Təmiz bal xarlayır? – İZAHI

Təmiz bal xarlayır? – İZAHIBalın orqanizmə nə qədər faydalı olduğunu hamımız bilirik. Bu təbii qidanın faydaları saymaqla bitməz.

Amma əlbəttə, söhbət təmiz baldan gedir. Bəs təmiz balı necə tanımalı? Çoxları xarlamış balın təmiz olmadığını zənn edir. Bu, həqiqətən belədirmi? Saglamolun.az bu suala aydınlıq gətirməyə çalışacaq.

Bal tez və ya gec (götürüldüyü çiçəkdən və saxlanma şəraitindən asılı olaraq) qatılaşıb xarlayır. Balın xarlaması (kristallaşması) təbii prosesdir və balın keyfiyyətinə mənfi təsir göstərmir. Cökə, yonca, akasiya, pambıq, günəbaxan balı tez (götürüldükdən 6 ay müddətində), qaratikan, biyan, zeytun, tütün və s. balı isə gec xarlayır (bəzən hətta bir ildən gec). İsti şəraitdə saxlanan bal gec, soyuqda saxlanan isə tez xarlayır.

Nektarın (şirə) toplanması dövründə pətəkdə tənbəl və ilk görüşdə işsiz gözə çarpan şişkin qarınlı arılara təsadüf edilir. Vaxtaşırı onların xortumlarının ucunda kiçik maye damcısı görünür və yenidən yox olur. Onlar həmin zaman ən mühüm işlə məşğul olan cavan arılardır. Onların kimyəvi laboratoriya vəzifəsini görən çinədanlarında fermentlərin təsiri ilə saxarozanın qlükozaya və fruktozaya parçalanma prosesi gedir. Balın tərkibində qlükoza çox olduqda xarlama tezləşir. Buna misal olaraq, günəbaxan və qarabaşaqdan alınan balı göstərmək olar. Fruktoza çox olduqda isə (ağ akasiyadan alınan balda) xarlama ləng gedir. Balın təbii olub olmadığını bilməyin çox asan yolu var. Əslində təbii və keyfiyyətli bal xarlayır. "Xarlayan bal saxtadır" fikri yanlışdır. Xarlamış bal haqqında yanlış məlumatlar yayılır. Çox insan balın donmasını onun saxta olması ilə əlaqələndirir. Bu, düzgün qənaət deyil. Azərbaycanda demək olar bütün bal növləri tez, ya gec kristallaşır. Həm dağ bölgəsində əldə olunan bal, həm də Aran zonasının balı xarlaya bilər. Balın xarlaması onun təbiiliyini sübut edən bir haldır. Xarlamış balla bağlı səhv fikirlər süzmə bal istehsalçılarına bazarda problem yaradır. Bunu bilmək vacibdir ki, təbii və çox keyfiyyətli bal hətta süzmə prosesindən az müddət sonra kristallaşa bilər. Kristallaşan bal rahatlıqla qəbul edilməlidir. Bazara "təbii bal" deyə çıxarılan bəzi məhsullarla alıcılar aldadılır. Balın keyfiyyətini dadaraq, yaxud qoxulamaqla bilmək mümkün deyil. Bal xarlayanda onun kimyəvi tərkibi əsla dəyişmir. Bu hal, balın sadəcə görünüşünün dəyişməsinə səbəb olur. Təbii bal zamanla, yaxud saxlama şəraitindən asılı olaraq donur. Soyuq yerdə, ya da soyuducuda saxlanması balın xarlamasını sürətləndirir.

- Balın xarlaması tam təbii haldır

- Xarlanma balın təmizliyinə zəmanətdir

- Xarlanma fruktoza və saxarozanın miqdarından asılıdır. Tərkibində qlükoza üstünlük təşkil eləyən bal növləri tez, fruktoza çoxluq təşkil eləyən bal çeşidləri gec xarlayır. Təbii balın xarlaması şəkərdən alınan balın xarlamasından fərqlənir.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 3757   Tarix: 10 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ucuz Telefon satışı elanları Tezbazar.Az-da

Ucuz telefon satışı elanları ilə maraqlananlar üçün yaxşı fürsət! Müxtəlif markaların ucuz telefonları bir arada!. Daha hansısa mağazaya getməyinizə ehtiyac yoxdur! Seçiminizi onlayn qaydada da həyata keçirə bilərsiniz. -a daxil olsanız, maddi imkanınıza uyğun, satışa çıxarılan telefonlarla da qarşılaşacaqsınız

08.10.2026 197
.

Toyda bəyin sevinci diqqət çəkdi - VİDEO

Sosial şəbəkələrdə toylardan birində lentə alınan maraqlı görüntülər yayılıb. xəbər verir ki, kadrlarda sevdiyi xanımla ailə quran bəyin sevinc dolu anları əks olunub. Gəlinlə birlikdə rəqs edən bəyin hərəkətləri və yüksək əhval-ruhiyyəsi diqqətdən yayınmayıb. Sevincini gizlədə bilməyən bəyin hərəkətlər

03.10.2026 311
.

Cam balkon üçün düzgün montaj niyə vacibdir?

Cam balkon sistemlərinin uzunömürlü işləməsində istifadə olunan profil, şüşənin keyfiyyəti və düzgün montaj mühüm rol oynayır. Keyfiyyətli material belə səhv quraşdırıldıqda açılıb-bağlanma problemləri, su sızması, külək keçirməsi və mexanizm nasazlıqları yarana bilər. Buna görə də cam balkon modellər

05.10.2026 175
.

Qız övladı atanın ömrünü uzadır - Alimlər sübut etdi

Alimlərin apardığı maraqlı araşdırmalardan biri qız övladları ilə ataların uzunömürlülüyü arasında əlaqə olduğunu göstərib. BİG.AZ -a istinadən xəbər verir ki, atanın hər bir qız övladı onun ömrünün orta hesabla 74 həftə daha uzun olması ilə əlaqələndirilib. Bu, təxminən 1 il 5 ay deməkdir. Maraqlıdı

04.10.2026 248
.

Pulsuz internet rahatlıqdır, yoxsa məlumatlar üçün risk? - Video

Bakının müxtəlif yerlərində - restoranlarda, hotellərdə və digər obyektlərdə pulsuz və ya şifrəsiz "Wi-Fi" şəbəkələrinə rast gəlmək mümkündür. Lakin bir neçə saniyə ərzində qoşulduğumuz belə şəbəkələrdən ehtiyatsız istifadə şəxsi və maliyyə məlumatlarımız üçün təhlükə yarada bilər. xəbər veri

04.10.2026 231
.

Tezbazar.Az - Hobbi və asudə, istirahət və əyləncə elanları

ın Hobbi və Asudə bölməsi hər kəs üçündür! Çünki hobbisi olmayan insan yoxdur. Hobbi asudə vaxtlarında etdiyin və ondan zövq aldığın məşğuliyyət deməkdir. Hobbilər müxtəlifdir: kimisi səyahət etməyi xoşlayır, kimisi velosiped sürməyi, kimisə kitab oxumağı, kimisi isə ova və ya balıq tutmağa getməyi

01.10.2026 1333
.

Yataq dəstlərini yumşaldan sadə üsul

Yataq dəstlərinin yuyulduqdan sonra daha yumşaq və təravətli olması üçün mütəxəssis paltaryuyan maşının barabanına mətbəxdə olan sadə vasitələrdən birini əlavə etməyi məsləhət görür. bu üsulu təqdim edir:. Zaman keçdikcə yataq dəstləri sərtləşə, əvvəlki təravətini itirə və xoşagəlməz qoxuları özünə çək

04.10.2026 301
.

Ailənin 20-ci övladı idi, yeriyə bilmirdi - Dünyanın ən sürətli qadının HƏYATI

Dünyanın ən sürətli qadınlarından biri kimi tarixə düşən Vilma Rudolfun həyatı adi idman uğuru hekayəsindən çox fərqlənir. O, 20 yaşında üç Olimpiya qızılı qazanaraq adını idman tarixinə yazdırıb. Halbuki uşaqlığında keçirdiyi poliomielit səbəbindən uzun müddət ayağında xüsusi aparatla yaşamaq məcburiyyətind

04.10.2026 376
.

Turlar.AZ - Türkiyə turları

Pulsuz elanlar saytı olan -da Türkiyənin saysız-hesabsız turları təklif olunur. Bunlar arasında ən məşhurları İstanbul turları, Bodrum turları, Marmaris turları, Kuşadası turları və Antalya tur paketləridir. Xarici turlar arasında endirimli turlara da rast gəlmək mümkündür. Odur ki, tələsin! İlin istənilə

10.10.2026 546
.