"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
Ağdamda həyat yoldaşını baltalamaqda təqsirləndirilən Ceyhun Salahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə C.Salahov 9 il azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə rayonun Mahrızlı kəndində baş verib. Kənd sakini, 1977-ci il təvəllüdlü Ceyhun Salahov həyat yoldaşı Gülzəndə Abbas qızı Salahovanı balta ilə öldürməyə cəhd edib. O, həyat yoldaşına ağır xəsarətlər yetirib.
Hadisəni törətməkdə təqsirləndirilən C.Salahov bir neçə dəfə məhkumluq həyatı yaşayıb. O, narkotik aludəçisi olub və sonuncu cəza müddəti ötən ilin mart ayında başa çatıb. O, sonuncu dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilibmiş.
C.Salahov cəzaçəkmə müəssisəsindən gələndən sonra mütəmadi olaraq ailədə mübahisə yaradırmış. Heç bir yerdə işləməyən C.Salahov həyat yoldaşı və qayınanasından tez-tez pul alıb, narkotik və içki alırmış. Buna görə də mütəmadi olaraq evdə mübahisə yaranırmış.
C.Salahovun oğlu Tural Salahov Xankəndi şəhərində tikinti şirkətində çalışırmış və hadisədən bir gün əvvəl evlərinə qayıdıb. Hadisə baş verəndə isə Tural evdə olmayıb. Hadisə günün səhər saatlarında Gülzəndə işə gedərkən Ceyhun ondan pul istəyib. Qadın pulunun olmadığını bildirib və ər-arvad arasında mübahisə yaranıb. Mübahisə zamanı Ceyhun onu qısqandığını bildirib və "işə getsən, səni öldürəcəyəm" deyib. Gülzəndə isə ona "səndə o kişilik yoxdur" deyib. Bu sözdən əsəbiləşən Ceyhun evin zirzəmisində olan baltanı götürərək qadına hücum edib. O, qadına baş və bədəninin müxtəlif nahiyələrindən xəsarətlər yetirib. Qadının öldüyünü ehtimal edən C.Salahov hadisə yerindən uzaqlaşaraq Ağdam Rayon Polis şöbəsinə gedərək, "arvadımı öldürmüşəm" deyib təslim olub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 129 Tarix: 11 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO
Mal ətinin qiymətindəki artım bazarlarda kənd toyuğuna marağı artırıb. Tələbatın yüksəlməsi isə öz növbəsində qiymətlərə təsir göstərib. BİG.AZ"Xəzər" TV-yə istinadən xəbər verir ki, paytaxtla yanaşı, bölgələrdə də kənd toyuğunun qiymətində təxminən 2-5 manat arasında artım müşahidə olunur
00:23 305 "İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
Ağdamda həyat yoldaşını baltalamaqda təqsirləndirilən Ceyhun Salahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. -ın əldə etdiyi məlumata görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə C.Salahov 9 il azadlıqdan məhrum edilib. İttihama görə, hadisə rayonun Mahrızlı kəndind
11:22 110 Almaniya ABŞ-nin dizel qərarına baxmayaraq, Rusiyaya qarşı yeni sanksiyalardan imtina etməyəcək
Almaniya yanacaq qıtlığını azaltmaq məqsədilə Moskva və Vaşinqtonun dizel yanacağının dünya bazarlarına tədarükü barədə razılaşmasına baxmayaraq, Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsinə çalışmaqda davam edəcək. "Report" AFP-yə istinadən xəbər verir ki, bu barədə Almaniy
10.10.2026 233 Laçın sakini Ağcabədidə niyə boğulub ölüb? - Səbəb
Ağcabədidə balıq tutmağa gedən Laçın sakini göldə boğularaq həyatını itirib. BİG.AZ "Unikal"a istinadla xəbər verir ki, hadisə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən göldə baş verib. Belə ki, Laçın rayonunun Fingə kənd sakini 1974-cü il təvəllüdlü Rafiq Əliyev balıq tutarkən sud
10:45 111 "Çelsi" futbolçusu Koul Palmerlə müqavilənin müddətini uzadıb
İngiltərənin "Çelsi" klubu yarımmüdafiəçi Koul Palmerlə müqavilənin müddətinin uzadıldığını elan edib. "Report" London təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçunun müqaviləsinin müddəti 2034-cü il iyun ayının sonuna qədər nəzərdə tutulub. K.Palmer 2023-c
10.10.2026 211 İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Ölkəmizdə kənd təsərrüfatı heyvanlarının kəsilməsi üçün minimum çəki və yaş hədləri müəyyənləşdirilir. EDnews xəbər verir ki, bununla bağlı qanun layihəsi artıq parlamentə təqdim edilib. Və bu günlərdə "Aqrar sahə haqqında" qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsində dinləmə formatınd
10.10.2026 254 Cozef Aun Trampın Livanla birbaşa uçuşlara qoyulan məhdudiyyəti ləğv etmək qərarını alqışlayır
Livan Prezidenti Cozef Aun amerikalı həmkarı Donald Trampın iki ölkə arasında təxminən 40 il qüvvədə olan birbaşa aviareyslərə qoyulmuş məhdudiyyəti ləğv etmək qərarını alqışlayıb. "Report" xəbər verir ki, bu barədə Livan prezidentinin mətbuat xidməti "X" sosial şəbəkəsində məluma
10.10.2026 180 ABŞ-də atışma: Evdə beş nəfərin meyiti tapıldı
ABŞ-nin Corciya ştatının Duqlas şəhərində yerləşən yaşayış evlərinin birində baş verən atışma nəticəsində beş nəfər həyatını itirib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli polisdən məlumat verilib. Məlumata görə, gecə saatlarında polisə atəş səsləri barədə məlumat daxi
10.10.2026 235 Azərbaycan kürü istehsalını son 5 ildə 36 dəfə artırıb
2025-ci ildə Azərbaycanda 3,6 ton nərə kürüsü istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 2,3 ton və ya 2,8 dəfə, 2020-ci ilin göstərici ilə müqayisədə isə 3,7 ton və ya 36 dəfə çoxdur. Hesabat dövründ
11:15 96