Xorvatiyada tarix yazan idmançılarımız Bakıda - FOTO

Xorvatiyada tarix yazan idmançılarımız Bakıda - FOTOXorvatiyanın Poreç şəhərində başa çatan 22 yaşadək boksçular arasında Avropa çempionatında bir qızıl, bir gümüş və iki bürünc medal qazanan Azərbaycan yığması Bakıya qayıdıb. Boksçularımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Boks Federasiyasının əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları və bokssevərlər qarşılayıblar. Onlar mükafatçılarımız üçün müxtəlif xoş şüarlar səsləndiriblər.

Oxu.Az xəbər verir ki, milli komandanın böyük məşqçisi Nəriman Abdullayev Avropa çempionatının Azərbaycan yığması üçün uğurlu alındığını vurğulayıb. O qeyd edib ki, idmana göstərilən dövlət qayğısı boksçularımızın inamlı çıxışında böyük rol oynayıb: "Avropa çempionatına 39 ölkə qatılmışdı. Yarışda qitənin 22 yaşadək güclü boksçuları mübarizə aparırdılar.

Yığmamız 13 çəki dərəcəsindən yeddisində təmsil olunurdu. Buna baxmayaraq, komandamızın çıxışı bizi sevindirdi. Onlardan dördü fəxri kürsüyə yüksəldi. Millinin heyətində Nicat Hüseynov çempion tituluna yiyələndi. Yalnız finalda uduzan Ruslan Qədirov ikinci yeri tutdu. Cəlal Qurbanovla Nəbi İsgəndərov isə bürünc medalla kifayətləndilər. Təbii ki, bu nəticə bizim üçün qənaətbəxşdir. Gələcəkdə medallarımızın sayının daha çox olacağına inanırıq. Mükafatçılarımızın gənc olduğunu nəzərə alsaq, sabaha böyük ümidlə baxa bilərik".

Ötən il İtaliyanın Rozeto delyi Abrutsi şəhərində keçirilən analoji yarışda da yeddi boksçu ilə təmsil olunmuşduq. Onlardan yalnız biri – Ruslan Rüstəmov (64 kq) bürünc medala yiyələnmişdisə, bu dəfə komandamız dörd medalla Avropa çempionatının medal sıralamasında dördüncü yeri tutub.

N.Abdullayevin sözlərinə görə, növbəti hədəf daha inamlı çıxış olacaq: "İdmançılar, o cümlədən boksçular həmişə dövlət qayğısını hiss ediblər. Bunun qarşılığında əsas hədəf, həmişə olduğu kimi, ən yüksək nəticəni göstərməkdir. İnanıram ki, Avropa çempionatındakı uğurlu çıxışımızı növbəti yarışlarda da davam etdirəcəyik".

U-22-lərin Avropa çempionatında yığmamıza üç ildən sonra qızıl medal qazandıran Nicat Hüseynov (-51 kq) döyüşlərini şərh edib. O bildirib ki, startda irlandiyalı boksçuya ciddi çətinlik çəkmədən qalib gəlsə də, yarımfinalda türkiyəli rəqibi ilə görüşü gərgin alınıb. 19-22 yaşlı boksçuların mübarizəsində birinci olan 18 yaşlı idmançının sözlərinə görə, finala yaxşı kökləndiyindən döyüşü xeyrinə bitirib. Nicat bir daha vurğulayıb ki, qələbəsini 44 günlük Vətən müharibəsinin şəhidlərinə həsr edir.

54 kq çəki dərəcəsində yalnız finalda məğlub olan Ruslan Qədirov isə yarışa yaxşı başladığını deyib. O vurğulayıb ki, ardıcıl qələbələrdən sonra həlledici döyüşdə beynəlxalq yarışlarda təcrübəsinin az olması əleyhinə işləyib. Qədirov növbəti turnirlərdə daha yaxşı mübarizə aparacağına və Azərbaycan bayrağını yüksəklərə qaldıracağına əminlik ifadə edib.

Qeyd edək ki, bir qızıl, bir gümüş və iki bürünc medal qazanan millimiz Poreçdəki Avropa çempionatında Azərbaycan boks tarixinin 10 illik rekordunu təkrarlayıb. Həmçinin komandamız 2012-ci ildə Rusiyada və bu il Xorvatiyada baş tutan qitə birincilikləri istisna olmaqla, heç vaxt finalda iki idmançı ilə mübarizə aparmayıb.


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 1635   Tarix: 25 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İnfantino "Sabah" - "Qarabağ" oyunundan yazdı

"Xalların bölündüyü "Sabah" və "Qarabağ" klubların arasında baş tutan gərgin qarşılaşma Azərbaycan futbolunun parlaq nümayişi oldu". xəbər verir ki, bu fikirləri FIFA prezidenti Canni İnfantino sosial şəbəkə hesabında yazıb. O, Misli Premyer Liqasının IX turunda baş tuta

26.10.2026 320
.

Azərbaycan millisi Litvanı məğlub etdi - Video

Azərbaycan millisi UEFA Millətlər Liqasında bu mövsüm ilk qələbəsini qazanıb. xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Bakıda Litvanı qəbul edib. "Palms Sports Arena"da baş tutan görüş millinin qələbəsi ilə başa çatıb - 1:0. Yeganə qolu 25-ci dəqiqədə Abdulla Xaybulayev rəqi

04.10.2026 677
.

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb

Azərbaycan cüdoçusu Balabəy Ağayev Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb. "Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda ABŞ-dən olan Conatan Yanqa məğlub olub. B.Ağayev daha əvvəl Ukrayna təmsilçisi Dilşot Xalmatovu mübarizədən kənarlaşdırmışdı

04.10.2026 539
.

Bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq

Misli Premyer Liqasının VII turunda bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq. Qaynarinfo xəbər verir ki, Azərbaycan derbisi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Rəqibindən bir oyun az keçirən olan Ağdam təmsilçisi cari mövsümdə "Sabah"la birgə məğlu

17.10.2026 613
.

15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı

AFFA-nın mətbuat xidmətinin rəhbəri Murad Axundov qurumdan ayrılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə onun özü məlumat verib. O bu vəzifəyə 15 gün əvvəl təyin olunmuşdu

01.10.2026 752
.

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finala vəsiqə qazanıb

Azərbaycan cüdoçusu Könül Əliyeva Bakıda keçirilən dünya çempionatında 1/8 finala yüksəlib. "Report"un məlumatına görə, 48 kq çəki dərəcəsində yarışan idmançı 1/16 finalda çilidən olan Mari Di Varqas Leyi məğlub edib. K.Əliyevanın növbəti rəqibi rusiyalı Sabina Giliazova olacaq. Qeyd edək ki

04.10.2026 506
.

Edin Cekonun millidə son oyunu: Ulduz futbolçu ilə belə vidalaşdılar - Video

Bosniya və Herseqovina milli komandası tarixinin ən sərrast oyunçusu, hücumçu Edin Ceko yığmadakı karyerasına yekun vurub. xarici KİV-ə istinadən xəbər verir ki, İsveçlə oyunun 11-ci dəqiqəsində Bosniya və Herseqovina azarkeşləri Sarayevodakı stadionun yaxınlığında yerləşən binada milli komandada so

03.10.2026 481
.

Pyerluici Kollina da Bakıya gəldi - Video

Sabiq futbol hakimi, hazırda FIFA Hakimlər Komitəsinin sədri olan Pyerluici Kollina Azərbaycana gəlib. "CBC Sport"a istinadən xəbər verir ki, Kollina Bakıda keçirilən FIFA U-15 dünya çempionatını və festivalını izləmək üçün paytaxtımıza səfər edib. Qeyd edək ki, U-15 dünya çempionatı oktyabrı

26.10.2026 434
.

Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub

Portuqaliyalı hücumçu Kriştianu Ronaldu mineral su istehsalına 10 milyon avro sərmayə qoyub. -ın xəbərinə görə, bu barədə "Sic Noticias" nəşri məlumat verib. Məlumata görə, futbolçunun yeni biznesdə tərəfdaşı olan "Grupo Ouhterinho" şirkəti də oxşar məbləğdə yatırım edib. Layihəy

17.10.2026 566
.