Azərbaycanın paralimpiya çempionu: "Yarışa buraxılmadığıma görə narazı deyiləm"
"Heç bir narazılığım yoxdur, çünki yarışa buraxılmayan tək mən deyiləm".
Bunu "Report"a açıqlamasında Türkiyənin Antalya şəhərində keçirilən gözdən əlillərin Qran-prisinə ("2022 IBSA Judo Grand Prix") buraxılmayan Azərbaycan paracüdoçusu Dürsədəf Kərimova deyib.
70 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı gözündə makro distrofiya olduğunu bildirib: "Bu paralimpiya yarışlarında birbaşa iştirak hüququ verən və çox ciddi xəstəlikdir. Bütün sənədlərim qaydasında idi, sadəcə, məndən fizioloji test istədilər. Bu isə sənədlərimin içərisində yox idi. Hər şeyin qaydasında olduğunu, yalnız testin mütləq gərəkliyini bildirdilər. Bu səbəbdən məni növbəti tibbi təsnifata göndərdilər".
Tokio-2020 Yay Paralimpiya Oyunlarının qalibi finalda məğlub etdiyi qazaxıstanlı Zarina Baybatinanın da Antalyadakı turnirdən əvvəl yoxlanışdan keçə bilmədiyini söyləyib: "Xəstəliyim iştiraka imkan verir, sadəcə sənədlərdən biri çatmır. Yeni qaydalar belədir. Fizioloji testdən keçəndən sonra onu da sənədlərin içinə əlavə edəcəyəm və növbəti yarışlara qatılacağam. İdmanda belə hallar olur".
Azərbaycan Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov göz təsnifatında idmançıların yanında olduğunu bildirib: "Digər paracüdoçulardan fərqli olaraq təmsilçimiz Zakir Mislimov heç görmür. Yarışda 170 idmançı iştirak etməli idi. Amma onlardan 85-i tamamilə çıxacaq. Digərləri bizim idmançılar kimi yeni təsnifata göndərilib. Tokio paralimpiadasından sonra yeni qaydalar tətbiq edilib. Yeni qaydalara görə əlavə sənədlər lazımdır. Paracüdoçular növbəti yarışlarda tələb olunan testləri təqdim etdikdən sonra mübarizə apara biləcək. Biz sadəcə, Zakir Mislimova qarşı olanları böyük haqsızlıq hesab edirik. Çünki o, işıq belə görmür".
Qeyd edək ki, Azərbaycanın 9 təmsilçisi tibbi təsnifatların nəticəsinə əsasən yarışa buraxılmayıb.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 1160 Tarix: 23 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZlatan İbrahimoviçdən Ronalduya sərt sözlər: "Yaratdığın mirası eqonla məhv edirsən"
İsveç millisinin keçmiş hücumçusu Zlatan İbrahimoviç hücumçu Kriştianu Ronaldunun Portuqaliya millisinin düşərgəsindən ayrılmaq qərarı ilə bağlı danışıb və komanda daxilindəki qalmaqala münasibət bildirib. -ın məlumatına görə, bu barədə "Tudn" nəşri yazıb. "Yaratdığın mirası öz eqonl
04.10.2026 554 Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?
Formula-1 üç onillikdən çox müddətdən sonra ilk dəfə Afrikaya qayıdacaq. Ruanda yarışın keçirilməsi ilə bağlı 10 illik müqavilə imzalayıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb. Yeni ixtisaslaşmış avtomobil trası ölkənin paytaxtı Kiqalidən cənubda, Buqesera rayonund
14.10.2026 649 Ronaldo 18 ildən sonra ilk dəfə...
Kriştianu Ronaldo Portuqaliya millisinin Norveçə qarşı keçirdiyi oyunu ehtiyatdan izləyib. "Qafqazinfo" xəbər verir ki, 18 ildən sonra ilk dəfə superulduz yığmasının heyətində rəsmi matçda meydana çıxmayıb. Portuqalların 2:1 hesabı ilə qalib gəldikləri matçda Ronaldo sonradan da oyuna daxi
28.09.2026 585 Kriştianu Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
Beşqat "Qızıl top" sahibi və futbol tarixinin ən məhsuldar qolçularından olan portuqaliyalı hücumçu Kriştianu Ronaldu ümumi qazancı 2 milyard dollara çatan ilk aktiv idmançı olub. xəbər verir ki, bu barədə "Forbes" nəşri məlumat yayıb. Nəşrin qiymətləndirməsinə görə, futbolçu 2026/2027-c
25.10.2026 369 Millətlər Liqası: Türkiyə İtaliya ilə üz-üzə gələcək
UEFA Millətlər Liqasında qrup mərhələsində II turun növbəti oyunları bu gün keçiriləcək. Qaynarinfo-nun məlumatına görə, A, B və C qruplarında ümumilikdə səkkiz matç baş tutacaq. A Liqasının 1-ci qrupunda Türkiyə millisi İtaliya seçməsini qəbul edəcək. Fransa isə Belçikanın qonağı olacaq. UEFA Millətlə
28.09.2026 425 "Real Madrid"in futbolçusu itlərinə görə hakim qarşısına çıxacaq
"Real Madrid" klubunun müdafiəçisi Ferlan Mendi ona məxsus itlərdən birinin yeniyetməyə hücum etməsi ilə əlaqədar məhkəməyə çıxacaq. bu barədə "Sport.es" nəşrinə istinadən xəbər verir. Madrid Cinayət Məhkəməsi ilk iclası dekabrın 21-nə təyin edib. Qeyd edək ki, fransalı futbolçunu
18.10.2026 539 Aziz Yıldırım: "Bir daha bu klubun qapısından içəri girməyəcəyəm!"
"Fənərbağça"nın prezidenti Aziz Yıldırım klubun maliyyə vəziyyəti ilə bağlı diqqətçəkən açıqlamalar verib. xəbər verir ki, o, may ayından sonra klubun qapısından bir daha içəri girməyəcəyini bildirib. "May ayından sonra mən olmayacağam, bir daha bu klubun qapısından içəri girməyəcəyəm
25.10.2026 367 4 cüdoçumuz dünya çempionatında tatamiyə çıxır
Bu gün Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında dördüncü yarış gününün görüşləri keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, Milli Gimnastika Arenasında Azərbaycan millisinin 4 üzvü qadınların -63 kq və kişilərin -81 kq çəki dərəcələrində tatamiyə çıxacaq. Qadınların -6
07.10.2026 555 11 yaşlı britaniyalı şahmatçı dünya rekordunu yenilədi
Britaniyalı şahmatçı Bodhana Sivanandan qadınlar arasında şahmat tarixinin ən gənc beynəlxalq ustası olub. "The Guardian"a istinadən xəbər verir ki, Sivanandan bu uğura Monteneqronun Budva şəhərində keçirilən Avropa Klublar Kubokunda nail olub. O, 1988-ci ildə 12 yaşında beynəlxalq usta titulun
25.10.2026 476