Rusiya gənc qızı son anda ölümdən xilas edən Kənandan danışır - VİDEO
Rusiyanın Perm şəhərində azərbaycanlı bir şəxs intihar etmək istəyən gənc qızı xilas edib.
"Qafqazinfo" xəbər verir ki, yanvarın 8-i sosial şəbəkələrin Rusiya seqmentində hadisənin videosu yayılıb.
Videoda binanın 16-cı mərtəbəsinin eyvanında bir qızın olduğu və ağladığı görünür. İntihar etmək istəyən qızı görən bir kişi isə onunla danışmağa başlayır. Qız bir müddət orada qaldıqdan sonra canına qəsd etmək fikrindən daşınır.
Rusiya mediası daha sonradan gənc qızı xilas edən şəxsin kimliyi ilə maraqlanıb. Məlum olub ki, həmin şəxs Kənan Ukalayev adlı azərbaycanlıdır. O, 2007-ci ildən Perm şəhərində yaşayır.
Onun sözlərinə görə, gecə saatlarında qardaşı ilə küçədən keçərkən eyvanda qızın əyləşdiyini görüb. O bildirib ki, qızla danışmağa başlayıb: "Ətrafda heç kim yox idi. Heç kim binanın giriş qapısını açmırdı. Biz düşündük ki, artıq heç cür ona kömək edə bilmərik. Daha sonra mən qapını sındırdım və liftlə qızın olduğu mərtəbəyə qalxdım. Qız məni gördü və ağladı. O, mənimlə getdi və bildirdi ki, yolun o biri tərəfində yaşayır və evə tək getmək istəyir. Mən isə adını belə soruşmağı unutdum".
Sosial şəbəkə istifadəçiləri azərbaycanlının bu hərəkətini yüksək qiymətləndiriblər və qeyd ediblər ki, o, qəhrəmancasına davranıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2090 Tarix: 11 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İran dronları Omanı hədəf alır
Oman İranın bir pilotsuz təyyarəsini vurduğunu və digərinin Duqm limanı yaxınlığında dənizə düşdüyünü bildirib. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, dövlət Oman Xəbər Agentliyi anonim təhlükəsizlik rəsmisinə istinadən bu açıqlamanı verib. Agentlik baş verən pilotsuz təyyarə hücumunda insa
15:48 153 İsraildə yeni həyəcan siqnalları səsləndi
İsrail ordusu İrandan atılan raketləri aşkar etdikdən sonra bütün İsrail ərazisində həyəcan siqnalı verib. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, İsrail höküməti vətəndaşlara sığınacaqlara getmələri barədə xəbərdarlıq edib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]
16:05 169 Nazir yerli və əcnəbi aktyorlarla görüşdü - Fotolar
Martın 10-da Azərbaycan peşəkar milli teatrının yaradılmasının 153-cü ildönümü tamam olub. Axşam.az xəbər verir ki, bu münasibətlə Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı (AXTİ) və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib. Akademik Milli Dra
12:03 212 Qalmaqallı özbək "həkim" Elçin Hüseynovun evində olub?
Bakıda 60 manata əl enerjisi ilə xəstələri "müalicə" edən İqbol Soliyevin müğənni Elçin Hüseynovun evində qonaq olması barədə xəbərlər yayılıb. Müğənninin köməkçisi Zəminə Rüstəmova Qaynarinfo-ya açıqlamasında bildirib ki, İqbol Soliyev Elçin Hüseynovun özünün yox, dostunun evində qonaq olub:
15:12 235 Nigar Camalla Samir Piriyevdən duet!
Avroviziya qalibimiz Nigar Camal və Samir Piriyev duet oxuyub. OLAY yazır ki, çoxdan gözlənilən mahnı "Bu sevgidən" adlanır. Mahnının müəllifi Aynur Mehdiyevadır. O, öz oğlu və gəlininə yazdığı mahnını Nigara hədiyyə edib. Klip üçün Samirlə Nigar kamera qarşısına da keçib. Onlar birlikdə ye
11:51 273 Avropa üçün enerji böhranı təhlükəsi - Putin yeni mesaj verdi
Avropa Rusiyanın enerji təchizatını dayandıra biləcəyi ilə bağlı açıqlamaları diqqətlə izləyir. xarici mediaya istinadən xəbər verir ki, bu barədə ekspert Mark Sleboda bildirib. Onun sözlərinə görə, belə bir ssenari Avropanı "tamamilə fəlakətli enerji vəziyyəti" ilə üz-üzə qoya bilər. Eksper
11:07 184 Naxçıvanın idarəetmə modelində əsas dəyişikliklər: Ali Məclis və icra hakimiyyətləri
"Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına edilən dəyişikliklər Muxtar Respublikanın idarəetmə modelinin Azərbaycan Respublikasının unitar dövlət quruluşuna tam uyğunlaşdırılması və mərkəzi icra hakimiyyətinin şaquli iyerarxiyasının daha da möhkəmləndirilməsi məqsədini daşıyır". Bun
12:35 224 Qərb mətbuatında sensasion iddia - Rusiya İrana ABŞ hədəfləri barədə məlumat verir - POLİTOLOQDAN AÇIQLAMA
The Washington Post və The Telegraph qəzetlərinin yaydığı məlumata görə, Rusiya İranın ABŞ hərbi hədəflərinə qarşı mümkün hücumları üçün kəşfiyyat məlumatları təqdim edir. İddialara əsasən, söhbət xüsusilə Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazaları və hərbi gəmiləri ilə bağlı məlumatlardan gedir. Məlumatla
14:51 176 Bazar analizi: Qırmızı ət və balığın qiymətləri niyə yüksəlir
"Qırmızı ət bahalaşdıqda balığın qiyməti də artır, çünki bu məhsullar bir-birini əvəz edə bilirlər. Balıq qiymətləri isə əsasən tələbdən asılıdır". Bunu BİG.AZ-a açıqlamasında iqtisadçı Xalid Kərimov bildirib. O, qeyd edib ki, əgər vətəndaşlar bahalaşmış balığı əvvəlki kimi və ya daha çox almağ
14:36 182