Tez yuxuya getməyin ən asan çarəsi

Tez yuxuya getməyin ən asan çarəsiKoreya alimləri tez yuxuya getməyin yeni çarəsini araşdırıblar.

BiG.AZ Axşam.az-a istinadən xəbər verir ki, onlar ən asan və işəyarayan yol tapıblar. Seul Milli Universitetinin yaydığı məlumatda bildirilib ki, rahat yatmaq üçün gecə corab geyinməlisiniz.

Bu, bədən hərarətini normaya salır və tez yuxuya getməyə kömək olur. Corab damarları genişləndirir və qan ayaqlara tez gedir. Bədən istiliyi düşməyə başlayır.

Alimlər 6 şəxsin iştirakı ilə təcrübə keçiriblər. Onlar əvvəl corabsız, sonra isə corabla yatıblar. Müəyyən olunub ki, insanlar corabda 7,5 dəqiqə tez yatıblar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 608   Tarix: 15 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Ustalar.az ustalar sayti