Zəngəzur dəhlizi bölgə üçün mühüm əhəmiyyət kəsb edir
Yanvar ayının 12-də Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində müharibədən sonra kommunikasiyalarla bağlı görulən işlərə xüsusi toxunmuşdur. Qeyd edilib ki, Zəngəzur dəhlizinin yaradılması ilə region dövlətləri arasında nəqliyyatla bağlı bütün maneələr aradan qaldırılacaq.
Müsahibədə Zəngəzur dəhlizi ilə bağlı sualı cavablandıran Prezident İlham Əliyevin vurğuladığı bu məsələ ilə bağlı irəliləyişləri siyasi-diplomatik müstəvidə, gündəlik həyatımızda hiss edirik. Artıq Bakıdan Naxçıvana təyyarələr Ermənistan üzərindən uçur. Bununla da Zəngəzurun hava dəhlizi ilə bağlı istəklər reallaşdı.
Müsahibəsində məsələ ilə bağlı tarixə nəzər salan, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi daim Azərbaycanda aparılan quruculuq işləri ilə maraqlanan ulu öndər Heydər Əliyevin Zəngəzurla bağlı xidmətlərindən söz açan dövlət başçımız İlham Əliyev bildirdi ki, onun göstərişi və təkidi ilə Ermənistanın o vaxtkı rəhbərliyi məcbur olub bu layihəyə icazə verib.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə İkinci Qarabağ müharibəsinin Azərbaycanın Zəfəri ilə başa çatması ədalətin bərpası olmaqla Zəngəzur dəhlizinin açılmasını da aktuallaşdırdı. Hazırda avtomobil yolunun marşrutu ilə bağlı danışıqlar gedir. Zəngəzur termini beynəlxalq leksikona da daxil edilib. Xarici qonaqlar belə bu ərazini Sunik kimi deyil, Zəngəzur adı ilə tanıyırlar. Zəngəzur dəhlizinin 3+3 formatının region dövlətlərinin maraqlarına uyğun olduğu etiraf edilir.
Bu gün azad edilən ərazilərimizdə yol infrastrukturunun qurulması ilə bağlı böyük işlər həyata keçirilir. Təkcə Kəlbəcər, Laçın, Zəngilan və Qubadlıda 700 kilometrə yaxın yol çəkilib. Bu, həm xidməti, həm də hərbi yol sayıla bilər. Sərhəddə yaxın ərazilərdə çalışan işçılər çətin şəraitdə çalışır, onlara əks-tərəfdən müntəzəm olaraq atəş açılır. Lakin buna baxmayaraq işlər davam edir. Yaxın gələcəkdə Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında avtomobil yolu çəkiləcəkdir. Yolun çəkilişinə rəsmi İrəvan artıq öz razılığını verib. Azərbaycan Ermənistanı bu razılığa heç bir zor tətbiq etmədən məcbur etdi. Odur ki, istisna edilmir ki, bu gün inkar etdiyi sülh müqaviləsinin imzalanmasına rəsmi İrəvan nə vaxtsa hazır olacaqdır. Onlar düzgün seçim etməlidirlər. Əgər bizim ərazi bütövlüyümüzü tanımaq istəmirlərsə, o zaman biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün yüz dəfə daha çox əsasımız var. Çünki hər kəs artıq bunu yaxşı bilir, dünya ictimaiyyəti də bilir ki, 1920-ci ilin noyabr ayında tarixi torpağımız Zəngəzur Azərbaycandan ayrılıb Ermənistana birləşdirildi, Göyçə də həmçinin. İrəvan şəhəri 29 may 1918-ci ildə Ermənistana verildi. Buna baxmayaraq, gələcək sülh naminə, ölkələr arasındakı əlaqələrin qurulması naminə Azərbaycan sülhə hazırdır.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 838 Tarix: 17 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSabiq məmur doğum günündə vəfat etdi
Biləsuvar rayonunda keçmiş məmur Hacıağa Bayramov doğum günü vəfat edib. xəbər verir ki, o, 68 yaşında dünyasını dəyişib. Mərhum uzun illər müxtəlif dövlət qurumlarında çalışıb. Qeyd edək ki, Hacıağa Yarməmməd oğlu Bayramov Biləsuvar rayonunun Səmədabad kənd sakinidir
10.11.2026 377 Zəfərin Xankəndidən ucalan səsi
Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə
10:48 71 Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi
Avropa İttifaqı (Aİ) Şurası Ukrayna üçün nəzərdə tutulan hərbi təlim missiyasının (European Union Military Assistance Mission for Ukraine -EUMAM Ukraine) müddətinin uzadılması qərarı fonunda ilk dəfə olaraq bu ölkədə rəsmi hərbi mövcudluğunu reallaşdıracağını bəyan edib. -ın TASS-a istinadən verdiy
10.11.2026 291 Prezidentin Xankəndidən xalqa ünvanlanan təbriki böyük maraqla qarşılanıb
Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına Xankəndidən ünvanladığı təbriki tarixi Qələbəmizin siyasi, hərbi, mənəvi və ideoloji əhəmiyyətini bir daha nümayiş etdirir. Təbrikin məhz Xankəndidə, Zəfər tağının önündə səsləndirilməsi Azərbaycanın dövlət suverenliyinin, milli iradəsini
10:40 70 "Eşref"in ən sadiq əməkdaşı olacaq
"TimBi" şirkətinin istehsalı olan "Eşref Tek" serialında rol alacaq daha bir aktrisanın adı məlum olub. "Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, layihədə aktrisa Ecem Simge Yurdatapan da rol alacaq. Yurdatapan böyük maraqla gözlənilən serialda "Sude"
10.11.2026 329 İlham Əliyevin və Mehriban Əliyevanın Liderlər Sammitində iştirak etmək üçün Türkiyəyə səfərlərinə dair videoçarx
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrı
10.11.2026 292 Zelenski Putinlə hətta Antarktidada görüşməyə hazırdır, lakin Moskvada yox
Ukrayna Prezidenti Volodimir Zelenskiy Rusiya Prezidenti Vladimir Putinlə dünyanın istənilən yerində, hətta Antarktidada görüşməyə hazırdır. APA xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib. Diplomat Moskvanı
10.11.2026 295 Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu
Saatlıda hərbi xidətdən boyun qaçıran şəxs altı ay müddətinə azadlıqdan məhrum edilib. -a istinadən xəbər verir ki, 200-ci il təvəllüdlü Gəray Vəlizadə (adı və soyadı şərtidir) barəsində Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işi başlanıb. Araşdırma zamanı məlum olub ki, G.Vəlizadə 2025-c
10.11.2026 382 Lavrov: Sabah Ermənistanın KTMT-də səsvermə hüququnun məhdudlaşdırılması məsələsinə baxılacaq
İrəvan iki ildən çoxdur KTMT-yə üzvlük haqqı ödəmir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada KTMT ölkələrinim xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik Şuraları katiblərinin iclasının yekununa dair mətbuat konfransında bildirib. O qeyd edi
10.11.2026 251