Bakıda itkin düşən 21 yaşlı qız axtarılır - FOTO

Bakıda itkin düşən 21 yaşlı qız axtarılır - FOTOBakı şəhərində 21 yaşlı qız itkin düşüb.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Paytaxtın Nəsimi rayonu ərazisində yaşayan 21 yaşlı Pərvanə Məmmədova 2021-ci il dekabrın 28-də yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb.

Onun əlamətləri belədir: Boyu 175 sm., orta bədən quruluşlu, sarışın, uzun sarı saçlı, gözləri mavi rənglidir.

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi"nə, həmçinin Nəsimi Rayon Polis İdarəsinə (012) 440-02-02 şəhər və (055) 805-93-93 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Bakıda itkin düşən 21 yaşlı qız axtarılır - FOTOBakıda itkin düşən 21 yaşlı qız axtarılır - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 675   Tarix: 15 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Kurslar.az kurslar