Millimizin sabiq üzvü: "Rusiyalı hərbçilər dedilər ki, avtomobili kənara çəkməsək, hamımızı güllələyəcəklər"

Millimizin sabiq üzvü: "Rusiyalı hərbçilər dedilər ki, avtomobili kənara çəkməsək, hamımızı güllələyəcəklər"Qadın güləşi üzrə millimizin sabiq üzvü İrina Netreba da hazırda müharibənin getdiyi Ukraynadadır. Dünya və Avropa çempionatının mükafatçısı olmuş 30 yaşlı idmançı Oxu.Az-a müsahibəsində həm Ukraynadakı durum, həm də güləş karyerası ilə bağlı danışıb.

– Lvovda doğulduğunuzu bilirik. Hazırda nisbətən təhlükəsiz olduğu üçün Lvov şəhərində olarsınız...

– Bəli, indi Lvovdayıq. Ancaq müharibədən öncə Mariupolda idik. Mənim kimi güləşçi olan həyat yoldaşımla Kiyev vilayətindəki Buça şəhərinə köçdük. Biz orada olanda heç təsəvvürümüzə gəlmirdi ki, belə hadisələr olacaq. Elə bilirdik ki, səkkiz il əvvəl olanlar təkrarlanacaq. Kiyevdə müharibə olacağı ağlımıza da gəlmirdi. Müharibə Mariupolda başladı. Ərim anasını fevralın 24-də yanımıza gətirdi. Martın 13-dək Kiyev vilayətində qaldıq. Bütün əlaqələrimiz – internet, işıq kəsildi, heç nə yox idi. Dayanmadan atəş açırdılar, şəhərdə qırıcılar, helikopterlər uçurdu, küçələr tanklarla doluydu. Necə danışacağımı da bilmirəm. Yaşadıqlarım yadıma düşəndə... Dəhşətli idi...

– Əzizləriniz salamatdırlar?

– Bizimlə olanlar salamatdırlar, həyat yoldaşım, onun anası ilə qardaşı oğlu.

– Lvova necə gəldiniz?

– Bizə dedilər ki, "yaşıl dəhliz"lər olacaq. Buradakılar da soruşurdular ki, niyə çoxdan Buçadan çıxmırdıq. Biz sadəcə çıxa bilmirdik, çünki həmin o "yaşıl dəhliz"ləri atəşə tuturdular. Birtəhər öz avtomobilimizlə, Allaha şükür ki, çıxa bildik! Avtobusa minmək də real deyildi. Biz çıxan vaxtda da döyüşlər gedirdi. Rusiya döyüşləri dayandırmamışdı. Xeyli blok-post keçməli olduq. Sonra qarşımızı rus tankları ilə ZTR-lər kəsdilər. Dedilər ki, avtomobili yoldan kənara çəkməsək, hamımızı güllələyəcəklər. Birtəhər əsas yoldan çıxıb başqa yola keçdik və Lvova gəlib çatdıq. Dəhşətli idi...

– Hazırda Lvovda bomba sığınacağında gizlənmək lazım gəlir?

– Günün əksər vaxtı evdə oluruq. Ancaq gün ərzində üç-dörd dəfə hava hücumundan xəbərdar edən sirenalar səslənir, həmin vaxt mütləq zirzəmiyə düşmək lazımdır. Burada yaxınlıqda tank zavodu var və ona görə də atəş altına düşməyimiz realdır. Pisi də odur ki, Mariupolla əlaqə yarada bilmirik. Şəhər, demək olar ki, yoxdur, onun 95 faizini məhv ediblər. Qaynımgil oradadırlar, uşaq isə bizimlədir. Ərimin Mariupoldakı bacısından da xəbər yoxdur. Biz həmin şəhərə yoldaşımın işinə görə getmişdik. Oradakı evlərimizi yerlə yeksan ediblər.

– Bu halda, yəqin ki, məşq etmək imkanınız da yoxdur.

– Mən çox istəyirdim. Güləşin fanatıyam. Ancaq düzünü deyim ki, məşqçilərlə çəki kateqoriyalarında "razılığa" gələ bilmədik. Mən 63 kq-dan yuxarı çəki dərəcəsindəyəm. Məni fərqli kateqoriyalara salırdılar, bəzilərində nəticə verə bilirdim. Amma məsələn, 68 kq çəki dərəcəsində mənə çox çətin idi, çəkim çatmırdı deyə ağır olurdu. Beləcə, üst-üstə yığıldı. Əlbəttə, güləşə davam etməyi çox istəyərdim.

– Sonuncu dəfə Azərbaycan Güləş Federasiyası ilə bu yöndə söhbətiniz nə vaxt olmuşdu?

– Belə söhbətimiz olmadı. Mən kimə nə deyə bilərdim ki? Bizim millidəki masajçımız İrina Vladimirovna mənimlə maraqlanıb, bizə görə həyəcan keçirirdi.

– Siz sonuncu dəfə düz bir il əvvəl Varşavada keçirilən Avropa çempionatında çıxış etmisiniz. Onda çıxış etdiyiniz 65 kq çəki dərəcəsində bürünc medalın astanasından qayıtmışdınız. Ondan sonra bizim milli komandaya nə zaman dəvət ediblər?

– Təxminən üç-dörd ay əvvəl soruşmuşdular. Demişdim ki, qayıda bilərəm. Ancaq maaş məsələsi vardı. Baş məşqçi əvəzi Rövşən Umudov dedi ki, nəticə olacaqsa, maaş da olacaq, olmasa, əməkhaqqı da olmayacaq. Mən də dedim ki, 17 yaşım yoxdur, elə-belə, pulsuz məşq edə bilmərəm ki...

– Mariya Stadniklə eyni şəhərdən – Lvovdansınız. Onunla necəsə görüşmək imkanınız var hazırda? Yəni Macarıstandakı son Avropa çempionatında biz onu da Azərbaycan millisinin tərkibində görmədik.

– Açığı, yox. Heç hansı şəhərdə olduğunu da bilmirəm. Bəlkə, uşaqlarını harasa aparıb?..

– İndi milli komandadan heç bir idmançı ilə əlaqəniz yoxdur?

– Əvvəl ünsiyyətimiz vardı. Alyona Kolesnik, deyəsən, Bakıdadır. Tatyana Omelçenko ilə bu yaxınlaradək yazışırdıq. O, deyəsən, Xarkovda idi. London Olimpiadasının mükafatçısı Yuliya Ratkeviçlə daha çox ünsiyyətimiz vardı. Müharibə yeni başlayanda o mənə zəng vurmuşdu. Ratkeviç hazırda İsveçin qadınlar millisinin baş məşqçisidir (Dünya və Avropa çempionu olan Belarus əsilli Ratkeviç ötən ilin dekabrından Sofia Matsonla birgə İsveç millisinin baş məşqçisidir – S.M.). Mənə İsveçə köçüb məşqçi işləməyi təklif etmişdi. Dedi ki, federasiya sənin üçün hər şeyi edəcək, mən də kömək edəcəyəm, gəl. Rio Olimpiadasının mükafatçısı və Avropa çempionu Natalya Sinişin də zəng etmişdi, onun əri gürcüdür və Gürcüstanda yaşayırlar. Mənə yazır, oraya dəvət edir.

– Bəs İsveç variantına niyə razı olmadınız?

– Düzü, həyat yoldaşım olmadan getmək istəmirəm. Özü də hələ güləşmək istəyirəm. Yəqin ki, məşqçi olmaq üçün özümü hazır hiss etmirəm.

– Bu ay 31 yaşınız tamam olacaq. Adətən, 30 yaşına qədəm qoyanda qadın güləşçilərin əksəriyyəti idmandan gedir. Bunu özlərini ailələrinə, uşaqlarına həsr etmək istəklərilə izah edirlər...

– Əlbəttə, məşqçi işləmək olar. Özümün məşq etdiyim yerdə niyə də olmasın? Məsələn, Ukraynada məşqçi işləyə bilərdim. Niyə İsveçdə işləyim ki?! Özümə qarşı bir az daha yaxşı münasibət, dəyər görmək istəyirəm. Heç vaxt heç kimdən heç nə istəməmişəm, həmişə daha yaxşı olmaq üçün səy göstərmişəm. Ola bilər ki, Azərbaycanda özümü istədiyim kimi göstərə bilməmişəm. İl ərzində tez-tez müxtəlif çəki kateqoriyalarında yarışmalı olmuşam, gah 58, gah 62, gah 65, gah da 68 kq-da. Belarus millisinin məşqçiləri də bir dəfə zarafatla dedilər ki, universalam. Demək olar ki, bütün çəki kateqoriyalarında nəticə göstərmişəm. Yəni özümü ancaq bir çəki kateqoriyasında göstərmək imkanı verilməyib. Ancaq buna rəğmən, onlara hər şeyə görə minnətdaram. Azərbaycanda yaxşı adamlar çoxdur.

– 2012-ci ildən Azərbaycan millisinin tərkibində çıxış etmisiniz. Biz sizi yenidən Ukrayna millisinin tərkibində görə bilərik?

– Yox, əvvəl Ukrayna milli komandasında çıxış etdiyim üçün yenidən oraya qayıtmaq mümkün olmayacaq. Amma Azərbaycan Güləş Federasiyasından mənə yenidən dəvət gəlsə, çox məmnun olardım.


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 1418   Tarix: 10 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İnfantino "Sabah" - "Qarabağ" oyunundan yazdı

"Xalların bölündüyü "Sabah" və "Qarabağ" klubların arasında baş tutan gərgin qarşılaşma Azərbaycan futbolunun parlaq nümayişi oldu". xəbər verir ki, bu fikirləri FIFA prezidenti Canni İnfantino sosial şəbəkə hesabında yazıb. O, Misli Premyer Liqasının IX turunda baş tuta

26.10.2026 320
.

Azərbaycan millisi Litvanı məğlub etdi - Video

Azərbaycan millisi UEFA Millətlər Liqasında bu mövsüm ilk qələbəsini qazanıb. xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Bakıda Litvanı qəbul edib. "Palms Sports Arena"da baş tutan görüş millinin qələbəsi ilə başa çatıb - 1:0. Yeganə qolu 25-ci dəqiqədə Abdulla Xaybulayev rəqi

04.10.2026 677
.

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb

Azərbaycan cüdoçusu Balabəy Ağayev Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb. "Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda ABŞ-dən olan Conatan Yanqa məğlub olub. B.Ağayev daha əvvəl Ukrayna təmsilçisi Dilşot Xalmatovu mübarizədən kənarlaşdırmışdı

04.10.2026 539
.

Bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq

Misli Premyer Liqasının VII turunda bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq. Qaynarinfo xəbər verir ki, Azərbaycan derbisi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Rəqibindən bir oyun az keçirən olan Ağdam təmsilçisi cari mövsümdə "Sabah"la birgə məğlu

17.10.2026 613
.

15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı

AFFA-nın mətbuat xidmətinin rəhbəri Murad Axundov qurumdan ayrılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə onun özü məlumat verib. O bu vəzifəyə 15 gün əvvəl təyin olunmuşdu

01.10.2026 752
.

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finala vəsiqə qazanıb

Azərbaycan cüdoçusu Könül Əliyeva Bakıda keçirilən dünya çempionatında 1/8 finala yüksəlib. "Report"un məlumatına görə, 48 kq çəki dərəcəsində yarışan idmançı 1/16 finalda çilidən olan Mari Di Varqas Leyi məğlub edib. K.Əliyevanın növbəti rəqibi rusiyalı Sabina Giliazova olacaq. Qeyd edək ki

04.10.2026 506
.

Edin Cekonun millidə son oyunu: Ulduz futbolçu ilə belə vidalaşdılar - Video

Bosniya və Herseqovina milli komandası tarixinin ən sərrast oyunçusu, hücumçu Edin Ceko yığmadakı karyerasına yekun vurub. xarici KİV-ə istinadən xəbər verir ki, İsveçlə oyunun 11-ci dəqiqəsində Bosniya və Herseqovina azarkeşləri Sarayevodakı stadionun yaxınlığında yerləşən binada milli komandada so

03.10.2026 481
.

Pyerluici Kollina da Bakıya gəldi - Video

Sabiq futbol hakimi, hazırda FIFA Hakimlər Komitəsinin sədri olan Pyerluici Kollina Azərbaycana gəlib. "CBC Sport"a istinadən xəbər verir ki, Kollina Bakıda keçirilən FIFA U-15 dünya çempionatını və festivalını izləmək üçün paytaxtımıza səfər edib. Qeyd edək ki, U-15 dünya çempionatı oktyabrı

26.10.2026 434
.

Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub

Portuqaliyalı hücumçu Kriştianu Ronaldu mineral su istehsalına 10 milyon avro sərmayə qoyub. -ın xəbərinə görə, bu barədə "Sic Noticias" nəşri məlumat verib. Məlumata görə, futbolçunun yeni biznesdə tərəfdaşı olan "Grupo Ouhterinho" şirkəti də oxşar məbləğdə yatırım edib. Layihəy

17.10.2026 566
.