan problemlər uşaqların inkişafına və böyüməsinə təsir göstərir. Əsasən qabaq dişlər vaxtından əvvəl çəkildikdə nitq pozulur və estetik cəhətdən də yaxşı görünmür, bu da uşaqlarda ciddi psixoloji problemlərin yaranmasına səbəb olur. Əgər diş vaxtından əvvəl çəkilərsə, digər dişlər sürüşərək çəkilən dişin yerinə oturur. Uşaqlar dişlərinə, ağız içində yumşaq toxumalarına qalıcı və ya keçici olaraq zədələr verirlər. Bunlar da pis vərdişlərdir. Pis vərdişlərə barmaq, dodaq və dil əmmə, dili ilə diş arasındakı boşluğu doldurması, əmzik, dişləri bir-birinə qıcama, dırnaq yemə və s. aiddir. Bundan əlavə pis vərdişlər dişlərdə aşınma, çatlama, diş köklərinin əriməsi, diş ətlərində çəkilmələr, üst çənədə dişlərin bir-birindən aralanması, üst çənə dişlərin dodaqlara tərəf əyilməsi, dişlərin damaqda qalmasına da (ağız boşluğuna çıxmaması) səbəb olur".

Mütəxəssis valideynlərə uşaqların ağız və diş sağlamlığı ilə bağlı bir sıra tövsiyələr verib. Qeyd edib ki, valideynlərin üzərinə böyük məsuliyyət düşür: "Uşaqlara gündə 2 dəfə dişləri fırçalamağı öyrətmək, konfet, şokoladdan istifadəni azaltmağın səbəbini izah etmək vacibdir. Gecə uşaqlar süd içdikdən sonra ağız mütləq yaxalanmalıdır, çünki süd gecədən səhərə qədər ağızda qaldıqda dişlərin tez çürüməsinə səbəb olur. Axşam yemək saatları tezləşdirilməli və yeməkdən sonra dişlər mütləq fırçalanmalıdır. Bundan başqa, uşaqların 6 aydan bir həkim-stomatoloq müayinəsindən keçməsi lazımdır".


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1212   Tarix: 21 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Həkimlər qadınlara xəbərdarlıq etdilər: 30 yaşdan sonra...

30-40 yaşlı qadınlarda ovarial rezerv (yumurtalıq ehtiyatı) və süd vəzilərinin sağlamlığı yoxlanmalı, eləcə də onlar uşaqlıq boynu xərçənginə görə müayinədən keçməlidirlər. -ın xəbərinə görə, bu barədə rusiyalı həkimlər "Birinci kanal"da yayımlanan "Yaşamaq gözəldir!" adlı verilişd

06.09.2026 309
.

Yumşaq oyuncaqlar uşaqlar üçün gizli təhlükə yarada bilər - Həkimdən xəbərdarlıq

"Yumşaq oyuncaqlar uşaqların sağlamlığı üçün müəyyən təhlükələr yarada bilər". Ölkə.az xəbər verir ki, bu barədə rusiyalı immunoloq-həkim Vladimir Bolibok deyib. Onun sözlərinə görə, bu riskləri dörd əsas qrupa bölmək olar: kimyəvi, mikrobioloji, allergik və fiziki təhlükələr. Ekspert iza

03.09.2026 332
.

Peyvəndlər və antibiotiklərlə bağlı: Hansı hallarda zəruridir? - VİDEO

"Baku Med" verilişinin yeni buraxılışında uşaq sağlamlığı barədə müzakirə aparılıb. Peyvəndlər uşaqlar üçün niyə vacibdir?. Valideynlər niyə peyvəndlərdən imtina edir?. Antibiotiklər hansı hallarda zəruridir?. Uşaqlara sağlam qidalanma necə aşılanmalıdır?. Uşaqları mövsümi viruslardan nec

05.09.2026 294
.

Payızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq

Havaların soyuması və temperaturun tez-tez dəyişməsi bəzi insanlarda oynaq ağrılarının daha qabarıq hiss olunmasına səbəb ola bilər. Xüsusilə artrit, artroz və digər dayaq-hərəkət sistemi problemləri olan şəxslər payız aylarında ağrı, sərtlik və hərəkət məhdudiyyətindən daha çox şikayət edə bilərlər

21.09.2026 306
.

Alimlər: Zövq üçün mütaliə istənilən yaşda beyni qoruyur

Kembric Universitetinin alimləri müəyyən ediblər ki, zövq üçün mütaliə beynin fəaliyyətini yaxşılaşdırır və demensiyanın inkişaf riskini azaldır. Qaynarinfo xəbər verir ki, "Psychological Medicine" jurnalında dərc olunan icmalda tədqiqatçılar kitabların hər yaşda insanlara stressin öhdəsində

16.09.2026 299
.

Səhər və axşam yeməyinin vaxtı ömür uzunluğuna necə təsir edir?

İnsanın nə yediyi ilə yanaşı, qidanı hansı saatda qəbul etməsi də əhəmiyyətli ola bilər. Yeni araşdırma yemək vaxtının ömür uzunluğu ilə əlaqəli ola biləcəyini göstərib. Qaynarinfo xəbər verir ki, "European Journal of Clinical Nutrition" jurnalında dərc olunan araşdırmaya 40 yaşdan yuxarı 3

07.09.2026 393
.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. BİG.AZ -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionist Yelizaveta Polomoşnova -ya bu təhlükənin nə dərəcədə cidd

20.09.2026 311
.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qeyd olunur ki, öskürəyin müddəti ilə yanaşı, nə vaxt yarandığı, necə keçdiyi və hans

20.09.2026 321
.

Təzyiqi aşağı salan 5 əsas qida - Açıqlandı

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. "Qafqazinfo" xəbər verilir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağı salan 5 əsas qidanın adı açıqlanıb:. "Üzüm, qaragilə, qırmızı soğan, böyürtkə

15.09.2026 401
.