Türkiyə beynəlxalq miqyasda adını dəyişir, "Hello, Turkiye" kampaniyası başlayıb

Türkiyə beynəlxalq miqyasda adını dəyişir, "Hello, Turkiye" kampaniyası başlayıbTürkiyə hökuməti dövlətin adının beynəlxalq ailəmdə "Turkey" deyil "Türkiye" adlandırılması üçün kampaniyaya başlayıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Ölkəmizin beynəlxalq səviyyədə kimliyini qorumaq, etibar və nüfuzunu daha da gücləndirmək üçün bundan sonra "Turkey" deyil, "Turkiye" kimi yazaq və tələffüz edək", - nazirlikdən bildirilib.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun isə bildirib ki, xaricdə "Hello Türkiye" adlı kampaniyaya başlayıblar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 275   Tarix: 15 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş