2022-ci ilin ilk müsahibəsində Prezident İlham Əliyevin diqqətə çatdırdığı mühüm məqamlar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibədə də mühüm mövzulara toxunmuşdur. Dövlət başçısı əsasən, 2021-ci ildə ölkəmizdə iqtisadi, sosial sahələrdə görülən tədbirlər, Azərbaycanla Ermənistan arasındakı münasibətlər, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri, ölkəmizin xarici siyasəti və digər məsələlərə dair sualları əhatəli şəkildə cavablandırıb.
Azərbaycan Prezidenti, ilk növbədə, iqtisadi məsələlərə dair suallara cavab verdi. İl ərzində ölkəmizdə iqtisadi artımın 5 faizdən çox olduğunu diqqətə çatdırdı, müharibədən yenicə çıxmış ölkə üçün bunu gözəl bir göstərici kimi xarakterizə etdi. Qeyri-neft iqtisadiyyatımızın 7,2 faiz artmasını da sevindirici hal kimi qiymətləndirdi. Dövlət rəhbərimizin verdiyi açıqlamadan məlum oldu ki, Azərbaycanda ümumi sənaye istehsalı il ərzində 5 faizdən çox artıb. Həmçinin, qeyri-neft sənayesində 20 faizə yaxın artım var.
Prezident İlham Əliyev müsahibə zamanı onu da vurğuladı ki, aparılan siyasətin təməlində insan amili olduğu üçün daim sosial sahəyə xüsusi diqqət göstərilir. Həm maaşların, pensiyaların, təqaüdlərin qaldırılması, həm də sosial obyektlərin yaradılması, şəhid ailələrinə, keçmiş məcburi köçkünlərə diqqətin göstərilməsi kimi sosial paket iqtisadi islahatların uğurla həyata keçirilməsinə imkan verir.
Prezident İlham Əliyev müsahibəsində, ilk növbədə, Ermənistanın sərhəd bölgəsində Azərbaycan hərbi qulluqçularına qarşı növbəti hərbi təxribatına münasibət bildirdi. Bunun müharibədən sonra baş verən birinci hadisə olmadığını xatırlatdı. Azərbaycanın bundan əvvəlki bütün cavab tədbirlərindən Ermənistanın hələ də ibrət dərsi ala bilmədiyini təəssüflə qeyd etdi: "Azərbaycan Silahlı Qüvvələri cinayətkarları cəzalandırmaq üçün qəti tədbirlər görüblər və bu gün müdafiə nazirindən aldığım məlumata görə, düşmən tərəfin 6-8 hərbi qulluqçusu məhv edilib, çoxları yaralanıb. Bu hadisədən bir qədər sonra erməni tərəfi təkidlə atəşin dayandırılmasını xahiş etməyə başladı. Lakin onlar başa düşməlidirlər ki, Azərbaycanlı hərbi qulluqçunun ölümü heç vaxt onlara bağışlanmayacaq".
Azərbaycanın ordu quruculuğu istiqamətində atdığı növbəti addımlardan, o cümlədən Komando Qüvvələrinin yaradılmasından danışan Ali Baş Komandan bəyan etdi ki, əgər Ermənistandan bizim təhlükəsizliyimizə azacıq da olsa təhdid görünsə, bu təhdid harada, Ermənistan ərazisinin hansı dərinliyində olsa da, biz onu dərhal, sadəcə, məhv edəcəyik. "Bunu hamı, ilk növbədə, Ermənistan rəhbərliyi bilməli və başa düşməlidir".
Aysel Mənsimova - politoloq
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 698 Tarix: 17 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb
Bu ilin yanvar-iyul aylarında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmi-bərələri ilə ümumilikdə 623 min 682 ton TIR və avtotexnika daşınıb. "Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58 min 458 ton və ya 10 % çoxdur
15.08.2026 143 Məktəblər BU TARİXDƏ BAŞLAYACAQ - Rəsmən elan edildi
Yeni tədris ili ərəfəsində məktəblərdə dərslərin hansı tarixdə başlayacağı ilə bağlı müzakirələr təkrar gündəmə gəlib. Xüsusilə son illərdə Azərbaycanda tədris ilinin başlanma tarixinin sentyabrın 15-i deyil, 1-də başlaması məsələsi valideynlər və şagirdlər arasında maraq doğurur. Bəs belə bir dəyişikli
15.08.2026 405 Husilər Yəməndəki Moha limanına hücum edib, ən azı bir nəfər həlak olub
Husilər Qırmızı dəniz sahilində yerləşən və Yəmən hökumətinin nəzarətində olan Moha limanına hücum ediblər. "Report" xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti Yəmən Silahlı Qüvvələrinin bəyanatına istinadən məlumat yayıb. Hücum nəticəsində təhlükəsizlik xidmətinin ə
15.08.2026 137 Süni intellekt rəqabəti: ABŞ dövlətləri Çinlə texnoloji tərəfdaşlıqdan çəkindirir
ABŞ 35 ölkəyə Birləşmiş Ştatların və Çinin texnoloji təşəbbüsləri arasında seçim etməyin vacibliyi barədə xəbərdarlıq göndərməyə hazırlaşır. Pekinin rəqabətli təşəbbüsündə iştirak edən ölkələr Vaşinqtonun liderlik etdiyi koalisiyadan çıxarılacaq. xəbər verir ki, bu barədə "Reuters" məluma
15.08.2026 144 Tərtər sakini yanaraq öldü
Tərtər rayonunda dəhşətli hadisə baş verib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, avqustun 14-ü saat 14 radələrində 1971-ci il təvəllüdlü Qabil Şaban oğlu Rüstəmov yaşadığı Köçərli kəndindəki evdə elektrik cərəyanı vurması nəticəsində ölüb. Məlum olub ki, hadisədən əvvəl naqillə
15.08.2026 166 Nardaranda BƏDBƏXT HADİSƏ: Uşağın ayağı su nasosunda qaldı
Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən "Sea Breeze" istirahət mərkəzində hovuzda uşağın ayağı su nasosunda sıxılı vəziyyətdə qalıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi ( FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskl
14.08.2026 520 NASA-nın yayımında Krımla bağlı qalmaqallı xəritə
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyasının (NASA) 12 avqustda Günəş tutulması ilə bağlı canlı yayımında Krım Rusiya ərazisi kimi göstərilib. BİG.AZ xəbər verir ki, TASS-ın məlumatına görə, bu barədə Krım Respublikası Dövlət Şurasının sədri Vladimir Konstantinov bildirib. Onun sözlərin
15.08.2026 204 Abbas Əraqçı: "Tehran ABŞ ilə danışıqların yenidən başlaması barədə qərar qəbul etməyib"
"Rəsmi Tehran ABŞ ilə danışıqların yenidən başlaması ilə bağlı hələ ki qərara gəlməyib". xəbər verir ki, bu barədə ISNA agentliyi İranın xarici işlər naziri Abbas Əraqçının açıqlamasına istinadən məlumat yayıb. Xarici siyasət idarəsinin rəhbəri vurğulayıb ki, Pakistan və Qətərin təmasları
15.08.2026 142 XƏBƏRDARLIQ! Ayrı-ayrı yerlərdə leysan xarakterli YAĞIŞ YAĞACAQ - PROQNOZ
Yaxın iki gün ərzində - avqustun 15-i və 16-da Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturunun 29-32 dərəcə isti olacağı gözlənilir. Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyini
15.08.2026 194