Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73, Azərbaycanda 77 ili ötüb

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73, Azərbaycanda 77 ili ötübQlobal olaraq orta ömür uzunluğu son illərdə dünyada 73 ili, Azərbaycanda isə 2025-ci ilin sonuna 77-ni ötüb.

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev Nazirliyin və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun təşkilatçılığı ilə Dünya Ağciyər Sağlamlıq Gününə həsr olunan beynəlxalq elmi praktiki konfransda deyib.

"Son illərin tibbi-bioloji mənzərəsinə nəzər salsaq, qeyri-yoluxucu xəstəliklərin üstünlük təşkil etdiyini görürük. Həmçinin, onunla yanaşı digər bir tibbi tendensiyanın da şahidi oluruq. Belə ki, ortalama ömür uzunluğu son illərdə ortalama dünya səviyyəsində 73 ili, Azərbaycanda isə bu göstərici 2025-ci ilin sonuna 77 ili ötüb. Bununla yanaşı, biz düşünməliyik ki, qazandığımız qalan ömür illərini nə dərəcədə sağlam yaşamışıq", - bildirilib.

O qeyd edib ki, 2023-cü ilin statistikasına görə, dünyada ümumi ölümlərin təqribən 74%-i qeyri-yoluxucu xəstəliklərin payına düşür:

"Yəni hər dörd ölümdən üçü qeyri-infeksion xəstəliklərin payına düşür. Ölkəmizdə də qeyri-infeksion xəstəliklərin payı artmaqdadır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 755   Tarix: 11 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hər gün çips yeyənlərə XƏBƏRDARLIQ

Kartof çipsləri sağlamlıq üçün düşünüldüyündən daha ciddi risklər yarada bilər. Bu məşhur qəlyanaltı yüksək duz və yağ tərkibi ilə yanaşı, diş çürüməsi riskini artıra və potensial kanserogen təsiri araşdırılan akrilamid adlı maddənin mənbəyi ola bilər. xəbər verir ki, dietoloqlar çipslərin tez-tez istehlakını

24.11.2026 331
.

"Anarın həmin ad günündə iştirakından xəbərdar idik" - Ailədən açıqlama

Ötən gün Lökbatandakı qəzada həlak olan sərnişin, ARB TV-nin keçmiş aparıcısı Ada Süleyman və sürücü Anar Kərimovun şəxsi həyatları barədə sosial şəbəkələrdə dezinformasiyalar yayılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Anar Kərimovun həyat yoldaşının qardaşı Toğrul İsmayıl -a açıqlam

24.11.2026 755
.

İlham Əliyev Maka Boçorişvilini qəbul etdi - Foto

Prezident İlham Əliyev bu gün Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvilini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qonaq Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin və Baş nazir İrakli Kobaxidzenin salamlarını Prezident İlham Əliyevə çatdırıb. Dövlət başçısı salamlar

24.11.2026 344
.

Kəlbəcərin dirçəlişi: tarixi torpaqlarda yeni inkişaf mərhələsi və Böyük Qayıdışın strateji hədəfləri

Kəlbəcərin yenidən qurulması Azərbaycanın müasir tarixində dövlətçilik iradəsinin, milli həmrəyliyin və iqtisadi inkişaf strategiyasının ən mühüm təzahürlərindən biridir. Uzun illər işğalın ağır nəticələrini yaşamış bu qədim diyar bu gün yeni inkişaf mərhələsinə qədəm qoyub. Dağıdılmış yaşayış məntəqələrini

14:31 95
.

Kəlbəcər Günü - Tarixi yaddaşımızın, milli iradəmizin və Böyük Qayıdışın təntənəsi

Kəlbəcər Azərbaycanın tarixində özünəməxsus yeri, zəngin mədəni irsi, əsrarəngiz təbiəti və strateji əhəmiyyəti ilə seçilən qədim yurd yerlərimizdən biridir. Kəlbəcər Günü yalnız bir rayonun azadlığının və tarixi ədalətin bərpasının qeyd olunması deyil, həm də xalqımızın torpağa bağlılığının, milli birliyinin

12:04 161
.

Taksi bazarında bahalaşma: Nəticə ilə deyil, səbəblərlə mübarizə aparılmalıdır

Bakıda son günlər taksi qiymətlərində müşahidə olunan kəskin artımı yalnız tıxac, yanacaq və digər xərclərlə izah etmək düzgün deyil. Bunlar artıq nəticələrdir. Biz çox vaxt, həmişəki kimi, nəticələr üzərində müzakirələr aparırıq, lakin həmin nəticələri yaradan səbəbləri kifayət qədər araşdırmırıq. İqtisadiyyatd

15:17 17
.

Baş nazir sərxoş olduğu üçün G7 sammitinə qatılmadı

Yaponiyanın Baş naziri Sanae Takaiçinin spirtli içkinin təsiri altında olduğu üçün G7 sammitinə qatılmadığı iddia edilib. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Yaponiyanın "Shukan Gendai" jurnalı hakim Liberal Demokrat Partiyasının nümayəndələrinə istinadən məlumat yayıb. İddiay

24.11.2026 341
.

ABŞ "Nvidia" şirkətindən səhm payı ala bilər

ABŞ hökuməti texnologiya şirkəti "Nvidia"da pay sahibi ola bilər. ABŞ Prezidenti Donald Tramp bu ehtimalı irəli sürüb. xəbər verir ki, bu barədə "New York Post" qəzeti məlumat yayıb. Tramp "Nvidia"nın süni intellekt (Sİ) sahəsindəki texnoloji inkişaflarının ABŞ üçün əhəmiyyətin

11:02 167
.

Universitet bufetlərində bahalıq - Tələbələrin hesabına qazanc

Son zamanlar universitet bufetlərində satılan qidaların qiyməti və keyfiyyəti tələbələr arasında ciddi narazılığa səbəb olur. Sosial şəbəkələrdə bununla bağlı çoxsaylı videolar paylaşılır, tələbələr qarşılaşdıqları problemləri ictimailəşdirirlər. Onlar bildirirlər ki, bəzi universitetlərin bufetlərind

24.11.2026 407
.