Azər Dadaşovun 75 illiyinə həsr olunan konsertdə məktəb-studiyanın 3 məzunu çıxış etdi - FOTOLAR

​Azər Dadaşovun 75 illiyinə həsr olunan konsertdə məktəb-studiyanın 3 məzunu çıxış etdi - FOTOLARZəmanəmizin görkəmli bəstəkarı, Azərbaycanın Xalq artisti, Əməkdar incəsənət xadimi, professor Azər Dadaşovun 75 illik yubileyi ilə bağlı artıq silsilə təbdirlər keçirilib.

Azər Dadaşov dahi bəstəkar, geniş tələbə nəsli yetişdirən böyük pedaqoq Qara Qarayevin tələbəsi olub.

A.Dadaşovun musiqisinə geniş rəngarəng xarakter və çoxşaxəli janr dairəsi xasdır. O, 15 simfoniya, müxtəlif səpkili simfonik, vokal-simfonik, musiqili-səhnə əsərləri, 20-dən çox filmə yazılmış musiqi, kamera-instrumental və kamera-vokal, fortepiano və müxtəlif alətlər, o cümlədən xalq çalğı alətləri orkestri üçün çoxsaylı əsərlərin müəllifidir.

Bəstəkarın musiqisi dünyanın bir sıra nüfuzlu orkestrləri tərəfindən ifa olunur. Xarakter cəhətindən burada qəmli, şən, ciddi, zarafatyana, lirik, patriotik mövzular var. Onun yaradıcılığında həm də ən Ali olan Allaha, Rəbbimizə müraciəti görürük. Həzin mahnıvari incə melodiya, rəngarəng harmoniya, bəstəkarın zəngin daxili dünyasının əksidir.

Qeyd edək ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında, Azərbaycan Bəstəkarlar İttifaqında təşkil olunan konsertlərdə bəstəkarın kamera-instrumental, vokal və xor əsərləri təqdim edilib. Bakı Musiqi Akademiyasında keçirilən tədbirdə Azər Dadaşovun yeni nəşr olunmuş Fortepiano üçün "Lirik pyeslər" silsiləsinin təqdimatı keçirilib. Silsilədən pyeslər səsləndirilib, həmçinin onların nəzəri təhlili verilib.

BMA-nın 100 illiyinə həsr olunan Beynəlxalq elmi konfransda A.Dadaşovun "Lirik pyeslər" silsiləsinin obrazlı-emosional məzmunu və ifaçılıq təhlili mövzusunda BMA-nın orta ixtisas musiqi məktəb-studiyasının müəllimi, pianoçu-bəstəkar Nuranə Zeynalova çıxış edib. Bəstəkarın fortepiano pyeslərini hərtərəfli əhatə edən həmin məqalə bu yaxınlarda "Musiqi dünyası" jurnalında dərc olunacaq.

Bakı Musiqi Akademiyasında Violin və fortepiano üçün "Adagietto və skertsino", Çello və fortepiano üçün "Xocalı ağrısı", "Şükürlər olsun sənə" Ariya-dua (sözləri A.Dadaşovundur), "Kim Allahı sevər" - Qəsidə (sözləri Məhəmməd Füzulinindir), Fortepiano üçün prelüd və fuqa, "Yuxu" filmindən "Gilavar" mahnısı, Fortepiano üçün "Lirik pyeslər" silsiləsindən "Həmd-səna", "Nur içində", "Əzizinəm", "Kadensiya", "Zəriflik", "Gilavar", "Sevgi ilə" ifa olunub. Onu da vurğulayaq ki, "Nur içində" pyesi Nuranə Zeynalovaya, "Zəriflik" isə Ülviyyə Kazımovaya həsr olunub.

Bəstəkarlar İttifaqında baş tutan tədbirdə isə A.Dadaşovun "And yerimiz", "Qızıl dan", "Qarabağ bayatıları", "Ana torpaq", "Səninləyəm", "Ayrılarmı könül candan", "Bir millət, iki dövlət", Fortepiano üçün prelüd və fuqa, Violonçel və fortepiano üçün "Xocalı ağrısı", solo qoboy üçün "Cıdır düzü", "Gilavar" və s. əsərləri səsləndirilib.

Əlavə edək ki, Azər Dadaşovun 75 illik və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyi çərçivəsində pianoçuların "Azər Dadaşovun əsərlərinin ən yaxşı ifaçısı" V Beynəlxalq müsabiqəsi keçirilib. Bəstəkarın yaradıcılığına həsr olunan bu ənənəvi müsabiqə 2010-cu ildən keçirilir. Bu il müsabiqədə dünyanın altı ölkəsinin – Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan və İran İslam Respublikasının nümayəndələri iştirak ediblər. Maraqlıdır ki, müsabiqənin şərtlərinə əsasən, Azər Dadaşovun prelüd və fuqası və sərbəst seçim kimi digər əsərlərindən hər hansı birinin ifası təklif olunub.

Münsiflər heyətinin sədri, Azərbaycanın Əməkdar müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, professor, BMA-nın tədris işləri üzrə prorektoru Nərminə Quliyeva olub. Münsiflərin qərarına əsasən, məktəb-studiyanın məzunları Nərgiz Kəngərli və Nuranə Zeynalova laureat adına layiq görülüblər.

Növbəti yubiley tədbiri 14 yanvar tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilib. Konsertdə Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının üç parlaq məzunu – Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrinin dirijoru Mustafa Mehmandarov, Beynəlxalq müsabiqələr laureatları, pianoçular Nuranə Zeynalova və Nərgiz Kəngərli iştirak ediblər. Qeyd edək ki, Nuranə Zeynalova və Nərgiz Kəngərli ifaçılıqla yanaşı, məktəb-studiyada pedaqoji fəaliyyətlə də məşğul olurlar.

Konsertin proqramına bəstəkarın son dövrdə yazılmış yeni əsərləri daxil olunub: 44 günlük Qarabağ müharibəsində əldə etdiyimiz Qələbəyə həsr olunmuş "Zəfər çələngi", "Şuşa" simfoniyası, fortepiano və simfonik orkestri üçün Ümummilli lider Heydər Əliyevə İthaf "Poema" (solist – Nuranə Zeynalova), 2 saylı fortepiano və orkestr üçün Konsert (solist – Nərgiz Kəngərli).

Həmçinin konsertdə Azərbaycanın Xalq artisti Gülbacı İmanovanın rəhbərliyi ilə Azərbaycan Dövlət Xor kapellasının ifasında qarışıq xor və Böyük simfonik orkestr üçün "Vətənim Azərbaycan" 4 hissəli kantatasının ilk ifası təqdim olunub (xormeyster – Azərbaycanın Əməkdar artisti Yulizana Kuxmazova, solist – Sübhan Rüstəmov).

Tədbirdə ifa olunan əsəsrlərin əksəriyyəti Vətənə, Zəfərə, yurdumuzun qəhrəmalığına həsr olunub. Təntənəli, cəngi xarakterli musiqi, müharibədə itirdiklərimizi tərənnüm edən qüssəli, kədərli ab-hava, lirik mövzularla əvəz olunur. Göz önünüdə maraqlı obrazlar yaranır, milliliklə müasirliyin vəhdəti nəzərə çarpır. Bu da milli yaddaşımızın, milli sərvətimizin heç zaman unudulmayacağını təmsil edir.
Caz üslubunda yazılan fortepiano üçün 2 saylı konsert də maraqlı tapıntılarla zəngindir. Burada caz üçün səciyyəvi olan ritm-intonasiyalar, skertsovarilik duyulur. Üçhissəli konsert texniki cəhətdən mürəkkəb əsərdir, lakin ifaçı onun öhdəsindən məharətlə gəlib.

İlk dəfə bu konsertdə səslənən "Şuşa" simfoniyasında qarşımızda Qarabağımız haqqında çoxhissəli sənət əsərinin vərəqləndiyini görürük. Təbiət səhnələri, Cıdır düzündəki atların qaçışı, çobanların tütəklərinin səsi məharətlə musiqi dili ilə çatdırılıb.

Heydər Əliyevə lirik-patriotik ithaf da özünəməxsus musiqi dili ilə fərqlənir. Milli çalarlarla zəngin incə melodiya getdikcə dramatikləşir. Oxunaqlı mövzu rəqsvari elementlər üzərində qurulan mövzu ilə qarşılıqlı inkişaf edir və əsər tənətənəli surətdə tamamlanır.

"Vətənim Azərbaycan" kantatası bayram ab-havalı yubiley konsertini təntənəli, yüksək əhval-ruhiyyədə bitirib.

Ümumiyyətlə, təqdim olunan bütün əsərlər həm janr, həm obraz baxımından rəngarəngdir, ifaçılar isə onları peşəkar şəkildə təqdim edə biliblər. Danılmazdır ki, konsertdə böyük məsuliyyət işinin öhdəsindən bacarıqla gələn dirijorun üzərinə düşür.

Düşünürük ki, Azər müəllimin musiqisinin işığına yığışanlar, bu işığı duyan və sevən hər kəs keçirilən tədbirlərdən zövq ala bilib.

Azər Dadaşovun 75 illiyinə həsr olunan konsertdə məktəb-studiyanın 3 məzunu çıxış etdi - FOTOLARAzər Dadaşovun 75 illiyinə həsr olunan konsertdə məktəb-studiyanın 3 məzunu çıxış etdi - FOTOLARAzər Dadaşovun 75 illiyinə həsr olunan konsertdə məktəb-studiyanın 3 məzunu çıxış etdi - FOTOLARAzər Dadaşovun 75 illiyinə həsr olunan konsertdə məktəb-studiyanın 3 məzunu çıxış etdi - FOTOLARAzər Dadaşovun 75 illiyinə həsr olunan konsertdə məktəb-studiyanın 3 məzunu çıxış etdi - FOTOLARAzər Dadaşovun 75 illiyinə həsr olunan konsertdə məktəb-studiyanın 3 məzunu çıxış etdi - FOTOLARAzər Dadaşovun 75 illiyinə həsr olunan konsertdə məktəb-studiyanın 3 məzunu çıxış etdi - FOTOLARAzər Dadaşovun 75 illiyinə həsr olunan konsertdə məktəb-studiyanın 3 məzunu çıxış etdi - FOTOLARAzər Dadaşovun 75 illiyinə həsr olunan konsertdə məktəb-studiyanın 3 məzunu çıxış etdi - FOTOLARAzər Dadaşovun 75 illiyinə həsr olunan konsertdə məktəb-studiyanın 3 məzunu çıxış etdi - FOTOLARAzər Dadaşovun 75 illiyinə həsr olunan konsertdə məktəb-studiyanın 3 məzunu çıxış etdi - FOTOLARAzər Dadaşovun 75 illiyinə həsr olunan konsertdə məktəb-studiyanın 3 məzunu çıxış etdi - FOTOLARAzər Dadaşovun 75 illiyinə həsr olunan konsertdə məktəb-studiyanın 3 məzunu çıxış etdi - FOTOLARAzər Dadaşovun 75 illiyinə həsr olunan konsertdə məktəb-studiyanın 3 məzunu çıxış etdi - FOTOLARAzər Dadaşovun 75 illiyinə həsr olunan konsertdə məktəb-studiyanın 3 məzunu çıxış etdi - FOTOLARAzər Dadaşovun 75 illiyinə həsr olunan konsertdə məktəb-studiyanın 3 məzunu çıxış etdi - FOTOLARAzər Dadaşovun 75 illiyinə həsr olunan konsertdə məktəb-studiyanın 3 məzunu çıxış etdi - FOTOLARAzər Dadaşovun 75 illiyinə həsr olunan konsertdə məktəb-studiyanın 3 məzunu çıxış etdi - FOTOLARAzər Dadaşovun 75 illiyinə həsr olunan konsertdə məktəb-studiyanın 3 məzunu çıxış etdi - FOTOLARAzər Dadaşovun 75 illiyinə həsr olunan konsertdə məktəb-studiyanın 3 məzunu çıxış etdi - FOTOLARAzər Dadaşovun 75 illiyinə həsr olunan konsertdə məktəb-studiyanın 3 məzunu çıxış etdi - FOTOLARAzər Dadaşovun 75 illiyinə həsr olunan konsertdə məktəb-studiyanın 3 məzunu çıxış etdi - FOTOLARAzər Dadaşovun 75 illiyinə həsr olunan konsertdə məktəb-studiyanın 3 məzunu çıxış etdi - FOTOLARAzər Dadaşovun 75 illiyinə həsr olunan konsertdə məktəb-studiyanın 3 məzunu çıxış etdi - FOTOLARAzər Dadaşovun 75 illiyinə həsr olunan konsertdə məktəb-studiyanın 3 məzunu çıxış etdi - FOTOLARSənətşünaslıq üzrə fəlsəfə doktoru
Aytən İbrahimova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1704   Tarix: 17 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Sabiq məmur doğum günündə vəfat etdi

Biləsuvar rayonunda keçmiş məmur Hacıağa Bayramov doğum günü vəfat edib. xəbər verir ki, o, 68 yaşında dünyasını dəyişib. Mərhum uzun illər müxtəlif dövlət qurumlarında çalışıb. Qeyd edək ki, Hacıağa Yarməmməd oğlu Bayramov Biləsuvar rayonunun Səmədabad kənd sakinidir

10.11.2026 377
.

Zəfərin Xankəndidən ucalan səsi

Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə

10:48 71
.

Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi

Avropa İttifaqı (Aİ) Şurası Ukrayna üçün nəzərdə tutulan hərbi təlim missiyasının (European Union Military Assistance Mission for Ukraine -EUMAM Ukraine) müddətinin uzadılması qərarı fonunda ilk dəfə olaraq bu ölkədə rəsmi hərbi mövcudluğunu reallaşdıracağını bəyan edib. -ın TASS-a istinadən verdiy

10.11.2026 291
.

Prezidentin Xankəndidən xalqa ünvanlanan təbriki böyük maraqla qarşılanıb

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına Xankəndidən ünvanladığı təbriki tarixi Qələbəmizin siyasi, hərbi, mənəvi və ideoloji əhəmiyyətini bir daha nümayiş etdirir. Təbrikin məhz Xankəndidə, Zəfər tağının önündə səsləndirilməsi Azərbaycanın dövlət suverenliyinin, milli iradəsini

10:40 70
.

"Eşref"in ən sadiq əməkdaşı olacaq

"TimBi" şirkətinin istehsalı olan "Eşref Tek" serialında rol alacaq daha bir aktrisanın adı məlum olub. "Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, layihədə aktrisa Ecem Simge Yurdatapan da rol alacaq. Yurdatapan böyük maraqla gözlənilən serialda "Sude"

10.11.2026 329
.

İlham Əliyevin və Mehriban Əliyevanın Liderlər Sammitində iştirak etmək üçün Türkiyəyə səfərlərinə dair videoçarx

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrı

10.11.2026 292
.

Zelenski Putinlə hətta Antarktidada görüşməyə hazırdır, lakin Moskvada yox

Ukrayna Prezidenti Volodimir Zelenskiy Rusiya Prezidenti Vladimir Putinlə dünyanın istənilən yerində, hətta Antarktidada görüşməyə hazırdır. APA xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib. Diplomat Moskvanı

10.11.2026 295
.

Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu

Saatlıda hərbi xidətdən boyun qaçıran şəxs altı ay müddətinə azadlıqdan məhrum edilib. -a istinadən xəbər verir ki, 200-ci il təvəllüdlü Gəray Vəlizadə (adı və soyadı şərtidir) barəsində Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işi başlanıb. Araşdırma zamanı məlum olub ki, G.Vəlizadə 2025-c

10.11.2026 382
.

Lavrov: Sabah Ermənistanın KTMT-də səsvermə hüququnun məhdudlaşdırılması məsələsinə baxılacaq

İrəvan iki ildən çoxdur KTMT-yə üzvlük haqqı ödəmir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada KTMT ölkələrinim xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik Şuraları katiblərinin iclasının yekununa dair mətbuat konfransında bildirib. O qeyd edi

10.11.2026 251
.