Azərbaycan XİN: "Türkiyə-Ermənistan təmaslarının başlanmasını dəstəkləyirik"
"Türkiyənin təşəbbüskarı olduğu Türkiyə-Ermənistan təmaslarının başlanmasını alqışlayırıq, dəstəkləyirik".
"Report"un xəbərinə görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq qəbul edilmiş birgə bəyanatlar və o bəyanatlarda əksini tapmış razılaşmaların yerinə yetirilməsinin alternativi yoxdur: "Bu gün region sülh və sabitlik istiqamətində inkişaf etməlidir. Bu məqsədlərə xidmət edən yeganə üsul region ölkələri arasında münasibətlərin normallaşdırılması, düşmənçiliyin kənara atılması, ölkələr arasında etimadın gücləndirilməsi, iqtisadi əlaqələrin inkişaf etdirilməsi, kommunikasiyaların açılması və dövlətlər arasında əməkdaşlıq mühitinin formalaşmasından keçir. Ona görə də bu gün Türkiyənin təşəbbüskarı olduğu Türkiyə-Ermənistan təmaslarının başlanmasını alqışlayırıq, dəstəkləyirik. İnanırıq ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması da Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasının şərtindən keçir".
Bölgədə sülhün, sabitliyin yaranması üçün bu prosesə bütün region ölkələrinin dəstək verməli olduqlarını söyləyən nazir müavini deyib: "İlk növbədə bu, erməni xalqının, daha sonra regionun digər ölkələrinin və xalqlarının mənafeyinə, maraqlarına cavab verir. Ona görə də bu prosesləri davam etdirmək lazımdır və təbii ki, biz bu prosesi dəstəkləyirik. Bunun davamlı olması, etimadın daha da gücləndirilməsi üçün ölkələr arasında kommunikasiyalar açılmalıdır, əlaqələr bərpa olunmalıdır, normallaşdırılmalıdır. Birmənalı olaraq düşmənçilik əhval ruhiyyəsi, düşmənçiliyə yönəlmiş ideologiya basdırılmalıdır, gündəlik həyatdan çıxarılmalıdır, bundan imtina edilməlidir. Əgər Ermənistan bu gün düşmüş olduğu ağır sosial, iqtisadi, siyasi böhrandan çıxmaq istəyirsə, təbii ki, o, regionda apardığı, indiyə qədər sərgilədiyi münasibətləri və siyasəti dəyişməli, xoş niyyət nümayiş etdirməli, normallaşmağa getməli, düşmənçilikdən imtina etməli, ölkələrin bir-birinə qarşı etimadını qazanmalıdır. Bu etimadın bərpa olunması üçün ölkələr bir-birinin suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlıq məsələlərinə sadiqliyini göstərməlidir. Bütün bunlar baş verməsə bu prosesi irəli aparmaq əlbəttə çətindir.
Lakin Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi və məqsədlənmiş dialoqun başlanmasını alqışlayırıq. Ümid edirik ki, bu dialoq nəticəsində, ümumiyyətlə, regionda münasibətlərin sağlamlaşması daha da güclənəcək və Azərbaycan-Ermənistan arasında normallaşma sürətlə gedəcək. Həmçinin, üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməsi sürətlənəcək və daha da uğurlu olacaq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 624 Tarix: 15 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təcahürüdür
Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətind
11:05 51 Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir
Prezident İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı təbrik müraciəti tarixi Qələbəmizin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir daha nümayiş etdirib. Dövlətimizin başçısının müraciətini məhz Xankəndidə, şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfə
11:14 28 Həbib Məmmədov - Müharibə veteranı, polkovnik
8 Noyabr - Zəfər Günü elə nadir bayramlardandır ki, həmin gün yaşanan hissləri tam dolğunluğu ilə ifadə etmək üçün bəzən ən mükəmməl söz belə yetərli görünmür. Burada qürur və ləyaqət, haqq və ədalət, inam və birlik, güc və fədakarlıq, milli-mənəvi dəyərlər və Vətən sevgisi kimi hisslər onların hər bir
11:17 16 Uraloğlu: Ermənistanla sərhəd-keçid məntəqələrinin açılması üçün hazırlıqlar görülüb
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ermənistanla dəmir yolu və avtomobil sərhəd-keçid məntəqələrinin açılması istiqamətində hazırlıqların başa çatdığını bildirib. APA-nın Türkiyə bürosu xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında Ermənistanın müvafiq naziri ilə bu məsələn
10.11.2026 299 Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi
Avropa İttifaqı (Aİ) Şurası Ukrayna üçün nəzərdə tutulan hərbi təlim missiyasının (European Union Military Assistance Mission for Ukraine -EUMAM Ukraine) müddətinin uzadılması qərarı fonunda ilk dəfə olaraq bu ölkədə rəsmi hərbi mövcudluğunu reallaşdıracağını bəyan edib. -ın TASS-a istinadən verdiy
10.11.2026 292 Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların ilk günü başa çatdı
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə keçirilən danışıqların ilk günü başa çatıb. Təqribən 40 dəqiqəlik fasilə nəzərə alınmaqla, görüş ümumilikdə 4 saat 30 dəqiqə davam edib. xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Üçtərəfli formatda olan danışıqlar proses
10.11.2026 269 Zelenski Putinlə hətta Antarktidada görüşməyə hazırdır, lakin Moskvada yox
Ukrayna Prezidenti Volodimir Zelenskiy Rusiya Prezidenti Vladimir Putinlə dünyanın istənilən yerində, hətta Antarktidada görüşməyə hazırdır. APA xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib. Diplomat Moskvanı
10.11.2026 296 PROFESSOR OLMADAN ƏVVƏL İNSANLIQ İMTAHANINDAN KEÇMƏK LAZIM DEYİLMİ?
Universitetlərdə akademik elmi adlara və vəzifələrə çatmağın müəyyən meyarları var. Dosent və ya professor olmaq üçün elmi nəşrlər, elmi tədqiqatlar, araşdırmalar və müxtəlif peşəkar tələblər irəli sürülür. Akademiklər bu meyarlara cavab vermək üçün illərlə əmək sərf edirlər. Bəs bütün bu akademik meyarlarl
00:58 220 Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu
Saatlıda hərbi xidətdən boyun qaçıran şəxs altı ay müddətinə azadlıqdan məhrum edilib. -a istinadən xəbər verir ki, 200-ci il təvəllüdlü Gəray Vəlizadə (adı və soyadı şərtidir) barəsində Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işi başlanıb. Araşdırma zamanı məlum olub ki, G.Vəlizadə 2025-c
10.11.2026 390