Hamı eyni formada, diqqət isə təhsildə - Vahid məktəbli geyiminin əhəmiyyəti
"Məktəblərdə vahid geyim formalarının tətbiqi yalnız geyim məsələsi deyil, həm də təhsil müəssisələrində sosial bərabərliyin, vahid məktəb mühitinin və ümumi davranış mədəniyyətinin formalaşdırılması baxımından əhəmiyyətlidir".
Bu sözləri BiG.AZ-a açıqlamasında elm və təhsil eksperti Rizvan Fikrətoğlu bildirib. O qeyd edib ki, məktəbin əsas məqsədi şagirdlərə keyfiyyətli bilik vermək, onların dünyagörüşünü genişləndirmək, elmi düşüncəsini inkişaf etdirmək, həmçinin müxtəlif fikirlərə hörmətlə yanaşmağı öyrətməkdir:
"Bu baxımdan vahid məktəbli forması təhsil mühitində müəyyən nizam-intizamın qurulmasına xidmət edir. Digər tərəfdən, vahid geyim formasının sosial bərabərliyə təsiri də nəzərə alınmalıdır. Şagirdlər müxtəlif sosial və iqtisadi imkanlara malik ailələrdə böyüyürlər. Geyim fərqlərinin ön plana çıxması bəzən uşaqlar arasında müqayisələrə, sosial təzyiqə və hətta ayrı-seçkiliyə səbəb ola bilər. Vahid forma bu fərqlərin məktəb mühitində vizual olaraq qabardılmasını müəyyən qədər azaldır və diqqətin geyimdən daha çox təhsilə yönəlməsinə bir növ kömək edir.
Lakin burada mühüm bir məqam var: vahid geyim formasının tətbiqi özlüyündə dünyəviliyin təmin edilməsi demək deyil. Dünyəvi təhsilin mahiyyəti məktəbin hər hansı dini baxışını təsir altına almadan ibarət deyil; yəni elmi biliklərin əsas götürülməsi, bütün şagirdlərə bərabər münasibətin göstərilməsi və fərqli inanclara hörmətin qorunması dünyəvilik prinsipidir".
Ekspertin sözlərinə görə, dünyəvi dinə qarşı olmaq deyil, əksinə, dünyəvi təhsil sistemi fərqli dini inanclara sahib olan və yaxud da heç bir dini inancı olmayan insanların eyni təhsil mühitində bərabər hüquqlarla iştirakını nəzərdə tutur:
"Buna görə də məktəbli forması ilə bağlı qaydalar dünyəviliyin qorunması adı altında hər hansı dini qruplara ayrı-seçkiliyə çevrilməməlidir. Məncə, burada əsas məsələ şagirdlərin hamısına eyni tələblərin qoyulması ilə yanaşı, həm də tələblərin ədalətli və əsaslandırılmış şəkildə tətbiq edilməsidir. Məktəbdə geyim qaydalarına riayət olunması vacibdir, lakin bu qaydalar şagirdin ləyaqətini, hüquqlarını və təhsil almaq imkanlarını məhdudlaşdırmamalıdır.
Məktəbdə dini məsələlər müzakirə, təzyiq və şagirdlər arasında qarşıdurma predmeti olmamalıdır. Heç bir şagird dini inanclarına görə alçaldılmamalıdır, lağa qoyulmamalıdır və yaxud da digər şagirdlərdən fərqli münasibətlə üzləşməməlidir. Eyni zamanda, heç bir şagirdə müəyyən dini baxışı qəbul etdirmək və yaxud da dini simvolu nümayiş etdirmək istiqamətində təzyiq də göstərilməməlidir".
Aynur Babazadə
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 128 Tarix: 10 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏziz Əlibəyli: Orta məktəblərə sosial ədalət tətbiq edilir
Dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılır. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, monitorinqlər zamanı Nazirlər Kabinetinin müvafiq qərarı ilə təhsilalanlar üçün müəyyən edilmiş vahid məktəbli forması tələblərinin
09.10.2026 352 Ay əslində kimə məxsusdur? Qanunlar nə deyir, reallıq necədir?
Dünyada Ayın tədqiqi və onun resurslarından istifadə üçün kifayət qədər maliyyə imkanlarına və texnologiyalara malik olan cəmi bir neçə ölkə var. xarici mediaya istinadən xəbər verir ki, 1967-ci ildə kosmik sahədə aparıcı dövlətlər Kosmos haqqında müqavilə imzalayıblar. Sonradan 100-dən çox ölkənin qoşulduğ
09.10.2026 268 Peskov: Putin və Tramp arasında telefon danışığı olacaq
Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp arasında yaxın vaxtlarda telefon danışığının baş tutacağı gözlənilir. "Report" xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. "Tezliklə", - Peskov iki prezidentin danışığını
09.10.2026 267 Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
"Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında" Sərəncamda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan il
11:00 240 Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək
Müğənni Vəfa Şərifovanın qardaşı Rəşad Şərifovun Afət Fərmanqızıya qarşı olan mülki iddiası ilə bağlı məhkəmə prosesi yekunlaşıb. "Unikal"a istinadən xəbər verir ki, Tovuz Rayon Məhkəməsində keçirilən prosesdə Rəşad Şərifovun müğənni Afət Fərmanqızıya qarşı barəsində yayılmış məlumatların təkzi
09.10.2026 439 Dinin hakim olduğu ölkələrdə yaşananları görmürükmü? - Rəşad Məcid
"Səmimi hicab tərəfdarlarının bəzən məsumluqla müxtəlif dəlillər gətirməsi mümkündür". xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Rəşad Məcid sosial şəbəkə hesabındakı paylaşımında bildirib . "Hicaba qadağa yoxdur axı! Ancaq orta məktəblərə aid olan vahid geyim tərzi qərarını
09.10.2026 477 Qarabaşaq yarmasını tez-tez yemək üçün 5 mühüm SƏBƏB
Qarabaşaq sıyığı uzun illərdir bir çox insanın gündəlik qidalanmasının ayrılmaz hissəsinə çevrilib. Lakin bu məhsulun qida dəyəri yalnız toxluq hissi yaratması ilə məhdudlaşmır. xarici mediaya istinadən qarabaşaq yeməyin 5 faydalı xüsusiyyətini təqdim edir. 1. Qarabaşaq orqanizmi qida lifləri ilə təmi
09.10.2026 309 Rusiyanın cavab zərbələri: Ritter Kiyevin strategiyasını şərh etdi
Rusiyanı hava zərbələri ilə qorxutmaq cəhdləri Moskvanın "əlcəklərini çıxarması" və logistika, eləcə də enerji obyektlərinə zərbələr endirməsi ilə nəticələndi. xəbər verir ki, bu barədə ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyat analitiki Skott Ritter TASS-a bildirib. Onun sözlərinə görə
10:34 178 Təhsildə dünyəvilik və dini inanclara hörmət arasında tarazlıq qorunmalıdır
Müasir cəmiyyətdə təhsil yalnız bilik və bacarıqların formalaşdırılması ilə məhdudlaşmır. Məktəb eyni zamanda uşaqların dünyagörüşünün, sosial davranışlarının və vətəndaşlıq mövqeyinin formalaşdığı mühüm ictimai mühitdir. Buna görə də təhsil sistemində dünyəvilik prinsipinin qorunması, şagirdlər arasınd
09.10.2026 220