Boksçumuz Avropa çempionu oldu
Azərbaycan boksçusu Nicat Hüseynov Avropa çempionu adını qazanıb.
"Qafqazinfo" xəbər verir ki, o, bu titula Xorvatiyanın Poreç şəhərində keçirilən 22 yaşadək boksçular arasında qitə birinciliyində yiyələnib.
51 kq çəki dərəcəsində mübarizə aparan dünya və Avropa birinciliklərinin mükafatçısı finalda gürcüstanlı Lekso Xasayadan güclü olub. Boksçumuz rəqibini 5:0 (30:28, 29:28, 30:27, 29:28, 29:27) hesabı ilə məğlub edərək, qızıl medala layiq görülüb.
Beləliklə, Azərbaycan yığması 11 gün davam edən Avropa çempionatında çıxışını başa vurub. Yarışa 7 boksçu ilə qatılan komandamızın 4 üzvü fəxri kürsüyə yüksəlib. Boksçularımız Poreçdə 1 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olublar. Hüseynovdan öncə Ruslan Qədirov (54 kq) 2-ci, Cəlal Qurbanov (63,5) və Nəbi İsgəndərov (67 kq) 3-cü yeri tutublar. Yığma bununla da Azərbaycan boks tarixinin rekordunu təkrarlayıb. Milli komanda 10 il öncə Rusiyada keçirilən U-22-lərin Avropa çempionatında da 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanmışdı.
Qeyd edək ki, Nicat Hüseynov 1/4 finalda Antonio Payvanı (İrlandiya), 1/2 finalda Mehmethan Çinarı (Türkiyə) məğlub edib.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 1937 Tarix: 23 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Qarabağ" Avropa Liqası ilə vidalaşdı (YENİLƏNİB)
UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qarabağ" səfərdə ÇSKA (Sofiya, Bolqarıstan) ilə cavab oyununa çıxıb. Qaynarinfo-nun məlumatına görə, "Vasil Levski" stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb - 0:0. Bakıda baş tutan ilk görüşdə də tərəflər fərqlənə bilməmişdilər
31.07.2026 224 "Qarabağ"ın oyununa biletlər satışa ÇIXARILDI - FOTO
UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "ÇSKA Sofiya" (Bolqarıstan) qarşılaşmasının biletləri satışa çıxarılıb. xəbər verir ki, bu barədə "Qarabağ"ın mətbuat xidməti məlumat yayıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanı
18.07.2026 614 Azərbaycanın boks milliləri Türkiyəyə yollanıblar
Qız boksçulardan ibarət Azərbaycan milli komandaları Türkiyəyə yollanıblar. Azərbaycan Boks Federasiyasından "Report"a verilən məlumata görə, yığmalarımız iyulun 25-dən avqustun 4-dək Kastamonuda təlim-məşq toplanışında olacaqlar. Məşqçilər korpusu hazırlığa 2 yaş kateqoriyası üzrə 10 boksçun
25.07.2026 229 İngiltərə Premyer Liqası təmsilçisi Yaponiya millisinin hücumçusu Daizen Maedanı transfer edib
Yaponiya millisinin və Şotlandiyanın "Seltik" klubunun hücumçusu Daizen Maeda karyerasını İngiltərədə Premyer Liqasında davam etdirəcək. "Report" xəbər verir ki, "İpsviç Taun" 28 yaşlı futbolçu ilə 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzaladığını rəsmən açıqlayıb
26.07.2026 249 Azərbaycanın dörd güləşçisi Türkiyədəki beynəlxalq turnirdə medal əldə edib
Azərbaycanın 4 güləşçisi Türkiyənin Kocaeli şəhərində təşkil olunan Hasan Gemici və Qazanfer Bilgenin xatirə turnirində medal qazanıb. "Report"un Azərbaycan Güləş Federasiyasına istinadən məlumatına görə, sərbəst güləşdə Xetaq Karsanov (125 kq) gümüş, Ramik Heybətov (70 kq) isə bürünc meda
01.08.2026 199 DÇ-2026: Fərdi mükafatlar kimlərə qismət oldu?
2026 FIFA Dünya Çempionatının qızıl medallarını boynundan asan İspaniya millisi, turnirin fərdi mükafatlarına da tam mənada damğa vurub. Qaynarinfo xəbər verir ki, çempionatın ən yaxşı oyunçusu, ən yaxşı qapıçısı və ən yaxşı gənc futbolçusu mükafatlarının hamısı "qırmızı furiya"nın üzvlərin
20.07.2026 600 Azərbaycanın UEFA reytinqindəki əmsalı daha da artdı
Azərbaycanın UEFA reytinqindəki əmsalı daha da artıb. "Report" xəbər verir ki, bu, "Qarabağ" və "Zirə"nin avrokubokların I təsnifat mərhələsinin cavab oyununda qələbə qazanmaları sayəsində mümkün olub. Ağdam təmsilçisi UEFA Avropa Liqasında İslandiyanın "Vestri"
17.07.2026 496 DÇ-2026-nın finalöncəsi "sehrli foto"
İspaniya və Argentina yığmalarının qarşılaşacağı 2026-cı il dünya çempionatının həlledici final matçı ərəfəsində Kataloniyanın "Barselona" klubunun mətbuat xidməti maraqlı bir tarixi faktı yenidən gündəmə gətirib. BİG.AZ -a istinadən xəbər verir ki, qurum Lionel Messinin körpə Lamin Yamal
17.07.2026 701 "Sabah" ÇL-də ilk məğlubiyyətini aldı - Video-Yenilənib
UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin görüşləri keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan təmsilçisi "Sabah" da bu gün meydana çıxacaq. Valdas Dambrauskasın komandası Danimarka səfərində "Orhus"la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq
05.08.2026 233