Ailənin 20-ci övladı idi, yeriyə bilmirdi - Dünyanın ən sürətli qadının HƏYATI
Dünyanın ən sürətli qadınlarından biri kimi tarixə düşən Vilma Rudolfun həyatı adi idman uğuru hekayəsindən çox fərqlənir. O, 20 yaşında üç Olimpiya qızılı qazanaraq adını idman tarixinə yazdırıb. Halbuki uşaqlığında keçirdiyi poliomielit səbəbindən uzun müddət ayağında xüsusi aparatla yaşamaq məcburiyyətində qalıb.
Lent.az xəbər verir ki, Vilma Rudolf 1940-cı il iyunun 23-də ABŞ-ın Tennessi ştatında anadan olub. O, 22 uşaqlı ailənin 20-ci övladı idi. Maddi imkanları məhdud olan böyük ailədə böyüməklə yanaşı, uşaqlıq illərində sətəlcəm, skarlatina və poliomielit kimi ağır xəstəliklərlə də mübarizə aparıb.
Poliomielit xüsusilə onun sol ayağına ciddi təsir göstərib. Rudolf illərlə yerimək üçün xüsusi dəstək vasitəsindən istifadə edib. Həmin dövrdə ABŞ-da irqi ayrı-seçkiliyin geniş yayılması da onun müalicəyə çıxışını çətinləşdirib.
"World Athletics"in məlumatına görə, Rudolf müalicə üçün anası ilə birlikdə mütəmadi şəkildə Neşvill şəhərinə gedib-gəlməli olub. Bu səfərlərin ümumi məsafəsi təxminən 161 kilometr təşkil edib. Ailəsinin dəstəyi və uzunmüddətli reabilitasiyadan sonra o, yenidən sərbəst yeriməyə başlayıb.
Sağlamlığını bərpa etdikdən sonra Rudolf idmana böyük maraq göstərib. 11 yaşında basketbol oynamağa başlayıb. Qısa müddətdə onun atletika üzrə istedadı diqqət çəkib və Tennessi Dövlət Universitetinin məşhur məşqçisi Ed Templ onunla işləməyə başlayıb.
Vilma Rudolf cəmi 16 yaşında 1956-cı il Melburn Olimpiadasında iştirak edib. O, ABŞ-ın 4x100 metr estafet komandası ilə bürünc medal qazanıb. Dörd il sonra isə Roma Olimpiadasına dünyanın ən güclü sprinterlərindən biri kimi yollanıb.
Romada üç qızıl medal
1960-cı il Roma Olimpiadası Rudolfun karyerasının zirvəsi olub. O, 100 metr məsafəyə yarımfinal qaçışında 11,3 saniyə nəticə göstərərək dünya rekordunu təkrarlayıb. Finalda isə 11,0 saniyə nəticə ilə qızıl medal qazanıb.
Lakin həmin nəticə dünya rekordu kimi qeydə alınmayıb. Buna səbəb arxadan əsən küləyin sürətinin saniyədə 2,8 metr olması olub.
Rudolf Romada 200 metr məsafəyə qaçışda da qızıl medal əldə edib. Daha sonra ABŞ-ın 4x100 metr estafet komandasında yarışıb. Komanda seçmə mərhələsində dünya rekordu müəyyənləşdirib, finalda isə qızıl medal qazanıb.
Beləliklə, Vilma Rudolf bir Olimpiadada atletika üzrə üç qızıl medal qazanan ilk amerikalı qadın kimi tarixə düşüb.
Uğurunu irqi ayrı-seçkiliyə qarşı mübarizəyə çevirdi
Rudolfun böyük uğurla Romadan qayıtdığı dövrdə ABŞ-da ağdərililər və qaradərililər arasında ciddi ayrı-seçkilik mövcud idi.
Doğma Klarksvill şəhərində onun şərəfinə böyük tədbir təşkil olunması planlaşdırılanda Rudolf bir şərt irəli sürüb. O bildirib ki, tədbirə yalnız qaradərililərlə ağdərililər birlikdə qatıla biləcəyi halda gələcək.
Onun bu tələbi qəbul olunub və tədbir şəhərdə qaradərililərlə ağdərililərin birlikdə iştirak etdiyi mühüm mərasimlərdən birinə çevrilib.
1960-cı il Roma Olimpiadasından sonra bütün dünyada "dünyanın ən sürətli qadını" kimi tanınan Vilma Rudolf təkcə idman nailiyyətləri ilə deyil, sosial bərabərlik istiqamətində göstərdiyi mövqeyi ilə də tarixdə iz qoyub.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 94 Tarix: 04 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÜz dərisini ağardan unikal vasitə
Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində
13.09.2021 741 Ayaq qoxusuna son
Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi
10.09.2021 1505 Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?
Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin
16.09.2021 1627 Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA
MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur
14.09.2021 364 Peyvənd olunana pulsuz dönər təklifi
Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin
16.09.2021 1185 Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı
Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi
12.09.2021 3724 Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO
Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib
14.09.2021 2001 Bakıda dördəm doğulub - VİDEO
Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları
15.09.2021 942 Bu şəxslərə soğan yemək olmaz
Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey
12.09.2021 2801