Dövlət Dəniz və Liman Agentliyinə yeni təyinat olub

Dövlət Dəniz və Liman Agentliyinə yeni təyinat olubRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Dəniz və Liman Agentliyinə yeni sədr müavini təyin olunub.

"Report"un əldə etdiyi məlumata görə, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin müvafiq əmri ilə bu vəzifəyə Etibar Bağırov təyin edilib.

Məlumatı Dövlət Dəniz və Liman Agentliyi təsdiqləyib.

Qeyd edək ki, Etibar Bağırov bu təyinatadək Dövlət Dəniz və Liman Agentliyində maliyyə şöbəsinin müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, bununla da Dövlət Dəniz və Liman Agentliyində sədr müavinlərının sayı ikiyə çatıb, onlardan digəri Renat Rzayevdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 206   Tarix: 15 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş